İstiqamət: Göstəricilərin təhlili, ehtimal və statistika
Riy.güc.XII. 8. Şagird göstəriciləri məsələni həll etmək üçün əlverişli formada təqdim edə və interpretasiya edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Seçməni və populyasiyanı fərqləndirirsə;
-
Populyasiya üçün nümayəndələr qrupunu tanıyır.
-
Verilmiş seçim zamanı seçmə əsasında populyasiya haqqında verilmiş qərarın etibarlığına təsir göstərən amilləri sadalayır (məsələn, ölçmənin dəqiqliyi, seçmənin nümayəndəliliyi ).
Riy.güc.XII. 9. Şagird məsələni həll etmək üçün göstəriciləri əlverişli formada təqdim edə və interpretasiya edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Göstəricilərin təqdiminin uyğun qrafiki formalarını seçir, öz seçimini əsaslandırır, cədvəl/diaqramlar qurur və sadələşdirir;
-
Cütləşdirilmiş göstəricilər üçün pərakəndəlik diaqramını yaradır, keyfiyyətcə onun formasını təsvir edir (hansısa xəttin məsələn, düz xəttin, parabolanın, sahədə konsentrasiyası), ən yaxşı uyğunluq xəttini qurur;
-
Tezliyin paylaşdırılmasını həyata keçirir, onu qrafiki formada təqdim edir və onun formasını təsvir edir (məsələn, simmetrik/asimmetrik, maksimum/minimum nöqtələr).
Riy.güc.XII.10. Şagird təsadüfiliyi ehtimal modeli vasitəsi ilə təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Müstəqil və asılı hadisələri fərqləndirir, misallar gətirir və hadisələrin şərti ehtimallarını sadalayır;
-
Cəmi və hasillərin düsturlarından istifadə etməklə mürəkkəb hadisələrin ehtimallığını hesablayır;
-
Çox dəfəli qayıdışla eksperiment keçirir və bu eksperiment vasitəsi ilə qutunun tərkibini tərtib edir – fərqli topların miqdar nisbətlərini qiymətləndirir;
-
Seçim statistikalarının (median, orta qiymət, orta kvadrat əyilmə) müxtəlifliyinin tədqiqi və seçimin paylaşdırılmasını qurmaq üçün simulyasiyalardan istifadə edir.
Dostları ilə paylaş: |