Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Mül.IX.6. Şagird ictimai təhlükəsizliyin əsas problemlərini həll etmək üçün əməkdaşlıq edə bilər



Yüklə 1,14 Mb.
səhifə164/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   160   161   162   163   164   165   166   167   ...   244
Mül.IX.6. Şagird ictimai təhlükəsizliyin əsas problemlərini həll etmək üçün əməkdaşlıq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İnsanın hər hansı bir tələbatını insanın müəyyən hüququ ilə uyğunlaşdırırsa (məs.: qida/həyat, əmək və başqa hüquqları; əlaqələr-həyat, söz, əmək, təhlükəsiz mühit və başqa hüquqları və s.) və öz cavabının düzgünlüyünü əsaslandırırsa;

  • Ona məlum olan sosial mühitin nümunəsində (ailə, qonşuluq, sinif, məktəb, dostlar qrupu, insan məskəni) onları bir-birindən asılı edən amilləri ayırır (məs.: ümumi əqli dəyərlər, mühitlər və s.). Bədii ədəbiyyatdan və tarixdən misallar gətirirsə;

  • Sinif yoldaşlarından ibarət qrupla birlikdə sinfin və ya məktəbin təhlükəsiz ətraf mühitinin təminatı üçün zəruri əşyaları və yaxud işlərin siyahısını tərtib edirsə və bu siyahıdan əldə edilməsini və ya həyata keçirilməsini qrupda başqalarının köməyi olmadan yerinə yetirə biləcəyi bir neçəsini seçirsə;

  • Öz seçimini sinif yoldaşları ilə bölüşür və onu mövcud məhdudiyyətlərin və alternativlərin müzakirəsi ilə əsaslandırırsa;

  • Fiziki sağlamlığın göstəricisi kimi qeyri-zorakılıq münasibətləri barədə mülahizə yürüdə bilirsə;

  • Zorakılıq təhlükəsi hədələyən adamlarla münasibətdə onlara həmrəylik və şəriklik ifadə edirsə;

  • “Əgər hamının yalnız hüququ olarsa və öhdəliyi olmazsa nə baş verərdi? Məsuliyyət zəruridirmi və nəyə görə?” sinif diskussiyasında iştirak edirsə;

  • Şəxsiyyətin qanuna əməl etməyə nə üçün borclu olduğunu izah edə bilirsə; qeyri-qanuni hərəkətlərlə müşayiət olunan təhlükələri sadalayırsa;

  • “Bizim firavanlığımız nədən asılıdır?” mövzusunda inşa yazırsa və onda müxtəlif fənlərdən (məs.: tarix, coğrafiya, riyaziyyat, təbiətşünaslıq və s.) alınmış informasiyadan və statistik analiz metodlarından istifadə etməklə öz mövqeyini əsaslandırırsa;

  • İnsan hüquqlarını, davranış standartlarının işlənib-hazırlanmış və razılaşdırılmış əsaslarının müxtəlif miqyaslı cəmiyyətdə (məs.: ailə, məktəb, idman klubu, icma, ölkə və s.) təhlil edə bilirsə;

  • Sinif yoldaşlarından ibarət qrupla birlikdə, özünün yaşadığı məskəndə yeniyetmələr tərəfindən tütün, alkoqol və narkotiklərdən istifadə etməklə müşayiət olunan təhlükələri tədqiq edirsə; müvafiq statistik göstəriciləri Gürcüstan, qonşu ölkələr və dünya üçün müzakirə edirsə; analiz əsasında istifadə olunması onun yaşadığı məntəqədə mümkün olan səmərəli preventiv tədbirlərin nümunələrini söyləyə bilirsə;

  • Silahlı münaqişə şəraitlərində ictimai təhlükəsizliyin müəyyənləşdirici amillərini saya bilirsə; mübarizə aparan tərəflərin vəzifələrini formalaşdırırsa.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin