Riy.III.1. Şagird natural ədədləri əks etdirə, müqayisə edə və mövqe sistemindən istifadə etməklə yerləşdirə bilər.
Riy.III.2. Şagird toplanma-çıxmanın həllinin hər hansı bir üsulundan istifadə edə bilər.
Riy.III.3. Şagird vurma-bölmə əməllərini yerinə yetirə, onları toplama-çıxma əməlləri ilə və bir-birləri ilə əlaqələndirə bilər.
Riy.III.4. Şagird hesablamalarla, saymaqla və qiymətləndirilmələrlə əlaqədar problemləri həll edə bilər.
|
Riy.III.5. Şagird fənlərin və şəkillərin/fiqurların dövri yerləşdirilməsini (ardıcıllığını) təsəvvür edilməsi, fərqləndirə və tədqiq edə bilər.
Riy.III.6. Şagird əşyalar arasında və ya əşyalar və onların atributları arasında verilmiş uyğunluqları genişləndirə, əks etdirə və tədqiq edə bilər.
Riy.III.7. Şagird ədədi təsviri əvəz edən bərabərliyi tərtib edə və problemin həlli üçün ondan istifadə edə bilər.
|
Riy.III.8. Şagird həndəsi fiquru tanıya və təsvir edə bilər.
Riy.III.9. Şagird müstəvi fiqurların qrafik təsvirləri və modellərini yarada bilər.
Riy.III.10. Şagird əşyalar və fiqurların düzxətli ölçülərini və obyektlər arasında məsafələri tapa bilər.
|
Riy.III.11. Şagird verilmiş mövzu ilə və ya tədqiq olunası obyekt ilə əlaqədar keyfiyyət və kəmiyyət göstəricilərini toplaya bilər.
Riy.III.12. Şagird diskretiv miqdar və keyfiyyət göstəricilərini qaydaya sala və təsəvvür edə bilər.
Riy.III.13. Şagird keyfiyyət və kəmiyyət göstəricilərini interpretasiya edə bilər.
|