Mül.IX.10. Şagird Gürcüstanın dövlət idarəçiliyi sistemini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Mərkəzi və yerli hakimiyyət arasında fərqlər barədə mülahizə yürüdə bilirsə;
Sinif yoldaşları ilə birlikdə hakimiyyətin müxtəlif qollarını (icraçı, qanunvericilik və məhkəmə) qruplaşdıra və onların funksiyalarını müəyyənləşdirməyi bacarırsa;
Dövlət orqanlarından birini seçir və onu hakimiyyətin müvafiq qolu ilə əlaqələndirə bilirsə; bu orqanın funksiyalarını müzakirə edir və onun hakimiyyətin başqa orqanları ilə əlaqəsini aydınlaşdıra bilirsə;
Özünün yaşadığı yerdə həll olunası məsələlərin siyahısını tərtib edir və müvafiq olaraq hakimiyyətin birinci müraciət olunası nümayəndəsini sadalayır; özünün gəldiyi nəticəni əsaslandırırsa (qollarla və səviyyə-instansiyaya əsasən);
Sinif yoldaşlarından ibarət qrupla birlikdə hər hansı bir dövlət orqanını seçirsə (məs.: qamqeoba-meriya, parlament, məhkəmə, nazirlik və s.) və müvafiq qondarma “Qulluğun bir günü” oyununda iştirak edirsə;
Hakimiyyətin orqanlarından birinin (məs.: parlament, prezident, şəhər meri, özünüidarəetmə orqanı, hakim və s.) seçilməsi qaydalarını müzakirə edirsə; Gürcüstan ilə başqa ölkənin nümunəsini müqayisə edirsə; onun fikrincə, onlar arasında daha ədalətli qaydaları ayıra bilirsə;
Sinif yoldaşlarından ibarət qrupla birlikdə hər hansı bir seçkili vəzifənin və ya orqanın (məs.: məktəb direktoru, deputat, mer və ya başqa) barəsində informasiya toplayır və qondarma seçkilərdə onun üçün ayrılmış rolu yerinə yetirirsə (məs.: seçici, namizəd, tərəfdar, müşahidəçi, jurnalist, hüquq mühafizə işçisi və s.),ehtimal olunan və alınmış nəticələri bir-biri ilə müqayisə edirsə, bunun əsasında da sinif yoldaşları ilə birlikdə hər bir iştirakçının rol-funksiyasını qiymətləndirməyi bacarırsa;
Dövlətin demokratik prinsiplərini (məs.: hakimiyyətin bölünməsi və nümayəndəliliyi, çoxpartiyalılığı, söz azadlığı və s.) sadalayır və hər birinə əsasən Gürcüstanın dövlət hakimiyyətini xarakterizə edirsə; hər hansı bir başqa demokratik dövlətlə müqayisə edirsə; təhlil əsasında hansı idarəçiliyin daha demokratik olduğu nəticəsini çıxarırsa.