Xv mövzu: Avropa ölkələrində məktəb və pedaqoji fikir. Əhatə olunacaq məsələlər



Yüklə 157,5 Kb.
səhifə2/5
tarix03.06.2023
ölçüsü157,5 Kb.
#124655
1   2   3   4   5
15 Muhazire

4. XVIII əsrin ortalarında feodal quruluşu və onun köhnə qaydaları məhsuldar qüvvələrin inkişafı üçün maneə törətməsinə baxmayaraq, burjuaziya inkişaf edirdi.bunun nəticəsində inkişaf etməkdə olan burjuaziya ilə feodal münasibətləri arasında kəskin mübarizə başlanır. Mübarizə getdikcə qüvvətlənir, köhnə quruluşun qayda-qanunları tənqid olunurdu. Bu işdə Fransanın materialist filosofları və maarifpərvərləri görkəmli yer tuturdular.
Onların əsərləri Fransadan xaricdə - Hollandiyada, İngiltərədə nəşr olunur, özləri isə Bastiliya qalasına salınırdılar.
Fransanın materialist filosofları dinlə, köhnəliklə daha ardıcıl və fəal surətdə mübarizə edirdilər. Feodal hökmranlıgını yıxmaq üçün həmin cəmiyyəti tənqid etməkdən başlamaq lazımdır. Çünki din feodalizmin söykənəcək nöqtəsi idi.
Fransanın materialist filosofları dini və dini xarakter daşıyan hər cür fənlərin məktəbdən çıxarılmasını, onun əvəzinə tədris planına təbiət fənlərinin daxil edilməsini və təbiət hadisələri haqqında düzgün məlumat verən fənlərin keçilməsini tələb edirdilər. Helvetsi deyirdi ki, din köləlik,despotizm və yalançılıq gətirir. Didro yazırdı ki, bizə din lazım deyil.
Fransanın materialist filosofları tərbiyənin roluna böyük qiymət verirdilər. Onların fikrincə tərbiyənin köməyi ilə insanların rəyini dəyişdirmək, mövhumatın, cəhalətin, nadanlığın kökünü kəsmək və beləliklə də ictimai quruluşu dəyişdirmək mümkündür. Onlar bu zaman fikirlərinin ziddiyyətə yol verirdilər. Onlar bir tərəfdən iddia edirdilər ki, insan mühitin məhsuludur, ona görə insanı dəyişdirə bilmək üçün mühiti dəyişdirmək lazımdır. O biri tərəfdən isə belə hesab edirdilər ki, tərbiyə çox qüvvətli bir vasitədir. Ona görə də tərbiyə yolu ilə insanları dəyişdirmək lazımdır. Beləliklə, onlar insanla mühit arasındaolan qarşılıqlı münasibəti düzgün həll edə bilmirdilər.
XVIII əsrdə Fransada kapitalizm sürətlə inkişaf etməyə başlayırdı, lakin hələ hökm sürməkdə olan feodalizm quruluşu onun inkişafına mane olurdu. XVIII əsrin 70-80 ci illərində Fransada inqilabi hərəkat genişlənir, burjuaziya feodal cəmiyyətini dağıdıb hakimiyyəti öz əlinə almağa çalışırdı.
İnqilabın inkişafı gedişində xalq kütlələri maarif məsələləri ilə maraqlanır və öz tələblərini irəli sürürdülər. Çünki uzun zaman hökm sürən feodal quruluşu, onun əsas dayağı olan din və ruhanilər xalqı qaranlıqda, cəhalətdə saxlamağa çalışmışdılar.
Fransada 1790-cı ildə kişilərin 53 və qadınların 73 faizi savadsız idi. Ona görə maarif məsələləri xalqın diqqət mərkəzində dururdu. Bu sahədə irəli sürülən layihə və təkliflərə Fransa maarifçilərinin, xüsusən Russonun və Fransa materialist filosoflarının (Helvetsi və Didronun) ideyaları da öz təsirini göstərmişdir.
1789-1794-cü illərdə maarif sahəsində bir sıra layihələr irəli sürülmüşdür. Xalq maarifi işlərini yenidən qurmaq üçün irəli sürülən layihələr içərisində daha mütərəqqi səciyyə daşıyan layihə Kondorse və Lepelete tərəfindən tərtib edilmiş layihə idi.
Kondorsenin layihəsi. Kondorse Fransada olan jirondistlər partiyasının görkəkli nümayəndəsi, böyük filosof, iqtisadçı və elmlər akademiyasının katibi idi. İnqilabın gedişində qanunverici məclisi konvent əvəz edirdi; ilk günlərdə burada rəhbər rolu ticarət və sənaye burjuaziyası nümayəndələri - jirondistlər partiyası tuturdu. Kondorse də tərtib etdiyi layihəni qanunverici məclisin təşkil etdiyi “İctimai təhsil komitəsi”nin müzakirəsinə təqdim etdi.
Kondorsenin layihəsində açağıda qeyd olunan məktəb sistemi nəzərdə tutulurdu.

  1. Əhalisi 400 nəfərdən az olmayan şəhər və kənd yerlərində 4 illik ibtidai məktəblər təşkil edilməli və buraya silki, cinsi və başqa vəziyyətdən asılı olmayaraq hamı bərabər hüquqla daxil olmalı; məktəbdə oxu, yazı, qrammatika, həndəsə, hesabdan ilk məlumat, ölkədə olan kənd təsərrüfatı və mövcud sənətlər barədə məlumat təlim edilməlidir.

  2. Əhalisi 4000 nəfərdən az olmayan şəhər və qəzalarda birinci dərəcə məktəblər üzərində qurulmuş 3 illik ikinci dərəcə məktəblər təşkil edilməlidir. Burada riyaziyyat, kimya, ticarət haqqında ilk məlumat və s. keçilməlidir.

  3. Orta 5 illik təhsil verən institutlar təşkil edilməlidir. Burada gənclərə bəzi sənətlərin də öyrədilməsi lazım bilinirdi. Lakin Fransada belə məktəblərin sayı 110 olmalı idi.

  4. Ali məktəblər – litseylər. Layihə üzrə belə litseylər bütün Fransada 10 olmalı və burada burjua cəmiyyətinin yuxarı təbəqələri oxumalı idi.

Konderseyə görə bütün məktəb sisteminə milli elmlər və incəsənət institutu rəhbərlik etməlidir. Beləliklə, Konderse vahid məktəb sistemi verir; məktəblər bir – biriləri ilə həm proqram, həm də inzibati cəhətdən bağlanırdılar. Bu layihə bütünlüklə, şübhəsiz ki, mütərəqqi idi, lakin layihədə bir sırz məsələlərin üstündən keçilirdi. Məsələn, Konderse layihəsində məktəblərin açılması haqqında geniş şəkildə danışıldığı halda, şagirdləri yemək, paltar, tədris ləvazimatı və s.ilə təchiz etmək haqqında heç bir şey deyilmirdi. Bu da, öz növbəsində, yoxsul uşaqlarının məktəbə cəlb edilməsini çətinləşdirirdi. Həmin layihə 1792-ci ilin aprel ayının 20-21-də qanunverici məclisdə müzakirə edilir, lakin qəbul edilmir.
1791-cü ildə jirondistlər partiyasının Konventdən qovulması ilə əlaqədar olaraq, xalq maarifi komitəsi də yenidən təşkil edilir. Ona görə də Konvent yeni layihə tərtib etmək işini Lepeleteyə tapşırır. Lepelete Yakobinlər partiyasının üzvü idi. Robeyspyerin təklifi ilə maarif işi üzrə layihəni tərtib edib qurtarmış Lepelete onun müzakirəsində iştirak edə bilmədi. Kralın edam edilməsi işində iştirak etdiyi üçün kral tərəfdarlarından olan bir qvardiya zabiti tərəfindən öldürüldü. Lepeletenin ölümündən sonra layihə onun qardaşı tərəfindən Robeyspyerin rəhbərlik etdiyi maarif komissiyasına təqdim edildi. 1793-cü ilin iyul ayında layihə Konventdə və sonra Yakobinlərin klubunda müzakirə olunur. Layihə dövrünə görə daha mütərəqqi səciyyə daşıyırdı.
Lepelete geniş şəkildə əqli təhsil proqramını irəli sürürdü. Uşaqlar “milli tərbiyə evlərində” oxu, yazı, say, ölçü qaydaları, həndəsə, əxlaq, ictimai quruluş, insan və vətəndaş haqqında, Fransanın tarixindən, kənd təsərrüfatı və evdarlığa aid ilk məlumatları almalıdırlar.
Lepeletenin layihəsi başqa layihələrə nisbətən, dövrünə görə, daha inqilabi və demokratik idi.

Yüklə 157,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin