Riy.güc.IX.11. Şagird həndəsi qanunların doğruluğunu isbat edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Deduktiv və induktiv mülahizə nümunələrində buraxılmış pilləni bərpa edirsə;
-
Həndəsi qaydaları əsaslandırmaq üçün cəbri çevirmələrdən, bərabərlik və bərabərsizlik xassələrindən istifadə edirsə;
-
Həndəsi obyektlərin xassələrini müəyyən etmək və əsaslandırmaq üçün Dekart koordinatlarından istifadə edir.
Riy.güc.IX.12. Şagird müstəvidə fiqurların həndəsi çevirmələrini tədqiq edə və onlardan həndəsi problemlərin həlli üçün istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Müstəvidə həndəsi çevirmələri həyata keçirir və sadə vəziyyətlərdə onlardan fiqurların bərabərliyini müəyyənləşdirmək üçün istifadə edirsə;
-
Həndəsi çevirmələri (paralel köçürmə, ox/mərkəzi simmetriya) yerinə yetirmək və təsvir etmək üçün koordinatlardan istifadə edir;
-
Eyni tip həndəsi çevirmələrin kompozisiyaları haqqında mülahizə yürüdür və nəticəyə gəlir (paralel köçürmə, eyni mərkəz ətrafında dövr, paralel oxlara nəzərən ox simmetriyaları, ümumi mərkəzi olan homotetiya).
-
Fiqurun və ya həndəsi çevirmələrin xassələrinə əsasən verilmiş fiqurla müstəvinin doldurulması mümkünlüyü haqqında mühakimə yürüdür; müvafiq halda müstəvinin lokal doldurulmasını nümayiş etdirir.
Dostları ilə paylaş: |