Kənd təsərrüfatının iqtisadiyyatı 2020, № 4 (34) Agricultural Economics 66
artım meyilinin davam edəcəyi gözələniləndir. Hazırda ölkədə kənd təsərrüfatında enerji istehlakının
nisbi səviyyəsi inkişaf etmiş aqrar sektora malik dövlətlərin müvafiq göstəriciləri ilə müqayisədə
xeyli aşağıdır. Qeyd edək ki, 2018-ci ilin məlumatlarına əsasən sözügedən göstərici Avropa İttifaqı
ölkələri üzrə orta göstəricidən 1.5 dəfə geri qalır.
Kənd təsərrüfatında enerji səmərəliliyinin səviyyəsi Araşdırılan dövrdə aqrar sahədə ilkin enerji resursları sərfinin artımının uzunmüddətli templəri
məhsul istehsalının artım templərini qabaqlayıb. Nəticədə kənd təsərrüfatında məhsulun enerji
tutumluğu yüksəlib. Hesablamalara görə, 2008-2019-cu illərdə aqrar sahədə istehsal olunan fiziki
ifadədə məhsul vahidinə sərf olunan ilkin enerjinin həcmi 9.9 % çox olub. Eyni zamanda, son illərdə
enerji səmərəliliyinin azalması meylinin qarşısı alınıb. 2015-2019-cu illərdə aqrar sahədə məhsul
vahidinin istehsalına görə enerjinin həcmi 3.4% aşağı düşmüşdür.
Bununla belə, hazırki şəraitdə ölkəmizin kənd təsərrüfatında enerji tutumluğunun səviyyəsi
hələlik yüksək olaraq qalır. Bu, müvafiq ölkələrarası müqayisələrdən də aydın olur (Diaqram 2).
Diaqram 2. 2018-ci ildə kənd təsərrüfatında əlavə dəyərin enerji tutumluğu (1000 ABŞ dolları əlavə dəyərə düşən ilkin enerji məhsulları sərfinin həcmi, NET-lə)* Mənbə: Ölkələr üzrə enerji balanslarının məlumatları *Dünya üzrə orta göstərici 2017-ci ilə aiddir 2-ci diaqramdan aydın olduğu kimi, Azərbaycanın kənd təsərrüfatında əlavə dəyərə görə
hesablanılan enerji tutumluğu göstəricisi orta dünya səviyyəsi ilə müqayisədə demək olar ki, 2.6 dəfə
yüksəkdir. Həmin göstərici ölkəmizdə qonşu dövlətlərdən Gürcüstan və Türkiyəyə nisbətən də çox
yüksəkdir. Digər həmsərhəd ölkələrlə fərq də əhəmiyyətli dərəcədədir. Aqrar sahədə ilkin enerji
resurslarının istehlak səviyyəsinə görə göstəriciləri Azərbaycana nisbətən yaxın olan Avropa
ölkələrindən İspaniya və Portuqaliyada da enerji tutumluğunun nəzərdən keçirdiyimiz göstəricisinin
kəmiyyəti müvafiq surətdə 2.5 və 3 dəfə aşağıdır.
Enerji tutumluğunun yuxarı olması ilkin enerji resurslarının istehlakının ardıcıl olaraq artdığı
şəraitdə son nəticədə istehsal olunan kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliliyinin
yüksəldilməsinə mane olan amilə çevrilir.
209
28
187
95
142
81
0
50
100
150
200
250
Azərbaycan Gürcüstan
Rusiya
Türkiyə
İran
Dünya