Mülahizə zamanı ilkin şərtləri və nəticəni (o cümlədən – aksiomanı və teoremi) fərqləndirə bilirsə;
Deduktiv və induktiv mülahizə nümunələrində buraxılmış pilləni/pillələri bərpa edə bilirsə;
Cəbri çevirmələr, bərabərlik və bərabərsizliklər xassələrindən həndəsi qaydalarla əsaslandırılma zamanı istifadə edirsə;
Dekart koordinatlarından həndəsi obyektlərin xassələrini müəyyənləşdirmək və əsaslandırmaq üçün istifadə edirsə (məsələn, düzbucaqlının dioqonallığının bərabərliyini göstərmək üçün);
Müstəvi üzərində fiqurlar arası nisbətləri əsaslandırmaq üçün həndəsi çevrilmələrdən və onların kompozisiyalarından istifadə edirsə (məsələn, bərabərlik).