Mənbə: “Elektron Hökümət Bülleten”lərinin araşdırılması nəticəsində müəllif tərəfindən hazırlanmışdır.
3.Azərbaycan Respublikasının vergi sisteminin perspektiv inkişaf istiqamətləri, elektron hökümət sisteminə inteqrasiya aspekleri və təkliflər
Vergi sistemində müasir texnologiyaların tətbiqi ilə müşayiət olunan islahatlara iki prizmadan baxmaq olar. Vergi orqanlarının nəzərindən yaxınlaşsanız, bu, daha təkmil nəzarət mexanizmlərinin qurulmasıdır. Bu, məsafədən nəzarət, proqram təminatlarından istifadə etməklə ödəyicilərin bəyannamələrinin təhlili, vergilərin ödənilməsinin hərəkət həlqəsi üzərində şəffaf nəzarət mexanizmlərinin müəyyən edilməsidir. Düzgün işlənib hazırlanmış və tətbiq edilmiş analitik tədbirlər vergi yığımının səmərəliliyini artırır, çox qiymətli məlumatların toplanmasına imkan verir ki, bu da vergi siyasətinin gələcək istiqamətlərinin düzgün müəyyən edilməsində böyük əhəmiyyət kəsb edir.
Vergi ödəyicilərinin nəzərindən baxanda, aparılan islahatlar daha çox vergi ödənilməsi ilə bağlı proseslərin vergi ödəyicilərinin vaxtının və xərclərinin azaldılmasına şərait yaratması, eyni zamanda vergi ödənilməsi prosesinin sadə və rahat olması ilə bağlıdır. Fikrimizcə, bu, vergi ödəyicilərinin öz ödəmələrini həyata keçirməsi prosesində daha loyal olmağa və könüllü əməletmə səviyyəsinin artmasına birbaşa təsir edir. Bu gün Azərbaycanda vergi ödəyicilərinin 90%-i bəyannamələrini vaxtında təqdim edir, 80%-i isə vergi ödəmələrini vaxtında həyata keçirir. Bu, inkişaf etmiş ölkələrlə belə müqayisədə yüksək göstəricidir və hesab edirəm ki, əslində bizim əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biridir.
Digər tərəfdən, İKT dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Elektron xidmət dövlət qurumuna olan inamı möhkəmləndirir, eləcə də korrupsiya və süründürməçiliyin qarşısının alınmasına şərait yaradır. Eyni zamanda bu proses vergi ödəyicilərinin də fəaliyyətinin şəffaflaşmasına, onları yeni texnologiyalardan faydalanmağa və istifadəyə stimullaşdırır.
Bütövlükdə biznesin uğurlu inkişafı onun dövlət qurumları ilə iş prosesində rastlaşdığı bütün problemlərin maksimal tez və rahat şəkildə aradan qaldırılmasına imkan verən işlək mexanizmlərinin yaradılmasından asılıdır. Bu üzdən aşağıdakı yeniliklərin edilməsi və görülmüş işlərin daha da inkişaf etdirilməsi təklif edilir.
3.1.Əvvəlcədən doldurulmuş bəyənnamə sistemi
Ölkəmizdə tətbiqi nəzərdə tutulan əvvəlcədən doldurulmuş bəyənnamə sistemi (Pre-fillied tax return) vergi ödəyicilərinin inzibatçılığ xərclərinin əhəmiyyəli şəkildə düşməsinə, bəyənnamələrin doldurulmasına sərf olunan vaxtın kifayət qədər azalmasına imkan verəcəkdir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicilərinin vergi bəyənnamələrinin doldurulması ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədilə bəyənnamələr vergi ödəyicisi tərəfindən deyil, vergi orqanı tərəfindən, mövcud olan məlumatlar əsasında, müasir texnologiyalardan istifadə etməklə doldurulur və vergi ödəyicisinin elektron qutusuna göndərilir. Vergi ödəyici isə sadəcə olaraq, bəyənnamədəki məlumatı yoxlayır təsdiqləyir və əgər bəyənnamədəki məlumatlarla razılaşmırsa, müvafiq sənədləri nazirliyə təqdim edir. İlkin mərhələdə bu sistemin ƏDV üzrə həyata keçirilməsi nəzərdə tutulur. Vergi ödəyicisi hesabat ayı ərzində apardıqları əməliyyatlar barədə vergi orqanlarında olan məlumatlar (elektron vergi hesab-fakturalarındakı məlumatlar) əsasında ƏDV bəyənnaməsi vergi orqanı tərəfindən doldurularaq təsdiq edilir və ya dəyişikliklər aparılması üçün internet vasitəsilə vergi ödəyicisinə göndərilir.Bu sistemin tətbiqi bəyənnamələrin doldurulmasına sərf olunan vaxtın dəfələrlə azaltmaqla, vergi ödəyicilərinin işinin asanlaşdırılmasına, eyni zamanda, vergi intizamının gücləndirilməsinə xidmət edəcəkdir [4].
3.2.Elektron ticarətin vergiyə cəlb olunması
İnformasiya texnologiyalarının inkişafı nəticəsində elektron ticarətin meydana gəlməsi və onun demək olar ki, iqtisadiyyatın bütün sahələrində də yeni və kifayət qədər mürəkkəb problemlərin qarşıya çıxmasına səbəb oldu.
Bu sahədəki çətinliklər daha çox texniki xarakter daşıyır. Məsələn vergi ödəyicisinin fəaliyyət göstərdiyi yerin müəyyən olunması ilə bağlı meydana çıxan məsələlərə aid bir misal.Məsələn kuryer vasitəsilə işləyən internet firmalar tutaq ki, bu güldür.Gül üçün ödəniş onların alıcılara çatdırılması zamanı həyata keçirilir. Belə fəaliyyət vergiyə cəlb olunan fəaliyyətdir.Lakin vergi orqanlarının həmin internet-magazaların fəaliyyətinə nəzarət etməsi o qədər də asan deyil; mal satışını bu qaydada həyata keçirən internet magazaların nəinki satış binası, hətta ofisi, anbarı və işçilər də olmaya bilər.
Bundan əlavə satılan buketlərin birbaşa malgöndərənin anbarından götürülməsi də mümkündür. Belə hallarda vergi yoxlamasının aparılması üçün vergi müfəttişinin gedəcəyi yerin yəni internet-mağazanın ofisinin yerinin müəyyən edilməsində çətinlik yaranır. Bu çətinlik həm də ondan irəli gəlir ki, internet-mağazanın veb-saytı yerləşdirilən server dünyanın istənilən yerində ola bilər.
Bunlara baxmayaraq, hazırda bu sahədə aparılan araşdırmalar aparan mütəxəssislərin məsələyə yanaşması belədir ki, elektron ticarətin vergiyə cəlb olunması üçün yeni vergi növlərini tətbiqinə zərurət yoxdur. Yəni ənənəvi vergi növlərini elektron ticarət fəaliyyətinin xüsusiyyətlərinə uyğunlaşdırmaqla bu sahənin vergiyə cəlb olunması məsələlərini həll etmək mümkündür.
Elektron ticarətin vergiyə cəlb olunması məsələlərinə toxunarkən, ilk növbədə birbaşa və dolayı vergi növlərini nəzərdən keçirtmək lazımdır. Birbaşa vergilərin hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi, dolayı vergilərə isə ƏDV və aksiz aiddir.
Birbaşa vergilərə aid mənfəət vergisi dünyanın əksər ölkələrində tətbiq olunur. Bu vergi tətbiq olunarkən əsas məslələrdən biri digər ölkələrdə əldə edilən gəlirin vergiyə cəlb olunması ilə bağlıdır. Şirkətin digər ölkələrdəki gəlirləri bir qayda olaraq onun qeydiyyatda olduğu ölkədə vergiyə cəlb edilir.Lakin burada əsas məsələ şirkətin digər ölkədə daimi nümayəndəliyinin olub-olmamasının müəyyən edilməsidir. Elektron ticarət həyata keçirildikdə sifarişlərin göndərilməsi, onların qəbulu, ödəmələrin həyata keçirilməsi avtomatlaşdırılmış kompleks tərəfindən həyata keçirildiyindən bu əməliyyatların hansı yerdə və ölkədə baş verdiyini müəyyələşdirmək o qədər də asan olmur.
Elektron ticarətin dolayı vergilərə cəlb olunmasında daha çox diqqəti cəlb edən məsələ ƏDV-nin tətbiqi ilə bağlıdır. Məlumdur ki, ƏDV - istehlakçıdan tutulan vergi olmaqla birbaşa deyil, satıcı vasitəsilə tutulur və buna görə də dolayı vergi adlanır. Elektron ticarətin bu vergiyə cəlb olunmasında meydana çıxan əsas problemlərdən biri əməliyyatın apardığı və alıcının yerini müəyyən edilməsidir. Buna aydınlıq gətirmək üçün ƏDV-nin tutulmasının əsas prinsiplərinə nəzər salmaq lazımdır. Həmin prinsiplərə ƏDV ödəyicisi tərəfindən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi, son isteklakçılar tərəfindən əvəzləşdirmənin aparılmaması, ƏDV ödəyicisi olan idxalçılar tərəfindən idxal olunmuş mallara görə onların gömrük dəyərindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi, ixrac olunan mallara və xidmətlərə görə ƏDV-nin sıfır dərəcə ilə tətbiq olunması və s. aiddir. Onu da qeyd etmək lazımdır ki, bu prinsiplər nə qədər sadə olsa da, elektron ticarət zamanı aparılan əməliyyatlarda onlara əməl olunması məsələsi problem olaraq qalmaqdadır. Bu problemin həlli ilə bağlı ilə meydana çıxan müzakirələrə daha sıx əsas yaradan suallar xidmətlərinin ƏDV-yə cəlb olunması xüsusiyyətlərindən irəli gəlir. Avropada tətbiq olunan ƏDV modelinə əsasən xidmətlərin göstərilməsi zamanı vergi tutulan əməliyyatın aparıldığı yer xidmət alıcılarının olduğu yerdə müəyyən edilir. Elektron ticarətin ən geniş yayılmış forması olan “rəqəmsal məhsulların” (kompüter proqramlarının, audio-video materialların və s.) satışının xidmətlərin göstərilməsi sayıldığı nəzərə alsaq, bu fəaliyyətin ƏDV-yə cəlb olunması məqsədilə xidmət alıcılarının olduğu yerin müəyyən edilməsi problemi daha da aktuallaşır.
İlk baxışdan belə fikir yarana bilər ki, alıcının olduğu yeri hesablaşmada istifadə olunan bank kredit kartları əsasında müəyyən etmək mümkündür. Lakin alıcının hesabı bir ölkədə, faktiki yaşadığı yer isə digər ölkədə olduğu halda, kredit kartlarına görə onun yeri müəyyən etmək çətindir.
Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, elektron ticarətin vergiyə cəlb olunmasının səmərəli sisteminn yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda mühüm işlərin görülməsi tələb olunur [15].
3.3.Elektron audit sisteminin inkişafı
Dünyanın əksər inkişaf etmiş ölkələrində dövlət qurumları, xüsusi mülkiyyətdə olan özəl müəssisə və təşkilatların auditor yoxlamalarını məhz elektron qaydada həyata keçirməsi işini bu gün üçün ən aktual mövzulardan biri hesab etmək olar.Son illər Azərbaycanda infrastuktur layihələrinin həyata keçirilməsi, dövlətin bu sahələrə yönəltdiyi xərclərin artması, külli miqdarda investisiya qoyuluşlarının həyata keçirilməsi audit işinin təkmilləşdirilməsini zəruri edir. Vergi nəzarətinin mərhələsi kimi “Elektron audit” sistemidir. 2011-ci il aprel ayının 14-də Vergilər Nazirliyi Avropa İttifaqının Qonşuluq Siyasti çərçivəsində bu təşkilatın maliyyə dəstəyi ilə həyata keçirilən “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstyəyin göstərilməsi” Tvinninq layihəsinin təqdimatı olmuşdur. Elektron audit sistemi layihəsinin reallaşdırılması ölkəmizdə iri və orta müəssisələrin audit yoxlamaları sahəsində nazirliyin strukturlarının texnoloji, metodik, analitik və insan resursları baxımından təkmilləşdirilməsinə, e-bəyənnamələrin tətbiqi ilə yanaşı, müəssisələrdə mühasibat uçotunun elektron formada aparılmasına və e-auditin tətbiqinə imkan verəcək. E-audit sisteminin tətbiqi vergidən yayınmaya qarşı preventiv rol oynamaqla bərabər, eyni zamanda, vergi yoxlamalarına sərf olunan vaxtdan və insan resurslarından daha qənaətlə istifadəyə imkan yaradır. Bu proqramlar vasitəsilə hər bir müəssisə müxtəlif daxili mühasibat yoxlamaları həyata keçirtməklə, bu məsələ ilə bağlı sərf edilən vaxt amili minimuma endirilir. Elektron audit zamanı auditor yoxlamasının keyfiyyəti artır, yoxlamaların şəffaflığı təmin edilir. Həmçinin sənədlərin elektron bazada toplanması müəssisənin daxili maliyyə hesabatlarının və uçotunun aparılması, müştərilərə keyfiyyətli xidmətin göstərilməsi elektron auditin üstünlüklərindəndir [14].
3.4.Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının elektron qaydada aparılması
Vergilər Nazirliyi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə aparılan islahatların tərkib hissəsi olaraq sahibkarların qeydiyyatını beynəlxalq standartlara tam uyğunlaşdırmaq və dahada təkmilləşdirmək niyyətindədir.Yaxın perspektivdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də 2012-ci ildə hüquqi şəxslərin elektron qeydiyyat sisteminin tətbiqinə nail olunmasıdır.
-
2011-ci ilin sentyabr ayında “Elektron imza və elektron dövriyə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, elektron imza üçün setifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Elektron imza strukturu qurulmuş, elektron imzadan istifadə qiymətləri müəyyən olunmuş, bui məqsədlə xüsusi www.e-imza.az saytı fəaliyyətə başlamışdır.
Elektron imzanın istifadəyə verilməsi Vergilər Nazirliyinə hüquqi şəxslərin elektron qeydiyyatına başlamaq üçün qanunverici və texniki imkanlar yaratmışdır. Hazırda bu tip qeydiyyatın tətbiqi üçün zəruri proqram təminatının hazırlanması işləri aparılır.
-
“Elektron dövlət” layihəsi kimi 2013-cü il Yanvarın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı şəhərində pilot layihə kimi fəaliyyətə başlayan 1 saylı «ASAN xidmət» mərkəzi hazırda üç - Nəsimi, Nərimanov, Binəqədi rayonlarının vətəndaşlarına xidmət göstərir. İlkin mərhələrə vətəndaşlara 9 dövlət strukturu (Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi) tərəfindən 25 xidməti təklif olunur. Mərkəz bazar ertəsi - şənbə günləri saat 10:00-dan 20:00-dək, bazar günü isə saat 11.00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.
Bu həmçinin, dövlət strukturlarına etimadın və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə, şəffaflığın artırılmasına, elektron xidmətlərdən daha geniş istifadə olunmasına və bu sahədə aparılan institusional islahatların səmərəliliyinin yüksəlməsinə də şərait yaradacaq. “Asan xidmət”də Vergilər Nazirliyinə məxsus xidmətlər aşağıdakılardır:
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı:
-
Fiziki şəxslərin vergi uçotuna alınması;
-
Yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
-
Xarici investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
-
Xarici kommersiya hüquqi şəxslərin nümayəndəliyi və ya filialının dövlət qeydiyyatına alınması;
-
Dövlət rüsumları.
Gələcək üçün “Asan xidmət”-ə digər vergi xidmətlərində əlavə olunması gözlənilir.[8][9]
3.5.Vergilərin elektron vasitələrlə ödənilməsi
Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi sahədə fəaliyyət göstərən şəxslərin və ümumən əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi məqsədilə yaxın perspektivdə göstərilən xidmətlərə görə ödənişlərin real vaxtı rejimində elektron formada ödənilməsini təmin edilməsi nəzərdə tutulmuşdur. Vergi və rüsumların Vergilər Nazirliyinin internet portalı vasitəsilə ödənilməsi üçün elektron ödənişlərin aparılması imkanlarının yaradılması çox mühüm layihələrdən biridir. Elektron ödəniş sisteminin yaradılması dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanır və milli ödəniş sisteminin inkişafına mühüm töhfələrdən biri olacaqdır.
Hazırda vergi orqanları tərəfindən vergilərin elektron ödənilməsi üzrə səmərəli metodların genişləndirilməsi istiqamətində müvafiq işlər aparılmaqla yanaşı, beynəlxalq təcrübədə də öyrənilir.İndi dünyada geniş yayılmış metodlar kimi birbaşa debit və kredit ödənişləri (vergi ödəyiciləri tərəfindən onlayn ödənişlər), telefon bank xidmətlərini və kredit kartları üzrə ödənişləri göstərmək olar. Beynəlxalq praktikada vergilər, əsasən, aşağıdakı metodlardan istifadə edilməklə ödənilir:
-
İnternet bank əməliyyatları vasitəsilə (internet banking, home banking və ya phone bankig);
-
Bankomatlar və ya bank köşkləri vasitəsilə (debit və kredit kartlarından istifadə etməklə).
İnternet bank əməliyyatları vasitəsilə ödəyicilər vergi ödənişlərini həyata keçirmək üçün ilk növbədə bu xidmətləri təklif edən bankın internet səhifəsində qeydiyyatdan keçməlidirlər.Bunun üçün adətən bank tərəfindən müştəriyə təqdim edilən və etibarlılıq müddəti olan ödəniş kartı tələb edilir. Bankın internet səhifəsində elektron ödənişlərin həyata keçirilməsi üçün yerləşdirilən müqavilənin şərtlərini qəbul edən şəxs səhifədə xüsusi anket formasını doldurduqdan sonra qeydiyyatdan keçmiş hesab edilir və ona şifrə, parol və istifadəçi adı təqdim edilir. Bir çox hallarda daxil edilən şifrə, parol və istifadəçi adını təsdiqlənməsi üçün əlavə rəqəmsal və ya söz birləşmələri şəklində kodlardan istifadə edilir. Bu kodların istifadə edilməsi “net bank hesab”ının təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.Daha sonra “Vergi və digər icbari ödənişlərin büdcəyə köçürülməsi” bölməsinə daxil olmaqla,VÖEN, ödəniləcək verginin növü, məbləği, vəsait silinəcək bank kartının nömrəsi qeyd edilir və xəzinədarlığın bank rekvizitləri seçilir. Tələb edilən zəruri məlumatlar daxil edildikdən sonra vergi ödəyicisi səhifədəki “Ödəniş” düyməsini basmaqla və sonradan həmin əməliyyatı təsdiqləməklə ödənişi həyata keçirə bilər. Bu proses tamamlandıqdan sonra ödənişin uğurlu həyata keçirildiyi barədə ekranda bildiriş əks olunur. Ödənişin daha ətraflı detallarını əks etdirən bildirişin sürəti istifadəçinin elektron ünvanına göndərilir.
-
“Mobile Wallet” isə mobil vergi ödənişinin ən geniş yayılmış formalarındandır. “Mobile Wallet” Rəqəmsal Şəbəkə Xidməti virtual əsaslı qabaqcadan ödənilmiş kart hesabıdır və onun vasitəsilə mobil telefondan istifadə həm SMS, həm də internet üzərində mallar satılan alına və ya ödənişlər həyata keçirilə bilir.
-
Bankomatlar vasitəsilə ilə vergilərin ödənilməsi çox sadədir. Bunun üçün bankomatlarda verginin ödənilməsi menyusunun mövcud olması lazımdır. Vergi ödəyicisi isə bankomat vasitəsilə ödənişlər həyata keçirmək üçün bankın kredit və ya debit kartına malik olmalıdır.
-
Bank köşələri vasitəsilə ödənişlərin aparılması təcrübəsidə də geniş yayılmışdır. Sensor ekran ilə təhciz edilmiş bank köşkləri, əsasən banklarda mövcud olan növbəliklərin azalmasına xidmət edir və vergi ödəyicilərinin hesablarından vəsaitləri mövcud qaydada xəzinədarlıq hesablarına köçürməyə imkan verir.
Vergilərin elektron ödənilməsini stimullaşdırılması üçün əsas istiqamətlər [11]:
-
Elektron ödəmə və komunikasiya sistemləri sadə, ucuz və etibarlı olmalıdır ki, vergi ödəyiciləri onlara üstünlük versin.
-
Vergi ödəyicilərinin elektron ödəmə və komunikasiya məhsulları və xidmətlərinə çıxışı sadələşdirilməlidir.
-
Məlumatların toxunulmazlığı və daxili prosedurların dəqiq həyata keçirilməsi təmin edilməlidir.
-
Yüksək keyfiyyətli məhsullar təqdim edilməli və xidmətlər göstərilməlidir.
-
Vergi ödəyicilərinin üzərinə düşən yükün azaldılması üçün digər dövlət orqanları ilə əməkdaşlıq edilməlidir.
-
Özəl sektor innovasiya və rəqabətə həvəsləndirilməlidir
3.5.Vergilərin sosial şəbəkələr vasitəsilə təbliğatı
Bu gün internet resusrslarının imkanları, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib və informasiya mübadiləsi probleminə ciddi təsirini göstərib. Elektron xidmət sahəsində dövlət qurumları arasında öndə gedən Vergilər Nazirliyi də əhali ilə münasibətlərin canlandırılmasında elektron texnologiyanın imkanlarından maksimum istifadə etməyə çalışır.Vergilər Nazirliyinin “Facebook” şəbəkəsində 1 il yarım öncə 2011-ci ilin avqustunda fəaliyyətə başlayan rəsmi səhifənin bu gün 14000-ə yaxın üzvü var. Vergilər Nazirliyinin “Facebook” səhifəsinin sayəsində iş adamları vergilər haqqında lazımi məlumatlarla tanış ola bilər. Mütəmadi olaraq səhifədə Vergi Məcəlləsinin sahibkarları maraqlandıran maddələr barədə məlumatlar yerləşdirilir, səhifə vasitəsilə digər rəsmi saytlardakı informasiyalar vergi ödəyicilərinə çatdırılır. Səhifə yaradılarkən qarşıya qoyulan məqsədlərdən biri də Vergilər Nazirliyinin “195 telefon-məlumat” xidməti haqqında məlumatı olmayan vergi ödəyicilərinə bu xidmətin funksiyalarını xatırlatmaq, dolayı yolla bu xidmətin reklamını təşkil etmək idi. Digər məqsədlər isə vergi ödəyiciləriilə daha yaxın informasiya mübadiləsini təmin etmək, vergi ödəyicilərini nazirliyin struktur və iş prinsipləri ilə tanış etmək və məlumatı daha rahat çatdırmaqdır.Səhifə bir tərəfdən marifləndirmə işləri yüksək şəkildə həyata keçirir, digər tərəfdən isə səhifə informasiya daşıyıcısı rolunu üzərinə götürə bildi.”Facebook” səhifəsi oxuculuarın maragını təmin etmək üçün “Face-vizit”də Azərbaycanın tanınmış şəsxləri ilə söhbətlər aparır, “Həvəskar fotoqrafların stimullaşdırıçı müsabiqəsini”, Həvəskar və peşəkar ssenaristlərin stimullaşdırılması və vergi ödəmələrinin bədii təbliğatı məqsədilə “Ən yaxşı film sinopsisi” və s müsabiqələr keçirir və gələcəkdədə bu cür sosial şəbəkələrlə təbliğatın davamı nəzərdə tutulur [10].
3.6.Nağdsız ödənişləri stimullaşdırmaq
Maliyyə əməliyyatlarının nağdsız formada aparılması pulun alıcıdan satıcıya plastik kartlarla, bank vasitəsilə ödənişi istehlakçılara müəyyən üstünlüklər verir. Nağdsız ödəniş sistemindən istifadə istehlakçıları külli miqdarda nağd pul vəsaitini özü ilə gəzdirməkdən azad edir, ticarət zamanı əlavə vaxt itkisini aradan qaldırır . Bundan əlavə nağdsız hesablaşmalar kredit vasitəsilə həyata keçirildiyindən bütün əməliyyatların dəqiq uçotunu aparılması reallaşır. Nağdsız hesablaşmalar vergi ödəyiciləri tərəfindən maliyyə- təsərrüfat fəaliyyətinin uçotunun düzgün aparılması, vergiyə cəlb olunan gəlirlərin dəqiq müəyyən edilməsi, şəffaflığın artırılması və s. məsələləri həll edir.
Plastik kart vasitəsilə alınan malı geri qaytarılanda asanddır. İstehlakçılar pozulmuş hüquqlarının bərpası üçün də bu üstünlüklərdən istifadə edə bilərlər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun"da deyilir ki, istehlakçıların müraciətinə yalnız qəbz və ya kassa çeki təqdim edildikdə baxılır. Ödəniş kartı ilə həyata keçirildikdə isə bu problem dərhal həll olunur. Nağdsız ödəniş sisteminin inkişafı bütün dünyada yüksək mədəniyyət göstəricisi, şəffaflığın təmin olunması və vergidən yayınma hallarına qarşı səmərəli mübarizə mübarizənin mühüm elementlərindən biri kimi qəbul edilir.Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti ölkənin sosial - iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində nağdsız dövriyyəninn genişləndirilməsini dövlət strukturları qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısının 2009-cu il 14 aprel tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında 2009-2013-cü illərdə regionların sosial - iqtisadi inkişafı Dövlət proqramı"nda nağdsız ödəniş vasitələrinin Pos-terminalların, bankomatların, info-köşklərin quraşdırılmasının sürətləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin 2012-ci il oktyabr ayının 4-də təsdiqlədiyi "Azərbaycan ərazisində Pos-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"na əsasən, ölkədə Pos-terminalların quraşdırılması 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Əslində Vergilər Nazirliyi nağdsız ödənişlərin tətbiqinə 2008-ci ilin yanvar ayının 14-dən ƏDV ödəyiciləri üçün depozit hesabının tətbiqi ilə başlamışdır. Həmin tarixdən vergi ödəyiciləri ƏDV hesabı vasitəsilə dövlət büdcəsinə istənilən tədiyyə növü üzrə borclarını, gömrük orqanları qarşısında idxalla bağlı ƏDV-nin və digər vergi ödəyicilərinin subuçot hesablarına borclarının ödənilməsini təmin edə bilirlər. Bu sistem həm vergi tarixçəsinin və xronologiyasının saxlanılmasına, həm də Vergilər Nazirliyinə və vergi ödəyicilərinə müvafiq uçotun təşkilinə imkan verir.Hazırda ƏDV depozit hesabı daxilolmaları ümumi vergi daxilolmalarının üçdə bir hissəsini təşkil edir.Hələlik ölkəmizdə nağdsız ödənişlərin həcmi arzu olunan səviyyədə deyildir və buna bir neçə səbəb var.Əsas amillərdən biri kimi nağdsız ödənişlərin üstünlükləri barədə vətəndaş cəmiyyəti üzvləri və vergi ödəyiciləri arasında kifayət qədər geniş məlumatlandırmaması, alıcılar tərəfindən alqı-satqı əməliyyatları zamanı kartlardan istifadə ilə bağlı stimullaşdırıcı tədbirlərin hələlik az olması, ölkə banklarının POS-terminallardan istifadəyə görə tətbiq etdikləri yüksək faiz dərəcələri göstərilir və bəzən vergidən yayınmaq məqsədilə POS-terminallar vətəndaşlardan gizlədilir və ya satıcının POS-terminallardan istifadə edə bilməməyi kimi süni əngəllər yaradılır.Bu mənada POS-terminalların quraşdırılması ilə yanaşı ondan istifadə məsələlərinə nəzarət gücləndirilməli, nağdsız ödənişlər aparılmasına həm alıcı həm də satıcıya stimullaşdırıcı təsir göstərmək, əməliyyatlar elektron aparıldığından informasiya təhlükəsizliyini gücləndirmək, satıcılar tərəfindən negativ halların əmələ gəlməməsi üçün istehlakçı hüquqlarını pozulmasının qarşısını almaq lazımdır [16].
3.7.Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı
Vergi ödəyicilərinə göstərilən xidmətlərin konsepsiyalar hazırlanır və əsas məqsəd vergi ödəyiciləri ilə əlaqələri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında, quraraq vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsi və vergi ödəyicisinin maarifləndirilməsidir. İnformasiya ötürücülərinin işinin məhsuldar və səmərəli olması bilavasitə informasiya daşıyıcılarının üzərinə çox böyük məsuliyyət qoyur.
Qarşıda duran əsas məqsədlər vergi qanunvericiliyinə əməletmə səviyyəsi və fəaliyyət sahələrini qruplaşdırmaqla vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə vahid standartların müəyyən edilməsidir. Artıq bu sahədə bir neçə istiqamətdə işlər görülmüşdür. 2012-ci ildən yerli investisiyalı hüquqi şəxslərin e-qeydiyyatına başlanılmış, təqdim olunan elektron xidmətlərin siyahısı genişlənmişdir. ABŞ-da tətbiq olunan vergi ödənişlərinin elektron federal sistemi, o cümlədən «Call Centre» vasitəsilə vergilərin ödənilməsi haqqında öyrənilmiş beynəlxalq təcrübədən yararlanaraq vergilərin elektron formada ödənilməsi və e-ödənişlərin tətbiqini reallaşdırmaq zəruri tələblər sırasında olmaqda davam edir. Vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı fəaliyyət növünün dəyişdirilməsi, fəaliyyətin dayandırılması barədə ərizə və sənədlərin internet vasitəsilə təqdim edilməsinin tam başa çatdırılması qarşıda duran vacib məsələlərdən hesab olunur. 2012-ci ilin fevral ayından respublikanın regionlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması və vergi ödəyicilərinin istifadəsinə verilməsi, həmin mərkəzlərin funksiyalarının və göstərilən xidmətlərin çeşidlərinin genişləndirilməsi, orada çalışan işçilərin peşəkarlıq səviyyələrinin artırılmasına dair müvafiq tədbirlərin görülməsinə başlanılıb. Xidmət terminallarının xidmət mərkəzlərinə çevrilməsi təkcə formal xarakter daşımır, mühüm funksional əhəmiyyət kəsb edir ödəyicilər vergi orqanları tərəfindən göstərilən bütün xidmətlərdən xidmət mərkəzlərində də yararlana biləcəklər.
Bu baxımdan, əsas hədəflər bunlar təşkil edir [17]:
-
elektron xidmətlərin tətbiqinin genişləndirilməsi;
-
vergilərin ödənilməsi prosesinin asanlaşdırılması və elektron ödəmələrin tətbiqi;
-
vergi borclarının yaranmaması üçün profilaktik işlərin təşkili;
-
vergi apelyasiya sisteminin təkmilləşdirilməsi;
-
vergi ödəyicilərinə xidmət üsullarının yaxşılaşdırılması;
-
xidmət sahəsində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi.
3.8 Azərbaycan Respublikasının vergi sisteminin elektron hökümət sisteminə inteqrasiyası
Azərbaycan Respublikasının vergi sisteminin elektron hökümət sisteminə inteqrasiya aspekleri və perspektiv inkişaf istiqamətində Vergilər Nazirliyinin aşağıdakı tədbirlər görməsi təklif olunur:
-
Yeni Dövlət Proqramında Vergilər Nazirliyinin həyata keçirəcəyi tədbirlərin də istiqamətləri müəyyən olunması
-
Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması. Məlumdur ki , Elektron Hökümətin yaradılması vacibliyindən biri də bürokratik əngəllərin aradan qaldırılmasıdır. Vergi Nəzarəti və yoxlamaları zamanı da hər hansı yarana biləcək qeyri-qanuni tədbirlərin qarşını almaq və şəffaflığın təminatı üçün bu sistem köməkçi ola bilər.
-
Vergi ödəyicilərinin zəruri məlumatlarla təmin edilməsi. Hər bir vergi ödəyicisi potensial olaraq dövlət büdcəsinin doldurulmasında iştirak edir.Hər bir ödəyiciyə öz fəaliyyətini səmərəli qurması üçün müxtəlif dövlət saytlarından öz fəaliyyətini özü üçün daha səmərəli yollarını axtarıb tapmağa çalışacaqdır. Bu üzdən ona kömək edərək hər bir məlumatın bir vahid mərkəzdə yerləşdirilməsi vacibdir.
-
Vergi ödəyiciləri ilə təbliğat işinin təkmilləşdirilməsi. Vergi ödəyicisinə portaldan istifadə etməsi və elektron xidmətlərdən yararlanması üçün təbliğat işinin aparılması vacibdir.
-
Vergi orqanlarının fəaliyyətinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində əlavə tədbirlərin görülməsi
-
Vergilərin və digər ödənişlərin elektron qaydada ödənilməsinin daha da sürətləndirilməsi başlıca prioritetlərdən hesab olunur.
-
E-bəyannamə, e-vergi hesab-fakturası və digər sənədlərin, ödənişlərin onlayn rejimdə ödənilməsinin sadələşdirilməsi. Hal-hazırda bu xidmətlər Vergilər Nazirliyinin rəsmi internet səhifəsində mövcud olduğu kimi E-hökümət portalına da inteqrasiya olunmalı və bir qədər sadələşdirilməlidir.
-
Yeni texnoloji vasitələrdən istifadə edilməsi. Vergilər Nazirliyi öz əməliyyatlarını AVİS sistemi ilə görməsinə baxmayaraq E-hökümət portalına inteqrasiya ilə əlaqədar daha təkmil, digər Nazirliklər və E-Hökümət portalı ilə birbaşa əlaqəsi olan bir sistem yaratmalıdır.
-
Onlayn ödənişlərlə bağlı beynəlxalq standartlara cavab verən yüksək təhlükəsizlik sisteminin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr hesab olunur. Bu ildən (2013) Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzinin fəaliyyətə başlaması elektron və mobil imzaların tətbiqi ilə elektron xidmətlərdən vergi ödəyicilərinin daha sürətli, təhlükəsiz və çevik istifadə etməsinə imkan verəcək.
3.9 Vergi sisteminin elektron hökümət layihəsində və elektron sistemində problemləri
Biz vergi sisteminin Elektron hökümət layihəsinə inteqrasiyasında və ümumiliklə elektron xidmət göstərilməsində aşağıdakı problemləri göstərə bilərik:
-
Əhalinin yaşlı təbəqəsinin komputer və internet imkanlarından az istifadəsi üzündən hesabatlarının sərbəst göndərmək imkanları bəzən olmur. Vergilər Nazirliyi tərəfindən hər bir zona, rayon üzrə Xidmət terminalları yaradılsa da bəzi ödəyiciləri “elektron vasitələri öyrənmək tənbəlliyi üzündən” öz əməliyyatlarının qeydini digər şəxslərə həvalə edirlər ki, bu da bəzən vergi hesabatlarının səhv təqdim olunmasına gətirib çıxarır. Bu üzdən vergi ödəyiciləri üçün hesabatların təqdim edilməsinə aid videoroliklərin KİV-də yayılması və ərazi üzrə seminar məşğələlərinin daha intensiv göstərilməsi məqsədəuyğundur.
2013-cü il üzrə Vergilər Nazirliyinin təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası barədə
|
|
Ay
|
Təqdim olunmuş e-xidmətlərin sayı
|
Portalda yerləşdirilib
|
Portalda yerləşdirilmiş ümumi e-xidmətlərin sayı
|
Qurumların öz saytlarındakı e-xidmətlərin ümumi sayı
|
Qurumalrın öz saytlarında yerləşdirilib
|
yanvar
|
57
|
2
|
9
|
47
|
46
|
fevral
|
57
|
3
|
9
|
46
|
46
|
mart
|
57
|
3
|
9
|
46
|
46
|
aprel
|
57
|
3
|
9
|
46
|
46
|
may
|
57
|
4
|
10
|
46
|
46
|
iyun
|
57
|
4
|
10
|
46
|
46
|
iyul
|
57
|
5
|
10
|
46
|
46
|
Cədvəl 2
|
2013-cü iin ilk 7 ayı üzrə Vergilər Nazirliyinin təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası barədə
|
Dostları ilə paylaş: |