Riy.güc.XII.2. Şagird praktiki işdən irəli gələn problemləri həll edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Kəmiyyətin dəyişmə sürətini göstərmək üçün uyğun vahidlər seçir və müəyyənləşdirir;
-
Üstlü və loqarifmik funksiyaların xassələrindən praktiki işdən və ya elmin müxtəlif sahələrindən irəli gələn hesablamalarla əlaqədar məsələlərin həlli zamanı istifadə edir (məsələn, zəncirvari göstərilmiş faiz hissəsi, biologiya və fizikada entropiya, informasiyanın həcmi, radioaktiv parçalanma və tarixləndirmə metodları);
-
Loqarifmik miqyası düz xətdən seçir; üstlü funksiyanın qiymətlərinin koordinatlar sistemində göstərmək üçün loqarifmik miqyasdan istifadə edir;
-
Verilmiş alqoritmlə (məsələn, RSA) verilənləri şifrləmə-oxumanı həyata keçirir; informasiya və ədədi nəzəriyyənin müasir dövrdə praktiki tərəfi, onların rolu barədə mülahizə yürüdür. (Məsələn, informasiyanın müdafiəsi; informasiyanın dəyəri və şifri açarkən lazımi hesablamaların xərcləri; “ Açıq tipli açarla” şifrə sisteminin sosial aspektləri –onun təhlükəsizliyinin müdafiəsi mexanizmləri –“ Fəaliyyətdə şəffaflıq prinsipi ” ).
Riy.güc.XII.3. Şagird mülahizə-əsaslandırmanın müxtəlif üsulundan istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Ədədlər nümunəsinin qaydalar və kəmiyyət mülahizə nümunələri haqqında və bir və ya bir neçə şərtin, məhdudiyyətin və yaxud mümkünlüyün zəiflədilməsi-aradan götürülməsi ilə onun nəticəsinin analizini həyata keçirir;
-
Ədədlərin xassələri və ya ədədi qanunauyğunluqlar haqqında ümumiləşmə, analogiya ilə əldə edilmiş nəticələri və ya qaydaları (o cümlədən, riyazi induksiyadan istifadə etməklə) əsaslandırır;
-
Kəmiyyət mülahizəsi nümunəsi üzərində mülahizə və nəticə hissəsinin tənqidi analizini həyata keçirir.
Dostları ilə paylaş: |