1970-2013-cü illər üzrə Bərə terminalında yükaşırma (min ton)
İllər
1970
1975
1980
1985
1990
1995
2000
2005
2010
2012
2013
Bərə terminalı
3707
3904
3947
4060
2551
782
1254
2675
2932
3795
4187
2003-2013-cü illər üzrə Bərə terminalında yükaşırma(ədəd)
Bərə terminalı
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
Vagonlar
41416
42106
37420
31763
38418
46677
58168
62922
71610
Avtomobillər
2131
2649
2294
3074
2819
5178
9263
1806
448
Reyslər
907
921
739
607
712
845
973
1006
998
Sərnişinlər
17947
17600
15055
14416
10830
13011
14428
9737
9408
Mənbə: Ədəbiyyat siyahısında təqdim edilən mənbələrdən istifadə olunmaqla hazarlanmışdır.
Azərbaycan Respublikasının ərazisindən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə keçən tranzit və ölkə iqtisadiyyatı üçün tələb olunan yüklərin qəbul edilməsində və daşınmasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həlledici rola malikliyini, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən yük həcmlərinin artımı nəzərə alınaraq 18 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə qərar verilmişdir. 2010-cu ildən başlayaraq Bakının Ələt qəsəbəsinin ərazisində bu kompleksin tikintisi həyata keçirilir. Yeni liman kompleksinin inşası üçün ayrılmış ərazi 400 hektardır. Kompleksin daxilində beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək Logistika Mərkəzində 80 min m2 xüsusi anbar və sahələr yaradılacaqdır. Burada 100 min ədəd konteyner saxlanılacaq, yük sahiblərinə və mallara xidmət göstəriləcəkdir ki, bu da öz növbəsində kiçik və orta biznesin müasir durumda inkişafı istiqamətində münbit şəraiti təmin edəcəkdir. Yeni liman kompleksinin yükaşırma imkanı ilkin mərhələdə 10 milyon tona qədər yük/167000 vaqon və 40 min TEU-ya qədər konteyner/20000 vaqon hesablanır. Terminal tam gücü ilə işlədikdə isə 25 milyon tona qədər yük/417000 vaqon və 1 milyon TEU-ya qədər konteyner/500000 vaqon olacaqdır. Limanın giriş kanalının uzunluğu 7 km, eni 160 m, körpü sayı 8, o cümlədən 2 bərə, 1 Ro-Ro (avtonəqliyyat), 4 quru yük və konteynerlər və 1 xidmət gəmiləri körpüləri olacaqdır. Bundan əlavə, liman kompleksində gələcək dəmir yolunun da (uzunluğu 4 km, yolunun ümumi eni 100 m) tikintisi də aparılır [18].
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin yaradılması Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən yük həcmlərinin təmin edilməsinə mühüm dəstək yaradacaqdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi həm də özünün ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması ilə fərqlənərək Azərbaycanın geostrateji əhəmiyyətinin yüksəlməsində daha bir mühüm amilə çevriləcəkdir.