Riy.güc.VIII.9. Şagird həndəsi qaydaların düzgünlüyünü əsaslandıra bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Deduktiv və induktiv mülahizə nümunələrində buraxılmış pilləni/pillələri bərpa edə bilirsə;
-
Cəbri çevirmələr, bərabərlik və qeyri- bərabərliklər xassələrinin həndəsi qaydalarla əsaslandırılması zamanı istifadə edirsə;
-
Dekart koordinatlarından həndəsi obyektlərin xassələrini müəyyənləşdirmək və əsaslandırmaq üçün istifadə edirsə;
-
Müstəvi üzərində fiqurlararası nisbətləri əsaslandırmaq üçün həndəsi çevrilmələrdən və onların kompozisiyalarından istifadə edirsə (məsələn, tənlik).
Riy.güc.IX.10. Şagird obyektlərin təsviri və onların xüsusiyyətlərini əks etmək üçün nöqtələrin həndəsi yeri anlayışından istifadə edə bilir.
Nəticə göz önündədir, əgər şagird:
-
Nöqtələrin həndəsi yerinin hərfi ifadəsinə əsasən, bu ifadəyə uyğun gələn həndəsi fiquru və ya fiqurun elementini sadalayır və ya təsvir edirsə;
-
Nöqtənin həndəsi yeri metodundan qurma məsələlərinin həlli zamanı istifadə edirsə ;
-
Nöqtənin həndəsi yeri müxtəlif ifadələrə əsasən müvafiq fiqurlar arasındakı münasibəti müəyyən edirsə.
Dostları ilə paylaş: |