Təd.XI.2. Şagird tədqiqat üsulunu həyata keçirə/göstəriciləri qeyd edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Müvafiq informasiya tapır və təhlil edirsə;
-
Müvafiq materialdan və ya/ləvazimatdan istifadə edir və planlaşdırılmış sınağı təhlükəsizlik qaydalarına əməl etməklə keçirirsə;
-
Müşahidə və ya/ölçmələr həyata keçirir, etibarlı göstəricilər əldə edirsə;
-
Yoxlama sınağı planlaşdırır və keçirirsə;
-
Göstəricilərin müvafiq dəqiqliklə qeydə-alınması üçün müşahidə edir, ölçür, informasiya-kommunikasiya vasitələrindən istifadə edirsə (məs., dəyişkənliyin xronoloji ardıcıllıqla qeyd edilməsinin əhəmiyyəti);
-
Özünün və başqalarının təhlükəsizliyini təmin etmək üçün müvafiq qaydalardan istifadə edirsə.
Təd.XI.3. Şagird müxtəlif kommunikasiya vasitələrindən istifadə etməklə göstəriciləri təqdim edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Göstəriciləri təqdim etmək üçün müxtəlif üsullardan istifadə edirsə (diaqramlar, cədvəllər, qrafiklər, siyahılar);
-
Kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirmək üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə edirsə.
Dostları ilə paylaş: |