Xxxix fəsil Təbiətşünaslıq elmləri Ümumi hissə a Təbiətşünaslıq təhsilinin əhəmiyyəti



Yüklə 289,44 Kb.
səhifə201/240
tarix25.12.2016
ölçüsü289,44 Kb.
#3075
1   ...   197   198   199   200   201   202   203   204   ...   240
İstiqamət: Canlı aləm

Biol.XI.5. Şagird orqanizmlərin çoxalma və fərdi inkişaf formalarını xarakterizə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Hüceyrədə baş verən matris sintezi reaksiyalarını nümayiş etdirmək üçün sadə modellər yaradırsa, onların əhəmiyyəti barədə mülahizə yürüdürsə;

  • Sxematik modeldən istifadə edir/tərtib edir və mitozun sonrakı nəsildə kariotipinin daimiliyinin qorunub-saxlanmasında rolu barədə mülahizə yürüdürsə;

  • Cinsiyyətli və cinsiyyətsiz çoxalma formalarını bir-biri ilə müqayisə edir və hər biri zamanı irsiyyət üçün genetik materialın özünəməxsusluğu barədə mülahizə yürüdürsə;

  • Meyozun sxematik modelindən istifadə edir/tərtib edirsə və xromosomların və onların sahələrinin bölünməsinin genetik dəyişiklikləri ilə əlaqələndirirsə;

  • İşıq mikroskopu (yaxud elektron formatında) ilə hüceyrələrin bölünməsi prosesini müşahidə edir və mitozun hər bir fazasını tanıyırsa;

  • DNT kodunu müzakirə edir və geni DNT-nin konkret zülalının sintezinin müəyyənləşdirdiyi sahə kimi xarakterizə edirsə;

  • Mayalanma prosesini təsvir edir, sadə ümumiləşdirilmiş sxem tərtib edirsə. Həyati silsilədən meyoz və ya mayalanmanın çıxarılması nəticəsi ilə əlaqədar suallar qoyur və müvafiq informasiya toplayırsa;

  • Meyoz və mayalanmanın son nəticələrini (genetik materialın yarı bölünməsi/ bütövləşdirilməsi) müqayisə edir və onların bioloji rolu barədə mülahizə yürüdürsə;

  • Çiçəkli bitkilərdə tozlanmanı təsvir edir və mərhələləri müxtəlif təsviredici vasitələrlə təqdim edirsə (məs., sxem, şəkil yaxud kollaj);

  • Müşahidələr əsasında heyvanın embrionik inkişafının ilkin mərhələləri barədə mülahizə yürüdürsə (məs., ziqot, blastomerlər, blastula, qastrula);

  • Tədqiqatlar planlaşdırır və bitkilərdə (nəsillərin dəyişməsi) və heyvanlarda (birbaşa olmayan və birbaşa inkişaf) həyati silsiləni yazılı surətdə təsvir edirsə;

  • Orqanizmin həyati silsiləsini (tam və qeyri-tam çevrilmə) özünəməxsusluqları barədə informasiya toplayır və onların uyğunluq əhəmiyyəti barədə mülahizə yürüdürsə. Nəticələri müxtəlif təsviredici vasitələrlə (diaqram, cədvəl, sxem, şəkil və ya kollaj) təqdim edirsə.


Yüklə 289,44 Kb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin