Fiz.güc.IX.6. Şagird işığın yayılmasını tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
İşığın yayılmasını öyrənmək üçün sınaqlar keçirirsə, şüanın həndəsi modelindən istifadə edirsə və müvafiq nəticələr çıxarırsa;
-
Eyni cür və müxtəlif cür mühitdə işığın yayılmasını (kölgənin yaranması, əks olunma, tam əks olunma, sıxışdırma, çevrilmə) müşahidə və təsvir edirsə, bu hadisələri müvafiq düsturlardan istifadə etməklə təhlil edirsə;
-
Müxtəlif optik sistemlərdə (yastı-paralel lövhələr, nazik linza, üçbucaq prizma, yastı güzgü) şüaların gedişini müzakirə edirsə, müvafiq düsturlardan istifadə edir və təsvirin alınmasını əks etdirirsə;
-
Müxtəlif optik sistemin (lupa, mikroskop, teleskop) hərəkət prinsipləri barədə informasiya toplayır, təhlil edir və təqdimat keçirirsə;
-
Sadə sxem şəklində əks etdirir və müxtəlif orqanizmin (məs., məməlilər və sürünənlər) gözünün optik sistemləri ilə müqayisə edirsə, fərqlər barədə mülahizə yürüdürsə;
-
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.
Dostları ilə paylaş: |