Xvi mövzu: XIX əsrin sornı XX əsrin owollorində Azərbaycanda kapitalist mänasibotlorin İnkişafı


Sənayedə kapitalist münasibətlərinin təkamülü



Yüklə 71 Kb.
səhifə4/6
tarix10.05.2022
ölçüsü71 Kb.
#57248
1   2   3   4   5   6
XV MÖVZU

2. Sənayedə kapitalist münasibətlərinin təkamülü.

İslahatdan sonrakı dövrdə Azərbaycan sənayesində, xüsusən neft sənayesində güclü canlanma hiss olunurdu. Neft istehsalı ilə məşğul olan şirkətin sayı ilbəil artırdı. Əgər 1873-cü ildə Bakıda 12 belə şirkət vardısa, 1899-cu ildə onların sayı 140-a çatmışdır. Əgər 1875-ci ildə cəmisi 5,2 mln. pud neft çıxarılmışdısa, 1901-ci ildə Bakı rayonunda 667,1 mln. pud neft hasil olunmuşdur. Bu da bütün dünya hasilatının yarısından çoxuna, Rusiya neftinin isə 95 %-nə bərabər idi. Artıq XIX yüzilliyin 90-cı illərinin ortalarında Azərbaycan neft sənayesi digər ölkələri geridə qoyaraq neft hasilatına görə dünyada birinci yerə çıxmışdır.

Neft emalı sənayesi də inkişaf edirdi. 1873-cü ildə Bakıda "Qara şəhər" adlı yeni sənaye rayonu yaranmağa başladı. Sonra zavodlar və fabriklər Qara şəhərdən kənarda da - Keşlə və Ağ şəhərdə də meydana çıxmağa başladı. 1890-cı ildə Bakıda 148 neftayırma zavodu var idi.

Bakıdan neft məhsullarının aparılması getdikcə genişlənirdi. Artıq 1883-cü ildə Bakı nefti Rusiya bazarından Amerika neftini sıxışdırıb çıxardı və 80-ci illərdə Avropa və Asiya bazarlarında xarici rəqiblərlə rəqabətə başladı. Avropanın bəzi ölkələrində (Almaniya, Avstriya) Bakı nefti ilə işləyən neftayırma müəssisələri tikildi.

1897-1907-ci illərdə tikilib başa çatmış Bakı-Batum neft kəməri Azərbaycan neftinin ixrac imkanlarını xeyli genşləndirmişdi.

Bakı nəinki Şimali Azərbaycanın, o cümlədən bütün Qafqazın ən iri sənaye mərkəzinə çevrilmişdir. 1897-ci ildə əhalinin siyahıyaalınmasına görə Bakı quberniyası əhalisinin 20%-i (təxm. 114 min nəfər) burada cəmləşmişdi. 1889-1902-ci illər ərzində təkcə gəlmələrin hesabına bu şəhərin əhalisi 21,6 min nəfər armışdır.

XIX əsrin II yarısından Azərbaycanda yeni ictimai-iqtisadi formasiyanın sinifləri - burjuaziya və proletariat meydana çıxırdı. Başlıca olaraq neft sənayeçilərindən, digər fabrik və zavod sahibkarlarından ibarət olan Azərbaycan burjuaziyası ilk vaxtlardan öz tərkibinə görə çox millətli idi. Onun tərkibinə azərbaycanlılarla (Tağıyev, Nağıyev, Əsədullayev, Quliyev, Dadaşov və b.) yanaşı, ruslar (Kokorev, Şibayev, Qubenin və b.), ermənilər (Lianazov, Mantaşov, Qukasov və b.) daxil idilər.

Bu dövrdə milli burjuaziyanın Azərbaycan tarixində rolu böyük olmuşdur. Azərbaycan mədəniyyəti, maarifi, milli mədəni şüuru və iqtisadiyyatının inkişafına milli burjuaziyanın mütərəqqi rolu şübhəsizdir.

Şimali Azərbaycanda proletariat əsasən Şimali Azərbaycan kəndi, Güney Azərbaycandan, Quzey Qafqazdan, Volqaboyundan axıb gələn kosbkarlardan ibarət idi. Burjuaziya kimi Azərbaycan proletariatı da ilk vaxtlardan çoxmillətli proletariat kimi formalaşırdı. XIX əsrin sonuna yaxın Azərbaycan qəzalarında proletariatın sayı 100 min nəfərə çatırdı.

XIX əsrin II yarısında Azərbaycan tarixində mühüm hadisə olan Azərbaycan burjua milləti yarandı. Bu millətin tərkibinə müxtəlif siniflər və sosial təbəqələr (sənaye, ticarət və kənd burjuaziyası, mülkədarlar, proletariat, kəndlilər, sənətkarlar, ruhanilər və b.) daxil idi.

80-90-cı illərdən etibarən Azərbaycanda marksist ədəbiyyatı yayılmağa başladı. 1885-ci ilin yanvarında polis Bakıda “Kommunist partiyasının manifesti”ni aşkara çıxarmışdır.

1888 -ci ildə Bakıda ilk fəhlə dərnəyi təşkil olunmuşdur. 1896-1897-ci ildə meydana çıxan, 1899-cu ildə sayı 6-ya çatan


sosial-demokrat dərnəklərində M.Məmmədyarov, B.Dadaşov,
M.Qasımov və digər azərbaycanlı fəhlələr də iştirak edirdilər.

Yüklə 71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin