İstiqamət: Canlı aləm
Təb.III.1. Şagird həyatın əsas hadisələrini seçə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Həyati hadisələr üzrə obyektləri (hərəkət, qida, nəfəs, artım və çoxalma) müşahidə üçün seçir və misallar qoyursa (məs., inək nə ilə qidalanır, balıq, quş necə hərəkət edir);
-
Canlı və cansız obyektləri qruplaşdırır və qruplaşdırma prinsiplərini izah edirsə;
-
Təlimata əməl edir, konkret həyati hadisəni müşahidə edirsə (məs., rüşeymin artımı) və nəticəni qeydə alırsa.
Təb.III.2. Şagird orqanizmlər üçün ətraf mühitin əhəmiyyətini izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
İnformasiya toplayır, orqanizmlərin mühit amillərindən (qida, su, torpaq, iqlim, sığınacaq) asılılığı barədə informasiya toplayırsa, suallar qoyur və onlara cavablar axtarırsa;
-
Konkret orqanizm üçün həyati mühit modeli yaradırsa (məs., təsvir);
-
Müxtəlif həyati mühitdə (su, iqlim, quru) məskunlaşmış canlı obyektləri tanıyır və onların uyğunlaşmalarını xarakterizə edə bilirsə;
-
Yerli mühitdə orqanizmlərin müxtəlif sığınacaqlarını (məs., mağara, yuva, ev) tədqiq edir və onların qurulma xüsusiyyətlərini və təyinatını təsvir etməyi bacarırsa.
Dostları ilə paylaş: |