Yaddaşin idarəolunmasi plan əməliyyat sistemlərində fiziki yaddaşın təşkili və idarə edilməsi konsepsiyası



Yüklə 37,29 Kb.
səhifə11/13
tarix07.01.2024
ölçüsü37,29 Kb.
#203263
1   ...   5   6   7   8   9   10   11   12   13
yaddash son

YADDAŞIN IDARƏOLUNMASI
Bunu icra etmək üçün boş yaddaş sahələrinin hissələrini birləşdirib bir hissə alsaq, prosesin buraxıldığı zaman ƏS bu prosesin ölçüsünə uyğun bir boş bölmə seçməlidir. Yenə bir problem baş verir. Hansı bölmə seçilməlidir? Həmin prosesin ölçüsünə uyğun və ya ölçüsündən bir qədər böyük olan bölmə seçmək lazımdır. İxtiyari boş bloku seçmək olmaz. Bunu etmək üçün bəzi alqoritmlər var.
Best fit – blokun ölçüsünə ən yaxın olanı seçmək - ən yavaş əməliyyatdır. Çünki, bütün bloklar incələnəcək. Əməliyyat sisteminə baxılacaq, bəzi cədvəllərə baxılacaq və s. mürəkkəb işlər görüldükdən sonra ən yaxın olanı seçiləcək. Mürəkkəb bir əməliyyat hesab ounur.
First fit – birinci uyğun olan bloku seçmək. Bu birinci alqoritmə nisbətən bir qədər asandır. Ancaq bu zaman da problemlər yaranır.
Next fit – axırıncı seçimdən sonra növbəti uyğun bloku seçmək. Bu alqoritmə əsasən bütün yaddaşa baxmaq lazım gəlmir.
Bütün bunlaı nəzərə alarqa deyə bilərik ki, yenə də xarici fraqmentasiya qalır və yaddaşdan düzgün istifadə olunmur.
YADDAŞIN IDARƏOLUNMASI
Səhifələmə
(paging)
Yaddaşın səhifələmə üsulu ilə təşkili daha müasir bir metoddur. İndi yaddaşı virtual olaraq bloklara bölək. Rahatlıq üçün yaddaşı səhifə adlanan bloklara bölək. Proses yaddaşı X səhifələri şəklində görəcək.

YADDAŞIN IDARƏOLUNMASI
Yuxarıdakı sxemdə proses yaddaşı görür. ƏS prosesə yaddaş hissələrini verir, bu yaddaş da səhifələrdən ibarətdir. Proses ardıcıl, eyni, bütöv yaddaş hissələrini görür, artıq əvvəlki kimi fraqmentasiya halları yoxdur.
ƏS bu səhifələrdən hər birini real olaraq fiziki yaddaşın səhifələrinə yönəldir. Yaddaşda prosesin gördüyü səhifələr page adlanır, fiziki yaddaşdakı səhifələr isə frame-lər adlanır. Onlar ölçülərinə görə eynidirlər.
Məntiqi yaddaşın hər bir səhifəsinə fiziki yaddaşın bir səhifəsi uyğun gəlir. 1-in 1-ə münasibəti. Bu münasibətləri idarə etmək üçün bəzi funksiyalar vardır ki, bunlardan biri Managament Memory Unit adlanır.

Yüklə 37,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin