Xülasə Tədqiqatın məqsədi Vergi sisteminin elektron hökümət layihəsinə inteqrasiyasının əhəmiyyətinin tədqiqi


Mənbə: “Elektron Hökümət Bülleten”lərinin araşdırılması nəticəsində müəllif tərəfindən hazırlanmışdır



Yüklə 213,95 Kb.
səhifə3/3
tarix03.12.2016
ölçüsü213,95 Kb.
#723
növüXülasə
1   2   3

Mənbə: “Elektron Hökümət Bülleten”lərinin araşdırılması nəticəsində müəllif tərəfindən hazırlanmışdır.


  • Elektron vergi xidmətlərinin Elektron hökümət portalında hələ də çox az bir hissəsinin yerləşdirilmişdir, bekə ki, Ümumi təsdiq olunmuş xidmətlərin sayı 57, Vergilər Nazirliyinin öz elektron ünvanında 46 elektron xidmət yerləşdirilməsinə baxmayaraq Elektron hökümət portalında bu xidmətlərin sayı yalnız 10-dur (Cədvəl 2).

  • Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən vergilərin elektron qaydada ödənilməsi təmin olunsada hələ ki, bu sistem Elektron hökümət portalına inteqrasiya olunmayıb.

  • Vergi sistemi idarəedici orqanlarından biridə bələdiyyələrdir. Onların səlahiyyətində əsasən 4 vergi növü olsa da bu istiqamətdə nə Vergilər Nazirliyinin elektron səhifəsində nə də ki, Elektron Hökümət portalında hər hansı bir elektron xidmət forması göstərilməyib. Bu isə öz növbəsində bəzən bu vergi növlərinin ödənilməsində problem yaradır. Yaxın zaman üçün Portalda bu xidmət növü haqqında geniş bölmə açılması portalında istifadə sayında artıma səbəb olar.

  • Vergilər Nazirliyi hal-hazırda “Asan İmza” xidməti üçün yalnız bir mobil operatorun xidmətindən istifadə edir, bu isə digər mobil operatorun istifadəçiləri üçün rahat deyil. Bu üzdən gələcəkdə bütün mobil operatorların bu xidmətə qoşulması təklif olunur.

- Vergi ödəyicilərinin öz vergi əməliyyarını düzgün həyata keçirtmək üçün Elektron hökümət portalında “Vergi ödəyicisinin şəxsi kabineti”nin olmaması. Bu tip “kabinet”lərdə vergi ödəyicisi öz vergi əməliyyatlarına nəzarət edə, poçt göndərə və ya qəbul edə, borc, verginin ödənilməsinin son tarixi, bank əməliyyatları barədə və s. bu tip məlumatlar ala və əməliyyatlar edə bilər.
5.Nəticə

Məqalədə Azərbaycan Respublikasının vergi sisteminin formalaşması, onun elektron hökümət sistemdə indiki vəziyyəti və perspektiv inkişaf istiqamətləri göstərildi və belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikası Vergi sisteminin elektron inkişaf istiqamətində düzgün yoldadır. Respublikanın müstəqilliyin 22-ci ili olmasına baxmayaraq Respublikamızın iqtisadi qüdrətinə və inkişafına görə İEÖ-lər qrupuna yaxınlaşır və burada Vergi sisteminin rolu əvəzolunmazdır.Əsas iş ilk növbədə vergi qanunvericiliyi sahəsində könüllü əməletmənin inkişafına nail olmaq, sahibkarlarla münasibətlərin yeni – partnyorluq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulması hesabına ölkədə əlverişli vergi mühiti formalaşdırılmasına yardım göstərməkdən ibarətdir. Elektron xidmətlərin tətbiqini genişləndirməklə vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi vergi ödəyiciləri ilə fiziki əlaqə formalarını məhdudlaşdıracaq, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatını azaldacaqdır. Vergi ödəyicilərinə vahid standartlara uyğun xidmətlərin göstərilməsi həyata keçiriləcəkdir. Tədbirlərin həyata keçirilməsi vergi sisteminin müasirləşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə yanaşı vergi qanunvericiliyi sahəsində könüllü əməletmənin, sahibkarlığın inkişafına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına, nəticədə büdcə daxilolmalarının artmasına xidmət edəcəkdir



Beləliklə vergi sistemində həyata keçirilən modernləşmə nəticəsində vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərində, qeydiyyatdan tutmuş bəyannamələrin təqdim edilməsi, vergi ödənişlərindən tutmuş vergi nəzarəti prosesinədək tam şəkildə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər görülməkdədir. Vergi sistemimiz hal-hazırda dünyanın ən təkmil və ən müasir vergi sistemlərindən birinə çevrilmişdir və biz bunun belə qalması üçün öz sistemimizi daima mövcud şəraitə uyğun təkmilləşdirməli, perspektiv inkişaf yollarını axtarmalıyıq.

Ədəbiyyat siyahısı


  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2013.

  2. “e-gov.az” / Elektron hökümət portalının rəsmi internet səhifəsi

  3. F.Ə.Məmmədov və başqaları. (2010). “Vergilər və vergitutma”. Bakı.

  4. “Müstəqil Azərbaycanın Vergi sistemi. 20 il (1991-2011)”. Vergilər Nazirliyi .

  5. Rzayev Z.H., Xəlilov Ş.İ. (2008). “İqtisadi tərəqqi və vergi siyasəti” Bakı “Çaşıoğlu”

  6. http://vn.taxes.gov.az/metbuat/chixish/xalq.pdf / Azərbaycan Respublikasının Vergilər Naziri Fazil Məmmədovun çıxışından.

  7. http://webcityhost.net/vergiler/upload/2012/36.%20626.pdf/ Elektron vergi xidməti – şəffaflığa təminat. “Vergilər” qəzeti. № 36 (626), s. 5

  8. http:// webcityhost.net/ vergiler/upload/2012/36.%20626.pdf/ ASAN xidmət mərkəzlərində vergi xidmətlərinin də gostərilməsi nəzərdə tutulur. “Vergilər” qəzeti. № 35(625), s. 4

  9. http://webcityhost.net/vergiler/upload/2012/45(635).pdf/ Asan xidmət avand iş vəd edir.“Vergilər” qəzeti. № 45(635), s. 5

  10. http:// webcityhost.net/vergiler/upload/2012/31%20(621).pdf/ Vergilər Nazirliyinin Facebook səhifəsinin bir yaşı tamam olub. “Vergilər” qəzeti. № 31(621), s. 4

  11. http://webcityhost.net/vergiler/upload/2012/28%20(618).pdf / Vergi və rusumların internet vasitəsi ilə ödənilməsi. “Vergilər” qəzeti. № 28.(618), s. 4

  12. http://webcityhost.net/vergiler/upload/File/24%20(614).pdf/ Elektron təlim xidmətləri. “Vergilər” qəzeti. № 24.(614), s. 6

  13. http://webcityhost.net/vergiler/upload/2012/37(627).pdf / Elektron vergi hesab-fakturalarının təqdim edilməsi. “Vergilər” qəzeti. № 37.(627), s. 2

  14. http://webcityhost.net/vergiler/upload/2012/44(634).pdf/ Elektron auditin tətbiqinə hazırlıq davam edir. “Vergilər” qəzeti. № 44.(634), s. 2

  15. http://webcityhost.net/vergiler/upload/2012/41%20(631).pdf / Elektron ticarətin

vergiyə cəlb olunması. “Vergilər” qəzeti. № 41.(631),s 3.

  1. http://webcityhost.net/vergiler/upload/2012/47(637).pdf / Nağdsız odənişlər dovrun tələbidir. “Vergilər” qəzeti. № 47.(637),s 3 və s 4.

  2. http://taxes.caspel.com/2009/uploads/info/2011/konsepsiya_aze.pdf/ Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepsiyası (2011-2015).

  3. http://www.taxes.gov.az/?name=pages&page=31&lang= / Vergilər Nazirliyi ilə elektron məlumat mübadiləsi haqqında Kollektiv Sazişə qoşulmuş bankların siyahısı.

  4. “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament

  5. http://vn.taxes.gov.az/2009/modul.php?name=etik&lang= / Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi

  6. “Elektron hökümət bülleteni” yanvar 2013

  7. “Elektron hökümət bülleteni” fevral 2013

  8. “Elektron hökümət bülleteni” mart 2013

  9. “Elektron hökümət bülleteni” aprel 2013

  10. “Elektron hökümət bülleteni” may 2013

  11. “Elektron hökümət bülleteni” iyun 2013

  12. “Elektron hökümət bülleteni” iyul 2013



Ильясов Рамин Адгезал оглы

Министерство по Налогам Азербайджанской Республики, Государственный налоговый инспектор

Магистрант Азербайджанского Государственного Экономического Университета.

ramin7@inbox.ru


Аннотация

Перспективные направление развития налоговой системы Азербайджана.

Цель исследования - Важност исследование налоговое системы в электронном правительстве

Методология исследования - Системный подход, метод обобщение.

Результаты исследования - Были предложены развитие электронных услуг Налоговой системы Азербайджанской Республики которые служат современные тенденции.

Ограничения исследования – Электронное развития налоговой системы требует более обширных исследований по развитие аспектов.

Практическая значимость исследования – Использоваться в качестве источника для дальнейшее развитие электронной налоговой системы и перехода к новому этапу.

Оригинальность и научная новизна исследования - Прогрессивное определения перспективных направлений развития налоговой системы и обоснование c научной точки зрения.
Ключевые слова: Налоговая система, электронное правительство, электронные услуги


Ilyasov Ramin Adgozal oglu

Ministry of Taxes of the Azerbaijan Republic, State Tax Inspector.

Master of the Azerbaijan State Economic University.

ramin7@inbox.ru
Abstract
Perspective directions of development of the tax system of Azerbaijan
Purpose - Investigation of the importance the tax system of e-government system

Design/methodology – systematic approach, generalization analysis.

Findings Directions serving (served) development and modern of the electron services of the tax system of the Azerbaijan Republic have been done offers.

Research limitations – Aspects of the electron development in the Azerbaijan Republic demand wider investigation.

Practical implications – Continued development of the e-tax system, and for the transition to a new phase of research to be used as a source of

Electron use of republic continuation of development of the tax system and scientific source for passage to new stage as like



Originality/value - Directions for the future development of the electronic tax system identification and justification of scientific point of view.
Keywords: Tax system, e-government, e-services
Bu elmi – tədqiqat işi “Elektron hökumət”lə bağlı yazı müsabiqəsi üçün hazırlanmışdır.

Qeydiyyat nömrəsi : 154




Yüklə 213,95 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin