Xxxix fəsil Təbiətşünaslıq elmləri Ümumi hissə a Təbiətşünaslıq təhsilinin əhəmiyyəti


Təb.VII.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər



Yüklə 289,44 Kb.
səhifə78/240
tarix25.12.2016
ölçüsü289,44 Kb.
#3075
1   ...   74   75   76   77   78   79   80   81   ...   240
Təb.VII.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Göstəricilər və yaxud dəyişikliklər arasında asılılıqları təsvir etmək üçün diaqramlardan, cədvəllərdən və qrafiklərdən istifadə edirsə;

  • Göstəriciləri təhlil edir və nəticələr çıxarırsa;

  • Deyilmiş ehtimalı nəticələrlə tutuşdurursa;

  • Müşahidə və ölçmələr zamanı aşkara çıxmış gözlənilməz hadisələri müzakirə edirsə, onları izah etməyə çalışırsa.

İstiqamət: Canlı aləm

Təb.VII.5. Şagird hüceyrələr barədə orqanizmin quruluşunun və inkişafının vahidləri kimi düşünə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Hüceyrə barədə orqanizmin struktur, funksional və inkişaf elementlərinin vahidi kimi mülahizə yürüdürsə;

  • İllüstrasiyalardan hüceyrənin formasının rəngarəngliyi barədə informasiya toplayır (bir və çox hüceyrəli orqanizmlərdə) və hüceyrənin formasını onun funksiyası ilə əlaqələndirirsə;

  • Müvəqqəti preparat hazırlayırsa, müxtəlif müşahidələr üçün işıq mikroskopundan istifadə edirsə, nəticələri şəkil və ya/model formasında təqdim edirsə, öz əl işinin güclü və zəif cəhətlərini qiymətləndirirsə;

  • Mikroskopik preparatda və ya onun elektron formatında hüceyrənin müxtəlif strukturlarını tanıyır və hesablayırsa (məs., nüvələrin, nüvəciklərin, xloroplastların miqdarı), nəticələri cədvəl şəklində təqdim edirsə;

  • İllüstrasiyalarda və ya elektron formatda prokariot və eukariat (elmi, heyvani, göbələk) hüceyrələri seçə bilirsə, onların oxşar və fərli strukturlarını sadalayırsa, nəticələri Venn diaqramı vasitəsi ilə əks etdirirsə;

  • İllüstrasiyalarda hüceyrənin əsas struktur komponentlərini tanıyır və onların funksiyalarını sadalayırsa;

  • Müxtəlif vasitələrlə (məs., sxem) həyat təşkilinin səviyyələrini (hüceyrə, toxuma, orqan, orqanizm) əks etdirir və onlar barəsində mülahizə yürüdürsə.


Yüklə 289,44 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin