11.Türkiyə: Marmaray layihəsi
Türkiyədə ilk dəmir yolu Osmanlı imperatorluğu dönəmində 1856-ci ildə 130 km-lik İzmir-Aydın xəttinin açılışı ilə istismara verilmişdir. Hazırda ölkədə dəmir yolları və onunla bağlı əsas infrastrukturu dövlətin tabeçiliyində olan Türk Dəmir Yolları təşkilatı idarə edir. Perspektivdə bu təşkilatın aviaşirkətlər kimi özəlləşdiriləcəyi nəzədə tutulur.
Ölkənin dəmir yollarının ümumi uzunluğu 11 min km təşkil edir. Türkiyənin dəmir yolu xətləri ilə Bolqarıstan, Yunanıstan, İran və Suriya ilə birbaşa əlaqələri vardır. Bundan başqa, ölkənin dəmir yolları bərə keçidləri ilə bir neçə dövlətə çıxışı təmin edir. Bu sırada Ukryana (İstanbul-Odessa və Dərincə-İlyiçevsk) üstün mövqeyi ilə fərqlənir. Türkiyə Rusiya ilə də Qara dəniz vasitəsi ilə dəmir yollu bərə keçidi qurmuşdur. Türkiyənin Samsun şəhərindən Rusiya Azov-Qaradəniz arası Kerç boğazındakı Qafqaz limanını birləşdirən 400 km məsafəni əhatə edən (illik 100 min ton yük daşıma nəzərdə tutulur) bu xətt rəsmi olaraq 2013-cü ildə istismara verilmişdir. Ölkənin Şərq hissəsini Avropa ilə birləşdirən dəmir yollu bərə keçidi isə İstanbulda Bosfor boğazında Heydərpaşa (Asiya) və Sirkəçi (Avropa) limanları vasitəsi ilə təmin olunur [17].
Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin əsas tərəfdaşı kimi özünün dəmir yolu xətlərini genişləndirir və bu sahədə əsaslı infrastruktur yenidənqurması həyata keçirir. Onun dəmir yolları ilə bağlı ən möhtəşəm layıhələri sırasında İstanbul şəhərində Bosfor boğazında dəmiryol keçidinin inşası ilə bağlıdır. Bosfordakı keçid-tunel Avropa ilə Asiyanı birləşdirərək, həm də bu istiqamətə əsas bağlantı olacaq Bakı-Tbilisi-Qars dəmir yolunun möhtəşəmliyini daha da artıracaqdır.
Unikallığı ilə fərqlənərək dünyanın ən dərin sualtı tunel tikintisi layihəsi “Marmaray” (Marmara - Mərmərə dəniz, ray - rels) adlanır. Tunelin tikintisi ideyası 150-il öncəyə - 1860-cı ilə gedib çıxır. 1902-ci ildə bu layıhəyə yenidən maraq yaranır. Lakin real olaraq 1985-ci ildə onun texniki-iqtisadi əsaslandırılması hazırlanır və 2004-cü ildən reallaşdırılmasına başlanır. Layihə çərçivəsində uzunluğu 13,6 km, ən dərin qatı 60,46 m olan tunelin tikintisi 23 sentyabr 2008-ci ildə başa çatmışdır. $3,5 milyard dəyərləndirilən layihə Türkiyə Nəqliyyat Naziriliyi tərəfindən koordinasiya edilir. Maliyyələşmə isə Yapon Beynəlxalq Əməkdaşlıq Bankı, Avropa Investisiya Bankı və Avropa Inkişaf Bankı Şurası tərəfindən aparılır. 29 oktyabr 2013-cü ildə layıhə üzrə tunelin açılışı olmuş və buradan sərnişin qatarlaının hərəkəti təmin edilmişdir. Növbəti illərdə isə buradan yük qatarlarının keçməsi də təmin olunacaqdır [17].
Aşağıda “Marmaray” layihəsinin xəritə düzümünü əks etdirən şəkil verilmişdir:
Dostları ilə paylaş: |