1. Giriş
Təbiidir ki, makroiqtisadi siyasət, o cümlədən fiskal siyasət biznes şəraitinə təsir
göstərir. Bu təsirlərin modelləşdirilərək ədədi xarakteristikalarının qiymətlən -
dirilməsi effektiv iqtisadi siyasətin həyata keçirilməsi üçün zəruridir. Beynəlxalq
təcrübəyə nəzər salsaq görərik ki, dövlətlərin müxtəlif qurumları, o cümlədən
mərkəzi bank iqtisadi konyukturun öyrənilməsini həyata keçirir və bu da qeyd et-
diyimiz kimi iqtisadi siyasətin həyata keçirilməsi üçün çox vacibdir. Nümunə kimi
Avropanın qabaqcıl ölkələrindən biri olan Fransanın təcrübəsini qeyd etmək olar.
Belə ki, Fransanın mərkəzi bankı iki milyondan artıq şirkəti əhatə edən mütamadi
konyuktur sorğuları həyata keçirir və alınmış nəticələr dövlətin iqtisadi inkişafa
yönəlik fiskal siyasətinin yürüdülməsi baxımından xüsusi əhəmiyyət kəsb et-
məkdədir. Məlum məsələdir ki, biznes şəraitində mövcud olan müsbət və mənfi təza-
hürlər dolayısı ilə öz əksini iqtisadiyyatın və cəmiyyətin digər sahələrində büruzə
verir. Şərhə ehtiyac yoxdur ki, əgər dövlətin fiskal siyasətinin əsas məqsədlərindən
biri kimi ümumi rifah halının yaxşılaşdırılmasına xidmət edən biznes mühitinin
münbitləşdirilməsi götürülə bilərsə, onda, deməli, biznes şəraitini, ümumiyyətlə,
iqtisadi konyukturu xarakterizə edən indekslərin hesablanmasının, hesablanmış bu
indekslər üzərində qurulan və fiskal siyasət alətlərinin nə dərəcədə effektivliyini
xarakterizə edən tədqiqat işlərinin aktuallığı önə çəkilməlidir.
Azərbaycanın fiskal siyasəti də biznes şəraitinin yaxşılaşdırılması yönündə aparıl-
malıdır. Azərbaycan Respublikasının fiskal siyasəti bu istiqamətdə önəmli rola ma-
likdir. Mərkəzi Bankın Statistika Departamenti tərəfindən aparılan keyfiyyət
sorğuları vasitəsi ilə iqtisadi konyukturun bir neçə istiqaməti öyrənilməkdədir. Bu
sorğular iqtisadiyyatın sənaye, ticarət, tikinti və xidmət sektorlarında həyata keçirilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika Departamentinin Real sek-
torun monitorinqi şöbəsi tərəfindən aparılan konyuktur sorğuları Avropa Komis-
siyasının tövsiyə etdiyi metodologiya əsasında aparılır [1].
Modelə daxil edilən izahedici faktorların göstəriciləri Azərbaycan Respub-
likasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik
Bülletenindən və Dövlət Statistika Komitəsinin “Sosial-iqtisadi inkişaf” aylıq məc-
muələrindən götürülmüşdür.
Məqalənin 2-ci bölməsi xidmət sektorunda biznes şəraitini xarakterizə edən
Biznes Şəraiti İndeksi (BŞİ) və izahedici faktorlar - büdcə xərcləri, nominal effektiv
məzənnə və mənfəət vergisi dərəcəsi haqqında şərhlər verilmişdir. 3-cü bölmədə
asılı faktorun, yəni xidmət sektorunda biznes şəraitini xarakterizə edən BŞİ-nin izah -
edici faktorlardan asılılığının şəkli müəyyənləşdirilmiş və bu asılılığın ədədi xarak-
teristikaları verilmişdir. Nəticə bölməsində asılılığın şəkli qısa verilməklə dövlətin
fiskal və monetar siyasətinin biznes şəraitinə təsirinin ölçüsü ədədi ifadə ilə
göstərilmişdir ki, bu da müəyyən mənada təkliflər kimi xarakterizə oluna bilər.
C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın...
148
Müzakirələr bölməsində mövcud çətinliklər və əlavə tədqiqat obyekti ola biləcək
problemlər barədə müəyyən fikirlər qeyd olunmuşdur.
Dostları ilə paylaş: