Xv mövzu: Avropa ölkələrində məktəb və pedaqoji fikir. Əhatə olunacaq məsələlər



Yüklə 157,5 Kb.
səhifə3/5
tarix03.06.2023
ölçüsü157,5 Kb.
#124655
1   2   3   4   5
15 Muhazire

Klod Adrian Helvetsi (1715-1777) həkim ailəsində anadan olmuşdur. Onun dünyagörüşünün formalaşmasında C.Lokkun “İnsan ağlı haqqında təcrübələr” adlı əsəri mühüm rol oynamışdır. K.A.Helvetsi 1758-ci ildə “Ağıl haqqında” adlı fəlsəfi əsərini yazmışdır. Əsər din xadimləri tərəfindən müqavimətlə qarşılanmış, kütlə qarşısında yandırılmışdır. Həbs olunmaq təhlükəsi qarşısında qalan K.A.Helvetsi Fransanı tərk edərək İngiltərəyə, oradan da Almaniyaya gedir. Xaricdə olduğu zaman “İnsan, onun əqli qabiliyyətləri və tərbiyəsi haqqında” əsərini yazır. Lakin əsər onun ölümündən iki il sonra nəşr olunur.
K.A.Helvetsi şəxsiyyətin inkişafında irsiyyətin rolunu inkar edərək tərbiyəni həddən artıq yüksək qiymətləndirirdi. Onun fikrincə, tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsi ilə dahilər yetişdirmək olar.
K.A.Helvetsi şəxsiyyətin inkişafında irsiyyətin rolunu inkar edərək tərbiyəni
həddən artıq yüksək qiymətləndirirdi. Onun fikrincə, tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsilə dahilər yetişdirmək olar. K.A.Helvetsinin təerbiyəyə bu qədər üstün yer verməsi onu ictimai quruluşu tərbiyə vasitəsi ilə dəyişdirmək kimi fikrə gətirib çıxarmışdı. Bu, K.A.Helvetsinin tarixə idealist baxışından, yəni “dünyanı rəylər idarə edir” fikrindən irəli gəlirdi. O, yazırdı: “Öz ruhunu incədən-incəyə araşdıran insan o qədər yanlışlıqlara rast gəlir ki, istər-istəməz təvazökar olur. O daha öz biliyi ilə öyünmür vəözünü başqalarından yüksək saymır”.
K.A.Helvetsi deyirdi ki, insan biliyi onun duyğularının məhsuludur. Ona görə də tərbiyənin mühüm vəzifəsi hiss orqanlarını tərbiyə və inkişaf etdirməkdən ibarət olmalıdır. K.A.Helvetsi qeyd edirdi ki, insan azad doğulur, hamı təhsil almağa qabildir. Həqiqətlər nə qədər yüksək olursa olsun, hamı tərəfindən qavranıla bilər. Əxlaq tərbiyəsini yeni prinsiplərlə izah edən K.A.Helvetsi deyirdi: insan elə tərbiyə edilməlidir ki, cəmiyyətin mənafeyini başa düşsün və ictimai xadim kimi yetişsin.
K.A.Helvetsi ədəbi və mütləq əxlaq normalarının olmasını inkar edir və əxlaqın nisbi xarakter daşıdığını, onun insanın ictimai mənafeyi ilə müəyyən edildiyini göstərirdi.
K.A.Helvetsinin fikrincə, əxlaqi davranışların meyarı təcrübədən doğan şəxsi mənafedir, lakin bununla o, heç də ictimai mənafeyi rədd etmirdi, əksinə, deyirdi ki, ictimai mənafe şəxsi mənafeyi tamamlayır.
K.A.Helvetsi ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutur və məktəb
tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, deyirdi: “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq. Düzünə qalsa, mənim bütün həyatım uzun sürən bir tərbiyədən ibarətdir”.
Fransız materialist filosoflarının ən görkəmli nümayəndəsi olan
Yüklə 157,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin