Cədvəl 1. Modelin asılı və izahedici faktorlarının adlandırmaları
Təsadüfi deyildir ki, məhşur iqtisadçı alim C.M.Keyns XX əsrin əvvəllərində baş
vermiş dünya iqtisadi böhranından çıxış yolu kimi hökumətin dövlət xərcləri vasitəsi
ilə səmərəli tələbi stimullaşdırmasını çıxış yolu kimi göstərmiş və bunun biznes
mühitinin aktivləşməsinə təsirini əsaslandırmışdır [2, 3]. Modelə daxil edilən asılı
və izahedici faktorlar Cədvəl 1-də göstərildiyi kimi adlandırılıb.
2009-cu ilin may ayından etibarən aylıq olaraq xidmət sektorunun BŞİ-si (BSİ)
hesablanmışdır və bu indeks vasitəsi ilə biznes şəraitinə yuxarıda göstərilən faktor-
ların bir neçəsindən, konkret olaraq mənfəət vergisi (MVD) [3, 4], büdcə xər-
clərindən (BX) [5] asılı bir faktor kimi baxılmışdır. Biznes şəraiti dedikdə biznes
subyektlərinin fəaliyyətlərini daha səmərəli qurmaları üçün istər qanunvericilik
baxımından, istər dövlətin dolayı iqtisadi təsirləri baxımından, istərsə də onların
bazara çıxardıqları məhsulların reallaşa bilmə qabiliyyəti baxımından formalaşmış
bir mühit başa düşülməlidir.
Deməli, dövlət makroiqtisadi siyasət vasitəsi ilə biznes şəraitini bu və ya digər
istiqamətdə dəyişməklə ümumi iqtisadi inkişafa nail ola bilər. Biznes şəraitinin şəf-
faflaşması və münbitləşməsi təbii ki, biznes subyektlərinin mənfəətini artırmaqla
dolayısı ilə dövlət gəlirlərinin də artmasına səbəb olur ki, bu da təkrar bölgü vasitəsi
ilə yenə də biznes mühitinə qayıdır.
BŞİ
Biznes Şəraiti İndeksi
BX
Büdcə xərcləri
MVD
Mənfəət vergisinin dərəcəsi
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
149
|