Riy.güc.X.9. Şagird müstəvidə fiqurların həndəsi çevirmələrini xarakterizə edə və onlardan həndəsi problemlərin həlli üçün istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Verilmiş həndəsi çevirmə (çevirmənin invariantları) zamanı dəyişməyən həndəsi fiqurların xarakteristikalarını sadalayır ;
-
Fiqur haqqında müxtəlif göstəricilərdən (məsələn, fiqurların ölçüləri, fiqurların təpələrinin koordinatlarını, fiqurların elementləri arasında cəbri nisbətlər) istifadə etməklə iki həndəsi fiqurun ekvivalentliyini verilmiş çevirməyə və ya çevirmə tipinə nəzərən əsaslandırır və ya inkar edir;
-
Fiqurun həndəsi çevirməsini (fırlanma halında yalnız dərəcə ilə) müstəvidə Dekart koordinatları vasitəsi ilə təsvir edir;
-
Koordinatlarda verilmiş həndəsi çevirmənin mümkün tipini (paralel köçürmə, təpə nöqtəsi ilə münasibətdə mərkəzi simmetriya, koordinat oxu ilə nisbətdə ox simmetriyası) göstərir.
Riy.güc.X.10. Şagird fəza fiqurunu öyrənmək üçün fəza fiqurunun kəsikləri və proyeksiyalardan istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Fəza fiqurunun kəsiyinin mümkün forması barədə düşünür və fəza fiqurunun qeyd edilmiş kəsiklərini qurur;
-
Fiqurun proyeksiyasını verilmiş paralel proyeksiya zamanı tapır;
-
Fəza fiqurunun mümkün forması haqqında onun kəsik/kəsiklərinə əsasən mülahizə yürüdür;
-
Fiqurun mümkün forması haqqında onun çertyoju əsasında paralel proyeksiya zamanı mülahizə yürüdür.
Dostları ilə paylaş: |