Şəkil 1. Dövlət siyasəti və biznes mühiti
Bu baxımdan mənfəət vergisi dərəcəsinin 2010-cu ilin yanvar ayının birindən
etibarən 22%-dən 20%-ə, 2000 manatdan yuxarı aylıq gəlirdən tutulan gəlir ver-
gisinin dərəcəsinin isə 35%-dən 30%-ə endirilməsi, büdcə xərclərində dəyişmələr
və nominal effektiv məzənnənin dəyişməsi biznes şəraitinə hər hansı formada təsir
göstərir. Əsas məqsəd ondan ibarətdir ki, bu təsirlərin forması müəyyən edilsin.
3. Modelin ekonometrik qiymətləndirilməsi və nəticələrin
iqtisadi interpretasiyası
Biznes Şəraiti İndeksinin ona təsir edən amillərdən asılılığının qiymətləndirilməsi
Ekonometriya kursundan məlum olduğu kimi bu asılılığın şəklini ən kiçik kvadratlar
üsulu ilə müəyyən etmək mümkündür. Bu üsul 1806-cı ildə Fransız riyaziyyatçısı
Lejandr tərəfindən təklif edilmişdir [7, s. 39]. ƏKKÜ-na görə, kənarlaşmaları
kvadrata yüksəldib onların cəminin ən kiçik qiymətinin tapılması, həqiqətdə, BŞİ-
si ilə izahedici faktorlar arasında mövcud olan asılılığın nöqtələr çoxluğunun yaxın-
lığından keçən ən yaxşı xəttin tapılmasına imkan yaradır. Lakin nəticə göstəricisinin
və ya izah edilən dəyişənin (bizim misalda Biznes Şəraiti İndeksinin) ekonometrik
modeldən alınan qiymətinin faktiki qiymətə yaxın olması (Determinasiya əmsalının
vahidə yaxın qiymət alması) heç də modelin adekvatlığını göstərmir. Ekonometrik
modelin adekvatlığı qalıqların Qauss-Markov şərtlərinin (əsas fərziyyələrin) hansı
dərəcədə ödəməsi ilə müəyyən edilir.
Tutaq ki, bu faktorlar arasındakı əlaqə (1) şəklindədir yəni xəttidir
(1)
burada, c
0
, c
1
, c
2
müvafiq əmsallar, BŞİ – biznes şəraiti indeksi, BX – büdcə xərc -
ləri, MVD – mənfəət vergisinin dərəcəsidir.
150
C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın...
Onda,
olar [7, s. 39]. Kənarlaşmaları kvadrata yüksəldib onların cəminin minimumunu
tapıb müəyyən hesablamalar aparmaqla asılılığın parametrlərini müəyyənləşdirmək
olar. Lakin bu cür hesablamalar həddindən çox vaxt tələb etdiyinə və eyni zamanda
təhlilin mahiyyətinə daxil olmadığına görə hesablamaları və etibarlılıq testlərini
“EViews” proqram paketi vasitəsi ilə həyata keçirəcəyik. (1) şəkilli asılılığın
qiymətləndirilməsi üçün izahedici dəyişənlərin müşahidələrdən məlum olan
qiymətlərindən istifadə edilməlidir. İzahedici dəyişənlərin qiymətləri ilə cədvəl 2-
də tanış olmaq olar.
Dostları ilə paylaş: |