Xülasə Tədqiqatın məqsədi


Şəkil 2: Ermənistan dəmir yolları xətti



Yüklə 2,22 Mb.
səhifə17/31
tarix28.12.2021
ölçüsü2,22 Mb.
#17020
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
Şəkil 2: Ermənistan dəmir yolları xətti
Mənbə: http://www.ukzhd.am/ru.html - “Cənubi-Qafqaz dəmir yolları” QSC-nin saytı.
Ermənistan xaricə çıxış alternativliyini qazanmaq üçün əsasən iki istiqamətdə səy göstərir. İlk sırada 2007-ci ildə bəyənilmiş İran İslam Respublikası ilə Ermənistan-İran dəmir yolunun tikintisi layihəsidir. Orta hesabla 500 km uzunluğunda dəmir yolu xəttinin (420 km Ermənistan, 80 km İran) çəkiliş layihəsinin investisiya təminatı 2,0$ milyard həcmində hesablanır. Şəkil 2-dən göründüyü kimi, Ermənistan üçün İranla dəmir yolunun ən qisa və bənzəri olmayan əlaqəsi mövcud Naxçıvan istiqamətli xətlə mümkündür. Lakin təcəvüzkar siyasət bu ölkəni özünü qapanmaya sövq edir. Digər tərəfdən, bu layihənin reallaşmasi maliyyəsi Ermənistanın hazırkı dövlət büdcəsi bərabərindədir ki, bu da onun daxili potensialı xaricindədir. Eyni zamanda pulların tapıldığı halda belə bu dəmir yolu xəttini ən yaxşı halda 5-7 ilə inşa etmək mümkün ola bilir. Burada iqtisadi amil də yaddan çıxarılmamalıdır. Belə ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi orta hesabla 300-350$ milyon təşkil edir və İran beynəlxalq birliyin embarqoları ilə üzləşdiyi ön sırada dayanan ölkədir [13]. Bu baxımdan onun ixrac əlaqələri dəstək almır. Ticarət dövriyyəsinin strukturuna baxdıqda və həmçinin bu sırada Ermənistanın istehsal və ixrac potensialı dövriyyəyə gətirildikdə isə səhnədən iqtisadi amilin çıxıldlığı aydınlığı ilə görünür.

Ermənistan dəmir yolu ilə Türkiyə səmtində xaricə çıxışında mövcud olmuş Qars-Gümri dəmir yolu xətti dayanır. Bu dəmir yolu Rusiya-Türkiyə müharibəsində (1878-1917-ci illər) cəbhəni hərbi məhsulla təmin etmək məqsədi ilə ruslar tərəfindən tikilmişdir. Qars muqaviləsinə (1922-ci il) görə dəmir yolunun əksər hissəsi Türkiyədə qalmışdır. Sonradan Türkiyə tərəfi dəmir yolunu rekonstruksiya edərək onun ölçülərini (dəmir yolu izi) 1520 mm-dən 1435 mm-ə dəyişmişdir.

Qars-Gümri dəmir yolu xəttinin uzunluğu 80 km-dir (Qarsdan sərhəddə 66 km, Gümridən sərhəddə 14 km). Dövlət sərhədi baxımından Gürcüstan sərhədindən Qarsa olan 76 km-dən 10 km azdır (sərhəd dəmir yolu məntəqələri: Türkiyə - Akyaka, Ermənistan - Ahuryan). Qeyd olunmalıdır ki, Türkiyə-Ermənistan sərhədinin ümumi uzunluğu 325 km-dir və iki ölkə arasındakı dəmir yolu keçidini Araz çayı üzərində uzunluğu 18 metr olan körpü ayırır. “Akyaka Dəmir yolu sərhəd qapısı” öncə “Kızılçakçak qapısı” adlandırılmış və daha çox “Şərq Qapısı” adı ilə tanınmaqdadır. Ermənistan tərəfi isə onu “Ahuryan qapısı” adlandırır [15, 17].

Qars-Gümri dəmir yolu xətti uzun illər bağlı olmuş və yalnız 11 oktyabr 1961-cı ildən SSRİ ilə Türkiyə arasında sazişə görə yenidən istifadəyə açılmışdır. Sovetlər İttifaqı dağıldıqdan sonra Qara dənizə çıxışı olmayan Ermənistan 1992-ci il iyunun 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına müşahidəçi üzv kimi dəvət edilmiş və həmin il Türkiyə ilə Ermənistan arasındakı Qars-Gümri dəmir yolu xətti yenidən açılmışdır. Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə 5 aprel 1993-cü il tarixində Ermənistana keçən bütün humanitar yardımların dayandırıldığını, icazəsiz keçmək istəyən təyyarələri vuracaqlarını açıqlamış və bunun ardınca Ermənistanla arasındakı dəmir yolunu da bağlatmışdır. Ərazidən axırıncı yük qatarı 6 iyul 1993-cü ildə keçmişdir [12, 17, 18].

2009-cu ildə dəmir yolu xəttinin açılışına cəhd edilmişdir. Bununla əlaqədar Ermənistan öz tərəfindən xətti müəyyən qədər yeniləşdirmiş və hətta Polşadan Türkiyə dəmir yolu xətlərinə uyğun olan qatar sifarişi etmişdir. Türkiyə tərəfi də öz ərazisındə müəyyən bərpa işləri aparmışdır.

2023-cü ilədək dünyanın 10 iqtisadi potensiallı bir ölkəsinə çevrilməyi hədəf tutan Türkiyə iqtisadiyyatının kiçik Ermənistan iqtisadiyyatı ilə müqayisə olunası paralellik parametrləri yoxdur. Lakin haçanşa bu köhnə dəmir yolu xəttinin tam miqyasli və yeni ampluada işə düşməsi Ermənistanın həm Şimaldan və həm də Cənubdan asılılığını aradan qaldıra bilər və onun iqtisadi dirçəlişinə daha fərqli təkan vermiş olar.

Amerika Erməni Beynəlxalq Komitəsinin açıqlamasına görə, embarqo Ermənistan iqtisadiyyatına ildə 570-720$ milyon ziyan vurur. Sərhəd qapıları açılacağı təqdirdə Ermənistanın nəqliyyat xərclərinin 30-50% azalacağı, ixracatın ikiqat artacağı, ÜDM-in 35% artacağı proqnozlaşdırılır. Dünya Bankının məlumatlarına görə isə sərhəd qapılarının açılması Ermənistana ümumilikdə 320,3-395,8$ milyon fayda verə bilər [17]. Lakin reallıq belədir ki, Ermənistanın apardığı təcavüzkar siyasət onu bölgədə həyata keçirilən bütün enerji və nəqliyyat dəhlizlərindən kənara salmışdır. Bu da onun özünün daha çox təcrid olunmasına gətirib çıxarmışdır.

Azərbaycan, Türkiyə və Gürcüstan bölgədə daha çox inkişaf etdikcə və böyüdükcə, Ermənistan bu proseslərdən daha çox kənarda qalmalı olur. Bütün bu amillər perspektivində Ermənistanın məhdud suverenliyini də təhlükəli miqyasda Rusiyaya təhvil verməsi ilə sonunclanacaqdır. Onsuz da hazırda bu ölkənin iqtisadiyyatının əksər hissəsi bu və ya digər dərəcədə Rusiya dövləti və onun şirkətləri tərəfindən idarə olunur. Siyasi ssenari də Ermənistanın Rusiyanın Kalininqrad nümunəsində yeni bir quberniyasının olması xətti ilə irəliləyir. İstər tam əks ssenaridə, istərsə də pozitivliyin bütün hallarında Ermənistan üçün daha böyük iqtisadi perspektivlilik bu ölkənin təcavüzkar siyasətdən, yanlış addım və amallardan çəkilməsi şəraitində Azərbaycanla qapadığı bütün kommunikasiyaların bərpası ilə mümkün olacaqdır.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin