İstiqamət: İnsan və ətraf mühit
Təb.II.7. Şagird şəxsi gigiyenasının əsas qaydalarına əməl edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Şəxsi gigiyena qaydalarına əməl etməyin əhəmiyyəti barədə öz fikirlərini söyləyə bilirsə;
-
Növbəti günün rejimini tərtib edir və onun yerinə yetirilməsi barədə söhbət edirsə;
-
Müntəzəm fiziki fəaliyyətin əhəmiyyəti barədə mülahizə yürüdür və sinif yoldaşlarına bir neçə fəaliyyəti göstərə bilirsə.
Təb.II.8. Şagird təhlükəsiz davranışın əsas qaydalarına əməl edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
O şəxsləri sadalayır, hansılara ki, lazım gəldikdə yardım üçün müraciət edə bilər (məs., patrul, polis, həkim, satıcı, ictimai nəqliyyat sürücüsü);
-
Təcili yardım xidmətinin əhəmiyyəti barədə söhbət aparırsa, onların rəmzlərini tanıyırsa və əlaqə telefonlarını deyirsə;
-
Fövqəladə vəziyyətlər zamanı (məs., zəlzələ, daşqın) qoruna biləcəyi yerləri (tikilidə və onun xaricində təhlükəsiz yerlər) sadalaya bilirsə;
-
Qrup halında iş nəticəsində gündəlik həyatda istilik və işıq mənbələrindən təhlükəsiz istifadə etmək qaydalarını işləyib-hazırlayırsa.
Dostları ilə paylaş: |