Xvi mövzu: XIX əsrin sornı XX əsrin owollorində Azərbaycanda kapitalist mänasibotlorin İnkişafı


XX əsrin əvvəllərində Şimali Azərbaycanda milli-azadlıq mübarizəsinin başlanması və inkişafı



Yüklə 71 Kb.
səhifə6/6
tarix10.05.2022
ölçüsü71 Kb.
#57248
1   2   3   4   5   6
XV MÖVZU

XX əsrin əvvəllərində Şimali Azərbaycanda milli-azadlıq mübarizəsinin başlanması və inkişafı.

Çar hökuməti 1905-ci il fevralın sonlarında Qafqazda canişinliyi bərpa etdi və bütün Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda hərbi-inzibati idarəçilik bərqərar olundu.

1905-ci il Ümumrusiya oktyabr siyasi tətili bütün Azərbaycanı da bürüdü. Bakı, Şuşa, Nuxa fəhlələri, dəmiryolçular, Yelizavetpol şagirdləri tətilə qoşulmuşdular. Getdikcə genişlənən xalq hərəkatından qorxuya düşən çar nökuməti 1905-ci il oktyabrın 17-də manifest verərək söz, mətbuat, yığıncaq və s. azadlığı vəd etməli oldu. Bu dövrdə Azərbaycanda müvafiq olaraq Ə.Topçubaşov, Ə.Ağayev və İ.Ziyadxanovun başçılıq etdikləri “İttifaq-ül-müslümin”, “Difai” və “Müdafiə” adlı milli partiyalar meydana çıxdı. Bu partiyalar xalqın çarizmə qarşı milli-azadlıq mübarizəsi ilə bağlı idilər. Məsələn, Əhməd Ağaoğlu (Ə.Ağayev) tərəfindən 1905-ci ildə yaradılmış, Bakıda, Gəncədə, Naxçıvanda və Qarabağda şöbələri olan “Difai” partiyası gizli fəaliyyət göstərsə də, silahsız və dinc Azərbaycan əhalisinin daşnakların təcavüzündən qorunması sahəsində geniş iş görürdü.

1905 -1907-ci illər milli-azadlıq mübarizəsində milli burjuaziyanın rolu az olmamışdı. Milli burjuaziyanın mütərəqqi nümayəndələri müxtəlif cəmiyyətlər, birliklər, mətbuat orqanları vasitəsi ilə Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirdilər. Təkcə Rusiya imperiyasının I və II, həmçinin III və IV dövlət dumalarında Ə.Topçubaşov, İ.Ziyadxanov, Ə.Xasməmmədov, M.Cəfərov, M.Əliyev, F.Xoyski, M.Şahtaxtinski və başqalarının fəaliyyətini xatırlamaq kifayətdir. Ə.Topçubaşov I Dumada bütün müsəlman fraksiyasının sədri olmuşdur. Bütün müsəlman deputatlar kimi Azərbaycan burjuaziyasının dumadakı nümayəndələri çarizmin müstəmləkəçi köçürmə, milli ayrı-seçkilik siyasətinə qarşı çıxır, kənddə torpaq məsələlərinin radikal həlli uğrunda mübarizə aparırdı.

1910-cu ildən etibarən uzun sürən ümumdünya iqtisadi böhrandan sonra iqtisadiyyatda yenidən canlanma başladı. Neft sənayesində yeni texniki nailiyyətlər tətbiq olunur, istehsalın təmərküzləşməsi güclənirdi. Birinci dünya müharibəsi ərəfəsində, demək olar ki, bütün neft sənayesi üç böyük inhisar – “Şell”, “Nobel qardaşları” və “Oyl” şirkətinin əlində idi. Bu dövrdə iri neftayırma zavodları artır. 1913-cü ildə balıq vətəgələrində 40 mindən çox adam çalışırdı. Nuxa, Şuşa, Ordubad şəhərlərində iri ipək emalı fabrikləri meydana çıxır, pambıqtəmizləmə sənayesi fabrik mərhələsinə keçmişdi

XX yüzilliyin başlanğıcında milli və sinfi mübarizənin güclənməsi məktəblər, milli teatr, ədəbiyyat və musiqinin inkişafı xalqın milli şüurunun, özünüdərketməsinin daha da artmasına səbəb oldu. 1911-ci ildə Azərbaycan milli-azadlıq hərəkatlarında mühüm rol oynamış “Müsavat” partiyası yaradıldı. Bu partiyanın liderləri M.Ə.Rəsulzadə, A.Kazımzadə, A.Şərifzadə, V.Mikayılzadə və b.idilər.

I dünya - müharibəsi ərəfəsində Azərbaycanda inqilabi və milli azadlıq mübarizəsi geniş vüsət almışdı. Xəzinə və mülkədar torpaqlarının zorla tutulması, vergilərin ödənilməsindən boyun qaçırılması, müstəmləkə dövlət orqanlarına qarşı silahlı mübarizə ilə səciyyələnən kəndli hərəkatı Yelizavetpol quberniyasında xüsusilə qüvvətli idi. Məşədi Yolçu, Kərbalayı Əsgər kimi qaçaqların - xalq qəhrəmanlarının başçılıq etdikləri üsyançı dəstələri çar məmurlarının əsil qənimlərinə çevrilmişdir.



Şəhər və kəndlərdə milli və dini zülmə qarşı yeni çıxışlar başladı. Artıq 1915-ci ilin yayından etibarən fəhlə hərəkatının yeni dalğası qalxır, inqilabi hərəkat yeni-yeni əraziləri əhatə edirdi.

Azərbaycan proletariatının formalaşmasında az rol oynamamış Cənubi azərbaycanlı fəhlələr içərisində iş aparan B.M.Ağayev, M.Ələkbərovu, fevral inqilabından sonra yaranmii sosial-demokrat “Ədalət” təşkilatının və b. böyük işini qeyd etmək lazımdır.
Yüklə 71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin