Xülasə Tədqiqatın məqsədi


Azərbaycan dəmir yolu sahəsinə dair qoşulduğu beynəlxalq sazişlər və konvensiyalar sistemində



Yüklə 2,22 Mb.
səhifə24/31
tarix28.12.2021
ölçüsü2,22 Mb.
#17020
növüXülasə
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
14.Azərbaycan dəmir yolu sahəsinə dair qoşulduğu beynəlxalq sazişlər və konvensiyalar sistemində

Azərbaycan dəmir yolu sahəsinə dair qoşulduğu beynəlxalq sazişlər və konvensiyalar sistemində etibarlı tərəfdaş olaraq çıxış edir. Bu beynəlxalq sazişlər və konvensiyalar içərisində “Beynəlxalq magistral dəmir yolu xətləri haqqında Avropa Sazişi”, “Beynəlxalq qarışıq daşımaların mühüm xətləri və müvafiq obyektləri haqqında Avropa Sazişi”, “Trans-Avropa Dəmir yolu (TER) Etimad Fondu və Trans-Avropa Avtomobil yolu (TEM) Etimad Fondu Sazişləri” mühüm yer tuturlar [14].

Dəmir yolu daşınmalarında mühüm beynəlxalq təsisat kimi OTİF - Beynəlxalq Dəmiryol Daşınmaları üzrə Hökumətlərarası Təşkilat (akronim: The Intergovernmental Organisation for International Carriage by Rail) çıxış edir. OTİF 1985-ci il mayın 1-də yaradılmışdır və onun fəaliyyətini tənzimləyən hüquqi baza 1980-ci il 9 may Beynəlxalq Dəmiryolu Daşımaları haqqında Konvensiyadır - KOTİF (akronim: The Convention concerning International Carriage by Rail). OTİF-in sələfi 1893-cü ildə təsis olunmuş Dəmiryollar Mərkəzi Bürosudur [11].

Təşkilatın fəaliyyətinin məqsədləri beynəlxalq dəmiryol daşınmalarının kompleks inkişafının, onun təkmilləşdirilməsinin və həyata keçirilməsi qaydalarının sadələşdirilməsinin təmin edilməsidir. Bu vəzifə çərçivəsində vahid hüquqi normalar qəbul edilir və onların tətbiqi və gələcəkdə təkmilləşdirilməsi üçün şərait təmin olunur. OTİF tərəfindən işlənib hazırlanmış vahid normalar ümumi uzunluğu 250 min km olan dəmir yolları şəbəkəsi, həmçinin nəqliyyatın digər növləri vasitəsilə əlavə yük və sərnişin daşınmaları üzrə nəqliyyat rabitəsinin həyata keçirilməsini tənzimləyir.

Mənzil-qərargahı İçveçrənin paytaxtı Bern şəhərində yerləşən təşkilatın hazırda üzvləri Avropa, Şimali Afrika və Yaxın Şərq ərazisində olan 45 dövlətdir.

Ərazisində dəmiryol infrastrukturu olan hər hansı dövlət KOTİF sazişinə qoşulmaqla OTİF-in üzvü ola bilər. Təşkilata daxil olmaq üçün üzv-dövlətlərdən hansı iləsə birbaşa dəmiryol rabitəsinə malik olmaq məcburi şərt deyildir.

Üzv-dövlətlərin əsas hüquqlarından biri OTİF orqanları çərçivəsində beynəlxalq dəmiryol rabitəsinin həyata keçirilməsi qaydalarını tənzimləyən beynəlxalq normativ-hüquqi aktların işlənib hazırlanması və təkmilləşdirilməsində iştirak hüququdur. Burada üzvlük haqlarının hesablanması sistemi daha çox BMT-də tutulan üzvlük haqlarının hesab şkalası prinsiplərinə əsaslanır və üzv-dövlətlərin dəmiryol infrastrukturunun ümumi uzunluğuna mütənasib proporsiyalarda (o cümlədən OTİF-in dəniz və daxili su yolları üzrə keçən marşrut xətləri siyahısında qeyd edilmiş yolların uzunluğuna olan proporsiyalarla) götürülür. Burada hər bir üzv-dövləti üçün minimal ayırmalar üzvlük haqlarının ümumi məbləğindən 0,25%, maksimal ayırmalar isə 15% təşkil edir.

Hazırda Təşkilatın işçi dilləri ingilis, fransız və alman dilləridir. İşçi dillərin sayı digər dillərin daxil olması hesabına arta bilər.

OTİF-in ali idarəetmə orqanı bütün üzv-dövlətlərin nümayəndələrinin təmsil olunduğu Baş Assambleyasıdır. KOTİF-in müddəalarına müvafiq olaraq Baş Assambleya hər üç ildən bir keçirilir. Təşkilatın inzibati komitənin tərkibinə üzv-dövlətlərin ümumi sayının üçdə bir hissəsinin nümayəndələri daxildir və hazırda komitədə 14 üzv-dövlət vardır. İnzibati komitə işçi proqramı, büdcəni, OTİF-in fəaliyyəti haqqında hesabatı və onun maliyyə hesabatını təsdiq edir [18].

Azərbaycan Respublikasının da OTİF-ə üzv olması mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyət onun regionda artan geostrateji mövqeyi ilə daha da yüksəlir. Hazırda Azərbaycan Respublikasının OTİF-ə üzv olması ilə bağlı prosedurlar yekunlaşmaq üzrədir.

Azərbaycan Respublikasının OTİF-ə üzv olmasında məqsədi ölkənin nəqliyyat infrastrukturunun diversfikasiyasını, beynəlxalq yük və sərnişin daşımalarının, ərazisindən tranzitinin artmasını və onu ilkin mərhələdə daha səmərəli təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi tələbləri ilə də bağlanılır.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin