Cədvəl 4
İstanbul Dostluq Çin sərhədi dəmir yolu marşrutları üzrə məsafələr
№
|
Marşrutlar
|
km
|
1
|
İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı (Xəzər dənizi bərə vasitəsi ilə)-Türkmənbaşı-Aşqabat-Daşkənd-Almatı-Dostıq (Çin sərhədi)
|
6861
|
2.
|
İstanbul-Qars-Tbilisi-Bakı (Xəzər dənizi bərə vasitəsi ilə)-Aktau-Orsk (Rusiya)-Astana-Dostluq (Çin sərhədi)
|
7077
|
3
|
İstanbul-Kapıköy (Türkiyə)-Məşhəd-Tehran (İran) -Sərəxs (Türkmənistan)-Daşkənd-Almatı-Dostluq (Çin sərhədi).
Türkiyədə Van gölündən bərə vasitəsilə.
|
7286
|
4
|
İstanbul-Tehran-Sərəxs (Türkmənistan)-Daşkənd-Almatı-Dostluq (Çin sərhədi).
Türkiyədə Van gölü ətrafından 259 km dəmir yolu çəkiləcəyi təqdirdə
|
7545
|
5
|
«Transqazaxıstan» (Aktoqay-Beynau-Aktau) yeni dəmir yolu magistralı (3070 km) tikiləcəyi təqdirdə
İstanbul-Qars-Tbilisi-Bakı-Aktau-Astana-Aktoqay (Qazaxıstan)-Dostluq (Çin sərhədi)
|
6297
|
6
|
İstanbul-Qars-Tbilisi-Bakı (Xəzər dənizi bərə vasitəsi ilə)-Aktau-Astana- Xorqos (Çin sərhədi)
«Transqazaxıstan» (Aktoqay-Beynau-Aktau) yeni dəmir yolu magistralı (3070 km) və Astana- Xorqos (Çin sərhədi) dəmir yolu xətti tikiləcəyi təqdirdə
|
6000
|
7
|
İstanbul-Qars
|
1933
|
8
|
Qars-Axalkalaki-Tbilisi-Bakı
|
826
|
9
|
Qars-Doğukapı (Türkiyə)-Masis (Ermənistan)-Naxçıvan-Culfa-Bakı
|
907
|
10
|
Qars-Gümri-Ayrum (Ermənistan)-Tbilisi-Bakı
|
839
|
11
|
Bakı-Naxçıvan
|
552
|
12
|
Bakı-Türkmənbaşı
|
306
|
13
|
Bakı-Aktau
|
468
|
14
|
Türkmənbaşı-Aşqabat-Daşkənd-Almatı-Dostluq (Çin sərhədi)
|
4102
|
15
|
Aktau-Kandaqaç-Orsk-Astana-Dostluq
|
3850
|
Mənbə: Ədəbiyyat siyahısında təqdim edilən mənbələrdən istifadə olunmaqla hazarlanmışdır.
AvroAsiya dəhlizində yeni dəmiryol xətlərinin çəkilişi ilə bağlı layihələrin sayı bizim araya gətirdiklərimizdən də çoxdur. Bu sırada tədqiqat predmetindən irəli gələrək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə bağlı dəmir yolu layihələri daha çox diqqətə çəkilməlidir. Qeyd olunmalıdır li, Naxçıvan-Culfa-Bakı marşrutunun (E002) bir hissəsi Ermənistan tərəfindən işğal altında olduğu üçün hazırda işlək deyildir. Ona görə də, bu problemin həlli bir tərəfdən, Azərbaycanın Astara şəhərindən İranın Rəşt şəhərlərinə, digər tərəfdən isə, Türkiyənin Qars şəhərindən Naxçıvan Muxtar Respublikası dəmir yolu xətti çəklişi ilə aradan qaldırıla bilər. Burada hər iki variantın üstün cəhətləri yetərincədir və Azərbaycan üçün bunlar çox mühüm əhəmiyyət daşıyır. Əlbəttə, hər ikisinin eyni zamanda mövcudluğu daha səmərəlidir. Lakin bu variantlardan bu gün reallaşması daha yaxın olanı Qarsdan Naxçıvana çəkilməsi planlaşdırılan dəmir yolu xəttidir. İlkin əsaslandırmalara görə, Qarsdan Naxçıvana dəmir yolu xətti Türkiyə-Azərbaycan sərhəddinə kimi 230 km təşkil edə bilər. Layihənin bu hissədəki dəyəri $1 milyard hesablanır. Azərbaycan üçün xüsusi önəm daşıdığı üçün Azərbaycan Türkiyəyə bu istiqamətdə münasib kredit xətti aça bilər. Naxıçıvan hissəsində isə buradakı Sədərək məntəqəsindən Türkiyə-Azərbaycan sərhəddinə kimi 10 km-lik yolun inşası nəzərdə tutulur. Bütün bunlarla yanaşı, Naxçıvan ərazisindəki mövcud dəmir yolunda təxmini 230 km xəttin rekonstruksiyasına və lokomotiv-vaqon parkının təzələnməsinə ehtiyac vardır ki, bu da təqribi hesablamlara görə ümumilikdə $700 milyon vəsait tələb edir [15].
Bu layıhə ilə yanaşı Türkiyə-İran razılaşmasına görə Qarsdan İranın Culfa şəhərinə kimi (Qars-İqdır (Türkiyə) - Bəzərgan-Culfa (İran) 400 km-lik (hər iki tıərəfdə təxminən 200 km) dəmir yolu xəttinin çəkiliş planı da vardır. Bu xəttin tranzit potensialı illk 3-4 milyon ton yük həcmində hesablanır. Burada daha iki faydalılıq nəzərə çarpır. Birincisi, Qars-Sədərək xətti Qars-Culfa xətti kimi eyniliklə Türkiyənin İqdır şəhərindən keçir. Bu isə layıhələrin bu məntəqədə birləşməsi ilə Türkiyəyə hər iki istiqamətdə çəkilişin eyni xətt üzərində qurulmasına imkan yaradır. Digər tərəfdən isə, Azərbaycanın Culfa şəhəri ilə və İranın Culfa şəhəri arasındakı mövcud dəmir yolu xəttindən də Türkiyə ilə Azərbaycanın dəmir yolu xətlərinin birləşməsi alternativlik əldə edir [00, 00].
Hər iki layıhənin reallaşmasına Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti çərcivəsində yanaşdıqda, AvroAsiya dəmir yolu marşrutundakı diversifikasiyanın daha bir neçə bənd genişlənəcəyi aydın görünür.
Dostları ilə paylaş: |