Yadında qalsın



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix17.09.2023
ölçüsü4,97 Mb.
#144862
1   ...   7   8   9   10   11   12   13   14   15
Yadında-qalsın-nahayi

Onuncu fəsil 
Sən mənim dərdli baharımın ölü 
torpağısan! 
Atam səhər tezdən zəng vurub əşyalarımı yığmağımı 
istədi. Günorta məni aparmağa gələcəkdi. Evi təmizləyib
qabları yudum, bütün otağı süpürdüm. Divan-kreslonun 
üzünə ağ parça sərdim. Altmış gün atamgildə qalacaqdım 
deyə, özümə paltar yığmağa başladım. Paltar və 
kitablarımı yığanda təsadüfən, Həmidin qeyd dəftərini 
gördüm. Öz əsgər çəkməsi barədə bir şeir yazmışdı. 
Çəkməsi onu yolun sonuna qədər aparmamışdı. Onda bir 
neçə gündən sonra həmin çəkmənin və o ayaqların başına 
nə gələcəyini ağlımın ucundan belə keçirə bilməzdim. 
Saat birdə qapının zəngi çaldı. Atam yuxarı çıxmadı, 
evi Həmidsiz görmək istəmirdi. Kitablarımı və digər 
əşyalarımı pilləkənə yığdım. Qapını örtmək istəyəndə evi 


232 
son dəfə başdan-ayağa gözdən keçirdim. Həmidin ad 
günümdə aldığı gül dəstəsi gözümə dəydi. Onun öz 
əlləriylə qoyduğu möhürlər, dünən oxuyub, stolun bir 
yanına qoyduğum Quran, bir sözlə, evin hər guşəsi Həmidi 
xatırladırdı. Həmidin tezliklə Suriyadan qayıtması və 
birlikdə yeni xatirələr yazmaq ümidiylə qapını bağladım. 
Əşyaları götürüb aşağı düşdüm. Xanım Keşavərz 
Həmid üçün dua edirdi. 
-Anam, Fərzanə! Özündən muğayat ol! İnşallah, oğlum 
sağ-salamat qayıdacaq. Sizin üçün darıxacağıq. Tez 
qayıdın. 
Xanım Keşavərzlə sağollaşıb maşına yaxınlaşdım. 
Atam başını sükana qoymuşdu. Əşyalarımı arxa oturacağa 
qoyub 
maşına 
oturdum. 
Atam 
başını 
qaldıranda 
gözlərindən yaş süzüldü. Yol boyunca hər ikimiz 
durmadan ağladıq. 
Ruhən sarsıntı keçirirdim. Həmid özüylə telefon 
aparmamışdı, ondan xəbər alacaq bir yerim də yox idi. 
Tək qalmayım deyə, Əli ilə Fatimə pərvanə kimi başıma 
dolanır, mənə ürək-dirək verirdilər. Həmiddən xəbər ala 
bilməmək canıma qorxu salmışdı. Axşam saat doqquzda 
atama dedim: 
-Ata can, zəng vur, görək bunlar hardadırlar? Gediblər, 
yoxsa uçuşları ləğv olub? 
Atam zəng vurandan sonra bildik ki, axşam saat altıda 
Suriyaya çatıblar. 
O gün Həmiddən heç bir xəbər ala bilmədim. Gözüm 
telefonun ekranında qalmışdı, ancaq heç bir xəbər yox idi. 
Yuxum qaçmışdı, göz yaşlarım macal vermirdi. İnsan 
gecələr daha çox darıxırmış. Dua edirdim ki, Həmidi 
yuxuda görməyim. Bilirdim ki, görsəm, onun üçün daha 
çox darıxacam. 


233 
Cümə günü qayınanam bizə bir qazan şorba 
göndərmişdi. Təşəkkür etmək üçün zəng etdim. Dəstəyi 
qayınatam götürdü. Salam-kəlamdan sonra Həmidi 
soruşdu. Dedim: 
-Axşam saat altıda Suriyaya çatıblar. Ancaq hələ zəng 
etməyib. 
-İnşallah, bir şey olmaz. Sağ-salamat qayıtması üçün 
ondan söz almışam. Sən də nigaran qalma! Arada bizə də 
baş çək. Anası çox narahatdır. 
Bunu deyib, dəstəyi bibimə verdi. Bibimin necə 
darıxdığını elə salamından da hiss etmək olurdu. Bir az 
danışandan sonra şorbanı bişirməkdə kömək edə 
bilmədiyim üçün üzrxahlıq etdim. Çünki halım həqiqətən 
də yaxşı deyildi. Bibim bunu çox yaxşı başa düşürdü. 
Çünki qayınatam İran-İraq müharibəsində döyüşmüşdü. O, 
bu halımı dəfələrlə yaşamışdı, bir qadının öz həyat 
yoldaşından uzaq qalmasının nə qədər çətin olduğunu çox 
yaxşı bilirdi. 
Təxminən səhər saat on bir idi. Pilləkəni süpürdüyüm 
yerdə telefon çaldı. Tez telefona tərəf qaçdım. Suriya 
nömrələrini tanıyırdım, əvvəllər Həmidin dostları oradan 
zəng vurmuşdular. Nömrəni görən kimi bildim ki, 
Həmiddir. Səsini eşidib, sağ-salamat olduğunu biləndə 
ürəyim rahatlaşdı. Salam-kəlamdan sonra dedim: 
-Axı niyə dünəndən məni xəbərsiz qoymusan? Birindən 
telefon alıb zəng edə bilməzdin? Çox nigaran qalmışdım. 
-Bağışla. Fərzanə can, telefon tapa bilmədim. 
-Hərəmə getmisən? Bax, nə zaman getsən, mənim üçün 
dua elə! Hamının əvəzindən ziyarət elə. 
-Hələ hərəmə getməmişik. Nə zaman getsəm, mütləq 
səni yad edəcəm. Nigaran qalma, burda hər şey 
qaydasındadır. 


234 
Çox danışmaq mümkün deyildi. Deyəsən, danışmaq 
üçün başqaları da növbədə dayanmışdılar. Dediyim son 
söz bu oldu ki, məni xəbərsiz qoymasın və imkan düşən 
kimi zəng etsin. 
Həmin gün axşam saat yeddidə yenidən zəng vurdu. Əli 
zarafata salıb dedi: “Həmid Fərzanəni o qədər sevir ki, 
dəstəyi qoyan kimi danışmaq üçün yenidən növbəyə 
durur”. 
Bu dəfə bir az çox danışa bildik. Səsini eşidəndə tək 
istədiyim saatlarla danışmaq idi. Suallarımın çoxunu 
cavabsız qoyurdu. Hiss edirdim ki, hər şeyi söyləyə bilmir. 
Mən onun səsinə həsrət qalsam da, o, hər şeyi danışa 
bilmirdi. 
Telefon 
danışıqları 
arasında 
fasilə 
uzananda 
həyəcandan evi obaş-bubaşa gəzirdim. Bazar günü 
səbirsizliklə zəngini gözləyirdim. Telefonu əlimdən yerə 
qoymurdum. Anam məni bu vəziyyətdə görəndə gülüb 
dedi: “Səni belə görəndə atanın ezamiyyətə getdiyi günlər 
yadıma düşür. Onda mən də bu vəziyyətdəydim”. 
Təbəssüm edib dedim: “Əli ilə mən dəcəlliyimizlə sənə 
çox əziyyət vermişik”. 
Sanki hadisələr dünən olubmuş kimi köks ötürüb dedi: 
“Bəli! Sən çox dəcəl idin. Uşaq olanda divarlara 
dırmaşırdın. Bizim kirayə qaldığımız evdə pilləkən var idi. 
Pilləkənlə divarın başına qalxırdın. O qədər ağlayıb özümü 
vururdum ki, heç soruşma. Deyirdim ki, Fərzanə, sən 
Allah, düş aşağı. Əgər yıxılsan, atana cavab verə 
bilmərəm. Əlin-ayağın yaralananda da tez sarğı gətirib 
bağlayırdım. Atan gələndə səni adyalın altına salırdım ki, 
atan yaralarını görməsin. Sənə qarşı çox həssas idi”. 
Şirin söhbət etdiyimiz yerdə Həmid zəng vurdu. Halımı 
soruşandan sonra dedi ki, bu gün həzrət Zeynəb (ə) və 


235 
həzrət Rüqəyyənin hərəmlərini ziyarət edib. Dəfələrlə 
məndən, oranı birlikdə ziyarət etməyimiz üçün dua 
etməyimi istədi. Şifrəli sözümüzü unutmamışdı. Nə zaman 
zəng etsə, durmadan deyirdi: “Xanım, yadında qalsın!” 
Mən də deyirdim: “Mən də səni sevirəm. Mənim də 
yadımdadır”. Nə zaman “səni sevirəm” deyirdisə, bilirdim 
ki, yanında heç kim yoxdur. 
İkinci gün bibimə və Həmidin atasına baş çəkmək üçün 
universitetdən çıxıb onlara getdim. Evlərinə çatanda 
Həmidin atası elə bir kədərli salam verdi ki, Həmidin 
hicranının onu illərlə qocaltdığını hiss etdim. Gözlərindən 
qəm-qüssə yağırdı. Deyirlər ki, analar karandaş, atalar isə 
qələm kimidir. Bu söz qayınatamın rəftarında daha aydın 
sezilirdi. Karandaşın getdikcə balacalaşıb, axırda bitməsi 
gözdən qaçmır. Ancaq qələm bir anda və xəbərsiz bitir. 
Anaların göz yaşlarını və qəlb yanğısını hamı görür, ancaq 
ata qəlbinin sınıqlığını və qürbətini heç kimi görə bilmir. 
Bir saat keçməmiş telefona zəng gəldi. Ekranına 
baxanda bildim ki, Həmiddir. Həyəcandan qışqıraraq 
Həmidin zəng etdiyini söylədim. Həmişə zəng edəndə həm 
mənə, həm atamgilə, həm də öz atası gilə zəng vururdu. 
Çalışırdı ki, heç kimi xəbərsiz qoymasın. Orada ilk dəfə 
telefonda ağlamağa başladım. Danışa bilmədiyimdən 
telefonu atasına verdim. 
Axırda dedi ki, telefonu verin Fərzanəyə, görüm niyə 
ağlayır. Telefonu götürən kimi dedi: 
-Niyə ağlayırsan? Nəsə olub? Sən orda ağlasan, mən 
burda necə dözərəm?! 
-Sənin üçün, evimiz üçün çox darıxıram. Ancaq o evə 
sənsiz getməyə cürət etmirəm. Tez qayıt, Həmid! 
Gedişindən cəmi beş gün keçməsinə baxmayaraq, 
ondan ayrı qalmaq mənə çox çətin gəlirdi. Həyətdə 


236 
durmadan ağladım. Bibim məni o vəziyyətdə görəndə 
dözmür, ağlayırdı. Atamgilə qayıtdıqdan sonra qərara 
gəldim ki, bir neçə gün bibimgilə getməyim. Çünki nə 
vaxt gedirdimsə, mənim də, bibimin də halı çox pis 
olurdu. 
Həmin gün Həmid yenə zəng etdi. Məndən narahat idi. 
Bilirdim ki, öncəki danışığımızda ağladığımı görüb 
nigaran qalıb. Mənim ağlamaq səsimi eşidəndə halı 
dəyişirdi. O gündən sonra özümə söz verdim ki, zəng etsə, 
özümü heç nə olmamış kimi aparım, bacardığım qədər 
zarafat edim. Axşam anamla qabları yuyanda dostu 
Bəhramın yoldaşı zəng edib halımı soruşdu. Dedi: 
“Yaxşısan, əzizim? Narahat olma! Həmid rabitə 
bölməsindədir. İnşallah, bir şey olmaz, sağ-salamat 
qayıdar”. 
Çərşənbə günü günorta zəng vurdu. Təzə nişanlılar 
kimi danışırdı. Söhbətə elə qərq olurduq ki, zamanı 
unudurduq. Çox vaxt danışığımız on beş dəqiqədən çox 
çəkmirdi. Ancaq həmin dəqiqələr bizə nəfəs almaq kimi 
gəlirdi. Mən yalnız Həmidin danışmasını istəyirdim. 
Həmişə deyirdi ki, hər şey qaydasındadır. Ancaq mən heç 
də belə olmadığını yaxşı bilirdim. 
Mənə verdiyi 80 min tümən məsələsi ilə maraqlanmalı 
olduğumu xatırlatdı. Unutduğumu deyəndə gülüb dedi: 
-Gör, mən vəsiyyətimi, tapşırıqlarımı kimə verirəm?! 
Niyə fikrin bu qədər dağınıqdır, xanım? Korpusun pulunu 
mütləq təhvil verin. 
-Gözüm üstə, ağa! Sən de, görüm, günortanı yemisən? 
-Yox, hələ yeməmişəm. Hamı nahar yeməyinə getdi, 
mən də gəldim sənə zəng edim. Dostlarım deyirlər ki, 
qardaş nə xəbərdir, həmişə evə zəng edirsən! Kim zəng 


237 
vurursa, bir-iki dəqiqə danışıb dəstəyi asır, ancaq sən 
yarım saat danışırsan. 
İkinci həftədən sonra Həmidi hər gecə yuxuda 
görürdüm. Demək olar ki, hamısı eyni idi. Görürdüm ki, 
atamın maşını nənəmin evinin qarşısında dayanır, atam 
maşından düşür, mənə yaxınlaşır, əlimdən tutaraq deyir: 
“Fərzanə, Həmid qayıdıb. Sürpriz olsun deyə, sənə 
deməyib”. Mən yuxuda onun qayıtdığına təəccüblənirəm, 
çünki gedişindən heç on gün keçməyib. Sonrakı gecə də 
Həmidin qayıtdığını gördüm. Sevinc içində mənə deyirdi 
ki, Səidin qızı Nərgizin ad gününə gedək. Mən də yuxuda 
deyinirdim ki, bunu niyə tez demədin, hədiyyə alardıq. 
Həmid zəng edəndə yuxumu danışdım. Dedi: 
-Yox, hələ gəlməkdən xəbər yoxdur. Bu tezliyə 
gözləmə. Əgər əməliyyat olsa, şəhid olacam. O zaman tez 
qayıda bilərəm. 
-Mən sənin qayıtdığını və həyatımızı qaldığı yerdən 
davam etdirdiyimizi görürdüm. 
Tez zarafata salıb dedi: 
-Sən başqa yuxu görə bilmirsən?! Məni şəhid edib, 
halvamı yeməmiş əl çəkməyəcəksən. 
-Mən nə edə bilərəm, sən özün eyni ssenari ilə yuxuma 
girirsən. Otur başqa bir ssenari fikirləş ki, bu gecə yuxuma 
fərqli şəkildə gələsən. 
Bunları deyib-gülürdük. Var gücümlə çalışırdım ki, 
zəng vuranda onda xoş əhval-ruhiyyə yaradım. Mənə 
deyirdi: 
-Dostlarımdan bəziləri evə zəng edəndə yoldaşları 
ağlayırlar. Ancaq sənə nə zaman zəng etsəm, əhvalım daha 
da yaxşı olur. 


238 
Danışığımız bitəndən sonra, hər axşam olduğu kimi, o 
gün də sədəqə ayırdım. Ayətül-kürsini oxuyub, Suriya 
tərəfə üfürdüm. 
Bazar günü avtobusa mindim. Telefonu çantamdan 
çıxaranda gördüm ki, Həmid iki dəfə zəng edib. Çox pis 
oldum, çırtma vursaydın, qan çıxardı. Öz-özümü 
danlayırdım. Telefonu əlimdə saxlayıb gözlərimi ekranına 
dikdim. Hətta gözümü belə qırpmırdım. Yenidən zəng 
edəcəyini bilirdim. Yanımdakı rəfiqələrimin sözlərinin heç 
birini anlamırdım. Bütün fikrim telefonda idi. Bir neçə 
dəqiqə keçməmiş yenidən zəng etdi. Salamlaşıb hal-əhval 
tutduq. Bağlantı çox zəif idi. Avtobusda adam çox idi. Bir 
tərəfdən avtobusda olanların səs-küyü, digər tərəfdən də 
avtobusun öz səsi Həmidin nə dediyini anlamağa imkan 
vermirdi. Bir əlimlə qulağımı tutub, digər əlimlə də 
telefonu o biri qulağıma möhkəm sıxmışdım. Həmidin bir 
kəlməsini belə əldən vermək istəmirdim. Dedi: 
-Hardasan? Niyə cavab vermirsən? Nigaran qaldım. 
-Bağışla, 
Həmid 
can! 
Dərsdə 
idim, 
indi 
də 
avtobusdayam. Sən zəng edəndə eşitməmişəm. 
Mənim səsim də yaxşı getmirdi. Dedi: 
-Alınsa, iki saatdan sonra yenidən zəng edəcəm. Əgər 
alınmasa, bir neçə gün zəng vura bilməyəcəm. 
Axşam saat on birə kimi gözlədim, ancaq zəng etmədi. 
Birinci gün də zəng etmədi. İkinci gün də xəbər çıxmadı. 
İşim ancaq ağlamaq olmuşdu. O günə kimi belə bir şey 
olmamışdı ki, üç gün dalbadal zəng vurmasın. Onun 
getdiyi gündən telefonu yanımdan ayırmırdım, qorxurdum 
ki, Həmid zəng edər və mən bilmərəm. Telefon mənə 
Həmiddən yeni xəbər gətirən bir göyərçin kimi idi. 


239 
Noyabrın 25-də düz saat 16:38-də zəng etdi. Gözlərimə 
inana bilmirdim, sevincimdən dilim tutulmuşdu. Niyə 
zəng etmədin deyə, şikayətlənməyə başladım. 
-Uzun-uzadı danışa bilməsək də, azından bir-iki kəlmə 
danış, səsini eşidim, nigaran qalmayım. Gözlərimi bu 
qədər yolda qoyma. 
-Fərzanə, and olsun Allaha ki, zəng edə bilmirəm. Ola 
bilsin, heç bir həftə də zəng vura bilmədim. 
-Sən Allah, belə demə. Buna dözə bilmərəm. Nə olur-
olsun, hər iki-üç gündən bir zəng et. Zəng etməsən, 
ömrümün yarısı gedəcək. Min bir fikrə düşürəm. 
Sonra soruşdum: 
-Orda hava necədir? Üşümürsən ki? 
-Gecələr çox soyuq, gündüzlər də çox istidir. Burda altı 
ay bahar, altı ay da payızdır. Hava eynilə Avropa 
havasıdır. 
Mən də zarafata dedim: 
-Avropalı cənab! Şərqli qız sizi gözləyir. Tez-tez zəng 
elə! 
Bu sözü eşidəndə güldü. Soruşdum: 
-Həmid, nə zaman qayıdacaqsan? 
-Fərzanə, əmin ol ki, qırx gündən tez qayıtmayacam. 
Hələlik gözləmə. Kim məni soruşsa, de ki, yaxşıdır. Hər 
kəsə salam söylə. 
-Mən yenə gözləyəcəm. Nə vaxt imkan olsa, zəng elə! 
-Ola bilsin, beş-altı gün zəng vura bilmədim. 
Həmin gecə bibim, Həsən və yoldaşı bizə gəldilər. 
Qonaqlar 
gəlməzdən 
qabaq 
başıma 
qara 
örpək 
bağlamışdım. Anam örpəyi görən kimi dedi: 
-Yoldaşın uzaq yola çıxıb. Başına qara bağlamaq yaxşı 
çıxmaz. Get, dəyiş. 


240 
Həmid gedən gündən Həsəni görməmişdim. Bilirdim 
ki, Həmiddən inciyib. Həsənin özü pasdar idi, Həmiddən 
çox xidmət etmişdi. Ezam ərəfəsində hansının Suriyaya 
gedəcəyini müzakirə edirdilər. Qanuna görə, hər ailədən 
yalnız bir nəfər gedə bilərdi. Müzakirələri getdikcə 
qəlizləşmişdi. İş o yerə çatmışdı ki, Həmid sağollaşmağa 
da gəlməmişdi. Həmid zəng vurub telefonda sağollaşdı, 
qardaşına dedi: 
-Qardaş, sənin övladın var. Sən qal, mən gedim. 
Sonrakı göndərişdə də sən gedərsən. 
Həsən bütün axşamı ya sakit qaldı, ya da narahat halda 
Həmidi soruşdu. Dedim ki, bu gün danışmışam. 
Heyfsilənib dedi: “Kaş Həmidin yerinə mən gedəydim! 
Onun üçün çox narahatam. Son günlərdə halı çox 
dəyişmişdi. Sanki bu səfərin baş tutacağı günü gözləyirdi. 
Xoş onun halına, artıq hərəm müdafiəçisidir”. 
Qonaqlar gedəndə Həsən mənə dedi: 
-Qardaşıma deyin, mənə zəng eləsin! Mən onu 
bağışlamışam. 
-Sizin nömrənizi bilmir. Ancaq zəng etsə, baş üstə, 
deyərəm zəng edər. 
Qardaşlar arasında narahatlığın aradan qalxdığına 
sevindim. Həmid gedəndə buna görə fikirli idi, kiminsə 
ondan incik qalmasını istəmirdi. 
O gecə çox rahat yatdım. Çünki Həmidlə bir neçə saat 
öncə söhbət etmişdim. Öz-özümə deyirdim ki, Həmid bu 
gecə də arxa cəbhədə qalacaq. Əgər əməliyyat olsa, ön 
cəbhəyə gedəcəklər. Gecə təxminən saat birdə qəribə bir 
yuxu gördüm. Həmid mənə qiymətli daş-qaşla bəzədilmiş 
bir qutu üzük gətirmişdi. Hərəsi bir cür idi: almaz, 
zümrüd, yaqut... Dedim: “Həmid, bunlar çox gözəldir. 


241 
Ancaq hər on barmağıma üzük taxsam, yaxşı olmaz”. 
Dedi: “Bütün üzükləri tax, gedirik toya”. 
Səhər tezdən oyananda yuxumu anama danışdım. 
Anam da qadınların həmişəki ifadəsilə dedi: “Ola bilsin, 
hamiləsən. Qızıl gördüyünə görə, uşaq qızdır”. Ancaq 
məhz yuxunu gördüyüm anda artıq hər şey bitmişdi. Sanki 
Həmid son probleminin də həll olmasını gözləyirmiş; 
qardaşının razılığı onun əbədiyyət səfərinin bileti idi. 
Cümə axşamı, noyabrın 26-sı Səhifeyi-Səccadiyyə 
kitabından imtahanım var idi. İmam Xomeyni adına 
Beynəlxaq Universitetə getməli idim. Saat birə qədər 
kitabı təkrarladım. İmtahandan sonra universitetdən evə 
qədər piyada getdim. Tək qalmaq, noyabrın kəsici 
soyuğunun 
vücudumu 
bürüyən 
ayrılıq 
alovunu 
soyutmasını istəyirdim. Hələ namaz qıla bilməmişdim. 
Həmid yanımda olsaydı, məni danlayardı. Namazı əvvəl 
vaxtında qılmağa çox əhəmiyyətli yanaşırdı. Azan verilən 
kimi namaz qılmağa tələsir, özü gəlib səccadəmi sərirdi. 
Xalçanın ipək xətləri olduğundan, həmişə səccadə 
üzərində qılardı. 
*** 
Evə çatan kimi namazımı qıldım, nahar yedikdən sonra 
sobanın yanında uzandım. Atamın telefonuna müxtəlif 
şəxslərdən zəng gəlirdi. Atam olduqca sakit danışırdı. 
Uzandığım yerdə ağlıma min cür fikir gəldi. Gözucu 
atama baxır, səssizcə ağlayırdım. Dözə bilməyıb anamın 
yanına getdim. 
-Atama niyə bu qədər zəng edirlər? Nəsə bir xəbər var? 
-Xəbərim yoxdur. Nigaran qalma, bir şey olmayıb. 
Anam arxayın görünsə də, durmadan gələn zənglər 
məni narahat etməyə başlamışdı. 


242 
O gecə atam öz həyat xatirələrini danışdı: toylarından, 
evliliyin ilk günlərindən, bizim dünyaya gəlməyimizdən. 
Mənə dedi: 
-Sən 
birinci 
sinfə 
gedəndə 
mənim 
Kürdüstan 
ezamiyyətim sona çatdı və Qəzvinə gəldim. Sən o gündən 
sonra sakit uşaq oldun. Uzun saçın var idi. Ancaq anan 
deyirdi ki, bu nədir, üzüm ağacına oxşayır, gözlə, gəlin 
olandan sonra uzadarsan. Üçüncü sinifdə oxuyanda 
uzunsaç, bər-bəzəkli geyinməyi sevən həmyaşıdlarından 
fərqli olaraq, çadra geyinmək istədin. Biz deyirdik ki, 
uşaqsan, çadrayla gəzə bilməzsən. Ancaq Məşhədə 
gedəndə hərəm xidmətçisi səni görüb dedi ki, qızınız artıq 
böyüyüb, hərəmə çadrayla gətirsəniz, yaxşı olar. Bunu 
eşidəndə çox sevindin. Mağazadan özünə ərəb çadrası 
seçdin. Beləcə, İmam Rzanın (ə) ziyarətindən sonra 
çadralı oldun. 
Düz deyirdi. Mən uşaqlıqdan çadranı sevirdim. Düzdür, 
yeddi yaşımdan başımı bağlayırdım, ancaq çadra uşaqlıq 
arzum idi, ona da Məşhəd ziyarətində qovuşdum. Uşaqlıq 
xatirələrindən danışanda anam da Həmidin uşaqlığından 
danışmağa başladı. 
-Həmid futbolçu olmaq istəyirdi. Futbolu çox sevirdi. 
Bütün işi-gücü məhəllədə dost və qardaşları ilə futbol 
oynamaq idi. Hərdən təkərlə də oynayırdılar. Təkəri 
diyirlədib arxasınca qaçırdılar. 
*** 
Cümə günü də atama durmadan zəng gəldi. Ürəyimə 
damırdı ki, bir hadisə baş verib. Bütün bu narahatlıqların 
arasında, bacım keçən gecə gördüyü yuxunu danışdı. 
-Gecə yuxuda Həmidi görmüşəm. Hərbçi formasında 
idi. Mənə dedi: “Fatimə xanım, get, Fərzanəyə de ki, mən 


243 
qayıtmışam. Neçə dəfə yuxusuna girdim, inanmadı. Sən 
get, de ki, mən qayıtmışam”. 
Bacım bu yuxunu danışanda ürəyim əsdi, bütün 
rahatlığım getdi. Həmişəkindən daha çox sədəqə ayırdım. 
Halım çox pis olmuşdu. Nə etsəm də, bacımın gördüyü 
yuxunu şəhadətdən qeyri bir şeyə yoza bilmirdim. Quranı 
açdım, Ənfal surəsinin 17-ci ayəsi gəldi. Deyilirdi ki, 
Allah möminləri yaxşı bir imtahandan keçirir. Bunu 
oxuyan kimi yerə oturdum. Ürəyim çırpınırdı. Dedim ki, 
bədbəxt oldum, mütləq nəsə bir hadisə baş verib. O gün 
dayımın balaca oğlunun ad gününə dəvət edilmişdik. Ad 
günü sevinci yerinə, bütün fikrim telefonda idi. İki gün idi 
Həmid zəng etmirdi. 
Şənbə günü səhər tezdən, halımın yaxşı olmamasına 
rəğmən, universitetə yollandım. Telefonu gözümün 
qabağına qoymuşdum ki, Həmid zəng etsə, tez cavab verə 
bilim. Həmid Suriyaya getməzdən öncə hamı mənim 
dərsdə telefonu söndürdüyümü yaxşı bilirdi. Ancaq bu 
müddətdə bütün dərs boyu telefonum açıq olurdu. 
Axırıncı zəngindən üç gün keçirdi. Üç-dörd gün sonra 
zəng edəcəyini demişdi. Həmidin zəngi yerinə mənə 
şübhəli mesajlar gəlməyə başladı. Birincini Səidin xanımı 
yazdı: “Həmidlə danışmısan? Halı necədir?” Cavab 
verdim: “Bəli, üç gün öncə danışmışam. Yaxşı idi, hamıya 
salam söylədi”. Ondan sonra Həmidin iş yoldaşı və dostu 
Meysəmin xanımı mesaj yazdı: “Həmidin halı necədir?” 
Hamının bu şəkildə Həmidi soruşması bir ilk idi. Yavaş-
yavaş dəli olmağa başlayırdım. 
Saat onun yarsı dərsimiz bitdi. Tənəffüs vaxtı atam 
zəng etdi. Harada olduğumu soruşanda universitetin 
ünvanını verdim. Öz-özümə dedim ki, yəqin, işinə görə 
bura gəlib, gəlmişkən də məni görmək istəyib. Məni 


244 
universitetin girişinə çağırdı. Qapıya çatanda ayaqlarımın 
taqəti çəkildi. Atam mülki geyimdəydi, korpusun 
maşınında, özü kimi hərbçi olan xalası oğlu ilə gəlmişdi. 
Hal-əhval tutduqdan sonra dedi: 
-Saat neçəyə kimi dərsin var? 
-Evə çatana saat yeddi olacaq. 
-Elə isə əşyalarını götür, gedək. 
-Hara? Axı mənim dərsim var. 
Atam bir az sükut etdikdən sonra titrək səslə dedi: 
-Həmid yaralanıb, getməliyik, qızım. 
Bunu deyən kimi gözlərim qaralmağa başladı, əlimlə 
başımı tutub dedim: 
-Ya Fatimeyi-Zəhra! İndi hardadır? Vəziyyəti necədir? 
Harasından yaralanıb? 
Atam əlimdən tutub dedi: 
-Narahat olma, qızım! Ciddi bir şey deyil, əl-ayağından 
qəlpə yarası alıb. Tehranın Bəqiyyətullah xəstəxanasına 
gətiriblər. 
Bütün gücümlə həqiqətlərdən qaçmağa çalışırdım. 
Özümə bunun adi bir yara olduğunu təlqin edirdim. Atama 
dedim: 
-Əgər yarası mühüm deyilsə, mənim iki mühüm dərsim 
qalıb, onlara da girim, sonra gedərik. 
Atam başını maşına çevirdi. Baxanda atamın xalası 
oğlunu və sürücünü gördüm, narahat halda bir-biriylə 
danışırdılar. Atam üzünü mənə çevirib dedi: 
-Yox, qızım, indi getməliyik. 
O ana qədər atamın gözlərinin içinə baxmamışdım. 
Gözləri qan çanağına dönmüşdü. Çox ağladığı aydın 
sezilirdi. Özümü toplayıb soruşdum: 
-Əgər bir hadisə baş verməyibsə, nə üçün ağlamısan? 
Ata can, mənə düzünü de. 


245 
-Bir şey olmayıb, qızım! Həmidin dostlarından bir-ikisi 
şəhid olub. Biz indi getməliyik. 
Atam bunu deyən kimi o günə qədər oxuduğum bütün 
şəhid xatirələri bir-bir yadıma düşdü. Yeni bir həyata 
qədəm qoymaqda olduğumu hiss edirdim. Elə bir həyat ki, 
orada Həmid olmayacaqdı. Mən bu həyat barədə bir kəlmə 
belə eşitmək istəmirdim. 
Tez sinfə gedib əşyalarımı yığmağa başladım. 
Rəfiqələrim tələsdiyimi görüb həyəcanla soruşdular: “Nə 
olub, Fərzanə? Hara tələsirsən belə?” Dedim: “Heç! 
Həmid yaralanıb, gətiriblər Tehrana. Getməliyəm”. 
Rəfiqələrim də mənimlə gəldilər. Maşına yaxınlaşanda 
atam kənarda rəfiqələrimlə söhbət etməyə başladı. Öz 
gözlərimlə gördüm ki, rəfiqələrim yerə oturub ağlamağa 
başladılar. Onlara yaxınlaşmaq istəyəndə atam qolumdan 
tutub maşına oturtdu. Maşında başımı çevirib, arxa 
şüşədən rəfiqələrimə baxdım. Bir-birini qucaqlayır, 
üzlərini çadra ilə örtüb durmadan ağlayırdılar. 
Nəfəs ala bilmirdim. İnfarkt halına oxşar bir hal 
keçirirdim. Bütün bədənim keyimişdi. Yalnız gözlərimi 
qırpa bilirdim. Atam başımı sinəsinə sıxıb səssizcə 
ağlayırdı. Güclə özümü toplayıb soruşdum: 
-Niyə ağlayırsan, ata can? Məgər demədin ki, sadəcə, 
yaralanıb? Özüm ona qulluq edərəm, başına dolanaram. O 
qədər qulluq edərəm ki, əvvəlkindən də yaxşı olar. 
Atam ağlaya-ağlaya dedi: 
-Qızım, sən səbirli olmalısan. Məgər ikiniz də bunu 
istəmirdiz?! Məgər mən Həmidin adının üstündən xətt 
çəkəndə özün vasitəçilik etmədin?! Demədin ki, qoy 
getsin?! İndi də səbirli olmalısan. 
Bu sözləri eşidəndə öz-özümə dedim: “Hər şey bitdi! 
Həmid şəhid olub!” 


246 
Atamın xalası oğlu atamın sözlərindən hər şeyi 
anladığımı hiss etməyib dedi: 
-Xəstəxana üçün Həmidin şəkli lazımdır. 
Bütün bu sözlər oxuduğum şəhid xatirələrindəki sözlərə 
bənzəyirdi. Hər şey yüngül yaralarla, xəstəxana şəkilləri 
ilə və “bir şey olmayıb”la başlayır, axırda şəhid məzarına 
çatırdı. Bu dəfə də hər şey mənimçün təkrarlanırdı, ancaq 
kitab səhifələrində deyil, real həyatda. Həmiddən ayrılmaq 
üzrəydim; bu qədər sadə, bu qədər tez! 
*** 
Atamgilə getdik. Yeriyə bilmirdim. Pilləkəndə oturub 
ucadan ağlamağa başladım. Dedim: “Həmid, səni and 
verirəm Allaha! Səni and verirəm Həzrət Zəhraya! Qapını 
aç, içəri gir. Gəl, de ki, hər şey yalandır; de ki, 
qayıdacaqsan”. Bu cümləni təkrar-təkrar deyib ağlayırdım. 
Qardaşım xəbəri bilmirdi. Eşidəndə donub qaldı. Anam da 
ağlaya-ağlaya məni qucaqladı. Soruşdum: “Mənim 
Həmidim şəhid olub, ana?” Dinmədi. Anamın sükutu bir 
dünya sözə dəyərdi. Dedim: “İlahi! Mənim ömrümdən 
kəs, Həmidə ver. Həmid sadəcə gözlərini qırpsın, başqa 
heç nə istəmirəm”. 
Anam məni bir az da sinəsinə sıxıb dedi: “Sakitləş, 
qızım”. Nəfəs ala bilmirdim. Məni sürüyə-sürüyə otağa 
apardılar. Divanda oturdum. Hamı başıma yığışıb 
ağlayırdı. Dedim: “Niyə ağlayırsız axı? İnanın ki, bunların 
hamısı yalandır. Mən özüm üç gün əvvəl Həmidlə 
danışdım. Mənə dedi ki, zəng edəcək”. 
Şok keçirirdim. Bütün ruhumla çalışırdım ki, 
deyilənlərin heç birinə inanmayım. Hıçqırırdım, ağlaya 
bilmirdim. Anam mənə görə çox narahat idi. Atama dedi: 
“Gedək bibigilə, burda qalsaq, Fərzanənin ürəyi 
dayanacaq”. 


247 
Mən Həmidlə danışandan sonra, yəni çərşənbə günü 
təxminən gecə saat on birdə düşmən tərəfə keçmişdilər: 
Cəfər-Təyyar məmuriyyəti, Nəsr əməliyyatı, Hələbin 
cənub-qərbində yerləşən, Xəzra kimi məşhur olan “əl-
Eys” bölgəsi. Həmidin döyüş yoldaşları Zəkəriyya Şiri və 
İlyas Çegini həmin əməliyyatda şəhid oldular. Pak 
bədənləri dağılmış binanın altında qaldığı üçün geri gətirə 
bilməmişdilər. Bu iki qəzvinli hərəm müdafiəçisi həzrət 
Zeynəbin (ə) yanında qalmışdı. 
Həmidin ayağı minaya düşüb paramparça olmuşdu. 
Bütün bədəni qəlpə yarası almış, beləcə arzusuna 
yetmişdi. O, həzrət Abbas (ə) kimi əl-ayağını Əhli-beyt 
hərəmi yolunda fəda etmişdi. Döyüş yoldaşlarına demişdi 
ki, məni arxaya aparın, cəsədim düşmən əlinə keçməsin. 
Demişdilər ki, Həmid can, bir şey olmayıb, sağalacaqsan, 
hələlik səni arxaya aparmaq mümkün deyil. Həmid 
demişdi: “Əgər bütün bədənimi apara bilmirsinizsə, heç 
olmasa, bir qolumu, ya da bir ayağımı aparıb anama, 
xanımıma göstərin. Onlar məni gözləyirlər”. 
Döyüş yoldaşları ayaqlarını parçayla bağlasalar da qanı 
dayanmaq bilmirmiş. Həmidi o vəziyyətdə, gecənin 
qaranlığında maşına çatdırmışdılar. Ancaq hərəkət edəndə 
düşmən maşını da vurmuşdu. Hər şeyə rəğmən, Allah 
Həmidin bədəninin qayıtmasını istəyibmiş. Maşında onun 
iki döyüş yoldaşı da oturmuşdu. Həmid hələ canını 
tapşırmamışdı, durmadan dostlarına deyirmiş: “Məni 
bağışlayın, qanım sizin paltarınıza tökülür. Haqqınızı halal 
edin”. Dostları deyirdi ki, son anlarında dodaqlarını 
tərpədərək “ya Sahibəzzaman” deyirmiş. Qanaxma o 
qədər şiddətli olub ki, yolda şəhadətə qovuşub. 
*** 


248 
Cümə axşamı xəbər bir çoxuna yetişmişdi. Ancaq mən 
və Həmidin ailəsi bundan xəbərsiz idik. Bibimgilə çatanda 
küçə və həyət qohum, dost və tanışlarla dolu idi. 
İnsanların arasından keçərkən hamının “Vay-vay! 
Xanımı gəldi” deməsi ürəyimi paramparça edirdi. Əlimi 
divara söykəyib, pilləkəndən qalxmağa başladım. Bibim 
şivən qoparırdı. Onu qucaqlayanda Həmidin ətrini 
duydum. Atam da oradaydı, hər ikimizi qucaqladı. 
Üçümüz baş-başa verib ağlayırdıq. İçəridən yalnız bizim 
səsimiz gəlirdi. Bizim ağlamaq səsimiz bütün səsləri 
batırmışdı. 
Düşünürdüm ki, Həmidin şəhadət xəbərini eşitmək 
həyatımın ən çətin və dözülməz anı olacaq. Ancaq belə 
deyildi. Həmiddən sonra elə çətinliklərə, əzablara 
qatlandım ki, hər biri ruhumu viran qoyurdu. Onlar 
Həmidin şəhadət xəbərindən min qat dözülməz idi. 
Dedilər ki, Fərzanəni aparın evə, vəsiyyətnaməni gətirsin. 
Bütün bunlar ürəyimə od vururdu. Həmidin şəhadət 
xəbərini eşitdiyim ilk gündə birlikdə yaşadığımız evə 
getmək məcburiyyətində qalmışdım. Hansı ki o evdə 
Həmidin öz əlləri ilə asdığı paltarlar olduğu kimi qalırdı. 
Qapı ağzında dayanıb Həmidsiz bütün evi başdan-
ayağa gözdən keçirdiyim gün yadıma düşdü. Həmin gün 
qapını evdə qoyduğum bütün xatirələrlə birgə bağlayıb 
getmişdim. İndi o evə Həmidsiz qayıdırdım. Evin qapı-
divarları mənimlə birgə ağlayırdı. Saat işləmirdi. Lampalar 
yanmışdı. Sanki ev də evimin yıxıldığını anlamışdı. 
Taxçaya qoyduğum Quranı götürdüm. Vəsiyyətnaməni 
onun səhifələri arasında əmanət qoymuşdum. 
Evdən çıxana qədər sözün əsl mənasında qocaldım. 
Mənə “gedək, Həmidin cəsədini görək” deyiləndə 
ürəyimdə bağladığım əhdim yadıma düşdü. Həmidin 


249 
cəsədinin qayıtmasını istəmirdim, cəsəd gözləmirdim. Öz-
özümə demişdim: “Ya Həmidim sağ-salamat qayıtsın, ya 
da şəhid olsa, əbədiyyətə qədər həzrət Zeynəbin (ə) 
yanında qalsın”. 
İnanırdım ki, şəhidin bədəni tapılmayıb torpaqda itərsə, 
onun torpağı üzərində bir gül bitər, külək əsdikcə onun 
ətrini bütün aləmə yayar. Həyat dediyin budur. Bu o 
deməkdir ki, sənin şəhidin hələ də yaşayır. Ancaq şəhidlər 
xiyabanında məzarın soyuq daşı həyat hissini uzaqlaşdırır. 
Qəbir daşına yaxınlaşdıqca şəhidlə olan məsafə daha aydın 
hiss olunur. Mən əzablarına qatlaşaraq Allah yolunda 
verdiyim hədiyyənin geri qayıtmasını gözləmirdim. Ancaq 
görünür, qismətimiz beləymiş. 
Evdən birbaş Meracüş-şühədaya getdik. Hər şey çox tez 
baş verirdi. Həmidin şəhadət xəbərini eşitməyimdən bir 
neçə saat keçməmiş cənazəni Qəzvinə gətirmişdilər. 
İstəyirdim deyəm: “Həmid can, sən ki halımı anlayan idin. 
Ən azı, tez xəbər verərdin. Axı hər şeyə bu qədər tez 
inanmaq, sənsizliklə belə tez barışmaq çətindir!” 
Meracüş-şühədanın girişinə çatdıq. Hər yeri üzərlik və 
gülab ətri bürümüşdü. Həmid getdiyi yerlərdən sağ-
salamat qayıtsın deyə, nə qədər üzərlik yandırmışdım! 
Meracüş-şühədanın iyirmi pilləsi olmasına baxmayaraq, 
yuxarı çıxana qədər bir saat keçdi, bir neçə dəfə yıxıldım. 
Tabutun ətrafında heç kim yox idi. Bibim ya özündən 
gedirdi, ya da gözünü zilləyib tərpənmədən tabuta baxırdı. 
Həmidin tabutu başında dayanıb dedim: “Yalandır! Bu, 
bir oyundur. İndi əl vuracam, oyanacaq. Həmidimin yenə 
dəcəlliyi tutub, məni qorxutmaq istəyir”. 
Sol yanağı qəlpə ilə dolu idi. Başına fırlanıb, sağ 
tərəfinə keçdim. Gözüm yarıaçıq gözünə sataşdı. Gülüb 


250 
dedim: “Həmid, bəsdir zarafat etdin. Qalx ayağa! And 
olsun Allaha, ömrümün yarısı getdi”. 
Elə hiss edirdim ki, sanki mənimlə zarafat edir, ya da 
yuxuya dalıb. Öz-özümə dedim: “İndi saçlarına sığal 
çəkəcəm, öpəcəm, oyanacaq”. Gözlərindən öpüb, başımı 
geri çəkdim. Ayağa qalxıb bütün olanlara son verməsini 
gözləyirdim. Bütün üzünü öpüşlərə qərq etdim ki, bəlkə 
tərpənə. Hər dəfə bayırdan gələndə üşümüş əllərini 
əllərimin arasına qoyardı. Əlləri yenə də çox soyuq idi. 
Yenə əllərini isitmək istədim. Başımı yaxınlaşdırıb isitmək 
üçün nəfəsimi üzünə üfürdüm. 
Artıq ümidimi üzürdüm. Bədənində xüsusi əlamət 
axtarırdım. Həmidin boynunun sol tərəfində qırmızı ləkə 
var idi, ancaq indi yoxa çıxmışdı. Artıq axtardığım 
bəhanəni tapmışdım. Geri çəkilib dedim: “Bu, mənim ərim 
deyil. Bu, mənim Həmidim deyil. Mənim Həmidimin 
boynunda qırmızı ləkə var idi, ancaq yoxdur”. 
Atam dayandığım yerdə məni qucaqlayıb tutqun səslə 
dedi: “Bədənindən çox qan axdığı üçün ləkə də yox olub”. 
Atam daha sonra kəfənin düyününü açıb dedi: “Fərzanə, 
gəl, bax! Bədəninin hər yerində yara var. Yalnız sinəsi 
salamat qalıb”. 
Bunu deyən kimi yenidən tabuta yaxınlaşdım. Həmidin 
İmam Hüseyn (ə) məclisində möhkəm sinə vurmaqla bağlı 
dediyi söz yadıma düşdü: “Fərzanə, bu sinə heç vaxt 
yanmayacaq”. Bədəninin hər yerində qəlpə yarası var idi. 
Qarnı, ayağı, əlləri, boynu, üzü, bir sözlə, hər yerində 
qəlpə var idi, sinəsində isə əsla yox idi. 
Titrək əllərimi sinəsinə qoydum. İstəyirdim ki, ürəyi 
döyünsün. 
Əllərimin 
altında 
Həmidimin 
qəlbinin 
döyüntüsünü hiss etmək istəyirdim. Ancaq olmadı. Heç bir 
hərəkət hiss etmirdim. Bir qadın üçün ən çətin an həmin 


251 
an idi. Bir qəlb ömür boyu sənin üçün çırpınsın, ancaq indi 
bir an belə vurmasın! Həmidimin qəlbi durmuşdu. Bu, 
həmin qəlbdir ki, elçilik günü mənə demişdi: “Bu qəlbin 
ilk eşqi Allahdır, ikincisi İmam Hüseyn. Sənsə mənim 
üçüncü eşqimsən”. 
Həmidin vəsiyyətnaməsində yazdığı kimi, məni on beş 
dəqiqə onunla baş-başa buraxdılar. Tək qalan kimi onu 
qucaqlayıb sığallamağa başladım. Həmişə düşünürdüm ki, 
bir şəhid xanımı belə bir anda yoldaşına nə deyə bilər! Bu 
son dəqiqədə nə deyəcəyimi əvvəlcədən hazırlamışdım. 
Ancaq 
hamısını 
unutmuşdum. 
Başımı 
qulağına 
yaxınlaşdırıb dedim: “Yadında qalsın! Səni sevirəm! Özü 
də çox sevirəm!” Cavab gözləyirmişəm kimi başımı geri 
çəkdim. Bir neçə dəqiqə sükut edib, yenə qulağına dedim: 
“Həmid, səni sevirəm!” 
Həmidin getməzdən bir gün əvvəl dediyi söz yadıma 
düşdü: “Fərzanə, ürəyimi titrətdin, ancaq imanımı əsla 
titrədə bilməyəcəksən”. Qulağına pıçıldayaraq halallıq 
istədim: “Həmidim, əgər ürəyini titrətdimsə, məni bağışla! 
Haqqını halal et! Şəhadətin mübarək olsun, əzizim! 
Mənim salamımı Seyyidüş-şühədaya yetir. Həzrət Zəhraya 
(ə) de ki, hədiyyəmi qəbul etsin”. 
Həmidlə bundan artıq tək qalmağa icazə vermədilər. 
Cənazənin açıq havada çox qalması yaxşı deyildi. Onu 
morqa aparmaq istəyirdilər. Əlimi son dəfə üzünə 
qoydum. Bu əlimlə mehriban və isti çöhrəsini həmişə 
nəvaziş edərdim. İndi isə çox soyuq idi. Soyuqluğu 
adamın iliyinə işləyirdi. Tapşırmışdılar ki, Həmidin 
yarıaçıq gözlərini bağlamayın, anasını və xanımını son 
dəfə görə bilsin. Özüm gözlərini öpüb, bağladım. O gözlər 
heç vaxt günah üçün açılmadı. O gözlər sanki son 


252 
anlarında İmam Mehdini (ə) görmüşdü. O gözlər 
bağlandığı andan yalnız və yalnız gözəlliklər görəcəkdi... 
Məni Həmidin tabutundan güclə araladılar. Atam məni 
pilləkənin ağzına qədər apardı. Orada oturub ağlamağa 
başladım. Dedim: 
-Qoyun mən burda qalım! İki həftədir əzizimi 
görmürəm. İki həftədir Həmidim yanımda deyil. 
Sonuncu pilləyə çatanda Səidi gördüm. Ona dedim: 
“Ağa Səid, barı sən qoyma Həmidi aparsınlar. Orda 
Həmidə soyuq dəyər”. Uşaqlığımın oyun yoldaşının və 
həyatımın səfər yoldaşının məni tək-tənha qoyduğunu 
təsəvvür etmək məni məhv edirdi. 
Məni güclə maşına mindirdilər. Atasıgilin məhəlləsində 
yerləşən məscidə getdik. Həmidin uşaqlıqda təkbir dediyi 
məscid idi. Hamı onun sonuncu eşq azanını eşitməyə 
gəlmişdi. Cənazəni vida gecəsi üçün gətirmişdilər. İynə 
atmağa yer yox idi. Şəkillərini göstərib, videoçarx 
yayımladılar. 
Məclis 
qurtarandan 
sonra 
cənazəni 
ambulansa 
qoydular. Ayaqyalın cənazənin arxasınca qaçdım. Həmid 
hara gedirdisə, mən də ora getmək istəyirdim. Məni 
görənlər kənara çəkilərək yol verirdilər, mən də qaçırdım. 
Ancaq rəfiqələrim məni saxlayıb Həmidin arxasınca 
getməyə qoymadılar. 
Məsciddən birbaş atamgilə getdik. Halım o qədər pis 
idi ki, bibimgilə getməyə taqətim yox idi. Anam nahara 
mərciplov bişirmişdi, ancaq dilimə də vura bilmədim. 
Anam xörəyi yenidən qızdırdı, yenə yeyə bilmədim. 
Yeməyi görən kimi ağlamağa başladım. Boşqab göz yaşı 
ilə doldu. Həmid mərciplovu çox sevir, üzərinə yumurta 
vurur, çoban salatı və çörəklə yeyirdi. Bir müddət belə 
davam etdi; nə görürdümsə, Həmid yadıma düşürdü və 


253 
durmadan ağlayırdım. Birlikdə getdiyimiz yerlər, sevdiyi 
yeməklər -gördüyüm hər şey mənə onu xatırladırdı. 
Anam ağlayaraq dedi: 
-Mənim gül qızım! Göz yaşlarına qurban olum! İndi ki 
yemək yemirsən, ən azından bir az istirahət elə. Sabah çox 
işimiz olacaq. 
Hələ açılmamış sabahdan çox qorxurdum. O sabahda 
Həmidin 
cənazəsini 
behişt 
darvazalarına 
qədər 
aparacaqdıq. O sabahda Həmidin üzünü son dəfə 
görəcəkdim. İşıqlar sönsə də, o gecə heç kim yatmadı. 
Qardaşım otağında Quran oxuyurdu. Yataq otağından 
atamın ağlamaq səsi gəlirdi. Mən də əlim belimdə qonaq 
otağında obaş-bubaşa gəzib ağlayırdım. Hər an keçdikcə 
belim daha çox əyilirdi. 
Həmidin cənazəsini öz gözlərimlə görsəm də, hələ 
inana bilmirdim. Öz-özümə deyirdim: “Axı Həmid 
sözünün üstündə duran idi. Sabah dörd gün tamam olacaq, 
özü mənə zəng vuracaq”. İstəyirdim zaman geri qayıtsın. 
Sonradan aylar keçməsinə baxmayaraq, eyni hissləri 
keçirirdim. Özümdən asılı olmayaraq, telefona baxır, 
Həmidin zəngini gözləyirdim. Elə bilirdim ki, telefonda 
dediyi o dörd gün hələ bitməyib. 
Uzun gecədən sonra nəhayət, səhər açıldı. Namazı 
qılandan sonra mənə qara paltar geyindirdilər. Bütün 
qohum-əqrəbamız bizi Həmidin cənazəsini aparmağa 
gəlmişdi. Səbzə meydana kimi maşınla getdik, oradan 
İmamzadə 
İsmayıla 
qədər 
piyada 
getdim, 
Peyğəmbəriyyənin önündən keçdim. Dörd peyğəmbər 
məqbərəsində keçirdiyimiz günlər bir-bir gözlərim 
önündən keçdi. Ayaqqabılarımızı həmişə eyni yerə qoyar, 
sonra da Sepəh prospektindən piyada şəhidlər xiyabanına 
gedərdik. İndi o yolları Həmidsiz getməli idim. 


254 
Həmidin cənazəsini ambulansda gətirdilər; noyabrın 
29-da, ərbəinə üç gün qalmış. Düz üç il öncə məni 
ambulansla aparmışdılar, Həmid də başım üstündə səhərə 
qədər oyaq qalıb, namaz qılmışdı. Ağlımdan belə 
keçməzdi ki, üç il sonra belə bir gündə mən Həmidi dəfn 
edəcəyəm və səhərə kimi onun üçün Quran oxuyacağam. 
Hadisələr təkrar olurdu, ancaq bu dəfə daha qəmli, daha 
qüssəli. 
İmamzadə İsmayılın yaxınlığında dayanmışdım. Çox 
sıxlıq var idi. Həmid Qəzvinin ilk hərəm şəhidi idi. Xeyli 
insan gəlmişdi. Ancaq dostlarının bir çoxundan xəbər yox 
idi. Bəziləri Suriyada idilər, bəziləri də bir müddət 
öncədən Ərbəin səfərinə yollanmışdılar. 
Dəfn mərasimi başlamışdı, hərbi marş çalınırdı. Bütün 
bunlar mənə çox uzun gəlirdi. Gözləyirdim ki, Həmidi 
yuxarı qaldırsınlar, onu görə bilim. Tabutu qaldıranda 
cana gəldim. Yol yeriyə bilmirdim, rəfiqələrim və bacım 
qolumdan tutub aparırdılar. Dedim: “Xahiş edirəm, 
Həmidlə birlikdə hərəkət edək. Nə qabağa keçək, nə də 
geri qalaq!” Son dəfə onunla birlikdə addımlamaq 
istəyirdim. 
Şəhidlər xiyabanına çatdıq. Mərasimdən sonra insanlar 
cənazə namazı qılmaq üçün cərgələrə düzüldülər. 
Ayaqüstə dayanmağa gücüm yox idi. Dedilər: “Sənin halın 
yaxşı deyil. Namaz qılmasan, yaxşıdır. Get, bir yerdə 
əyləş!” Dedim: “Xeyr, Həmidim üçün namaz qılmaq 
istəyirəm”. Yanımızda ağ maşın dayanmışdı. Ona 
söykənib namazı qıldım. 
Mərasimdə 
Həmidin 
vəsiyyətnaməsini 
oxudular. 
Həmin vəsiyyətnamə idi ki, Həmid məndən ayaq üstə 
dayanıb ucadan və ağlamadan oxumağımı istəmişdi. 
Ancaq indi hər cümləni eşitdikcə ucadan ağlayırdım. 


255 
Maşının yanında səkidə oturmuşdum. Qardaşım gəlib 
dedi: “Gəl, gedək məzar başına! Sonra adam çoxalanda 
gedə bilməyəcəksən”. Getdim Həmidin qəbri üstə. Səfər 
yoldaşım onu əbədiyyətə qədər qalması üçün seçmişdi. 
Diqqətlə baxdım, qəbrin hər tərəfinə əlimi çəkdim. Qəbrin 
görünüşünü, hətta hansı kərpicin sındığını da yaxşı 
yadımda saxladım. 
Atama dedim: “İcazə verin, bir neçə dəqiqə qəbrin 
içində uzanım. Görüm rahatdır, ya yox. Sonra Həmidi 
qoyarsınız”. Atam icazə vermədi. Qəbrin ətrafındakı 
torpağı ovuc-ovuc götürüb iylədim. Həmin torpağa 
paxıllığım tutdu. Dedim: “Siz nə qədər xoşbəxtsiniz, 
bundan sonra Həmidimlə bir yerdə olacaqsınız”. 
Həmidi tabutdan çıxardılar. Tabutun üzərinə şəhadət 
tarixi və qan qrupu yazılmışdı. Bədənini qaldıranda əlimlə 
ayağına toxundum. Salamat idi. Cənazəni tutanlara dedim: 
“Həmidin ayaqları salamatdır, Həmid yaşayır. Xahiş 
edirəm, onu qəbrə qoymayın!” Onun nəfəs aldığına 
inanmaq üçün son səylərimi göstərirdim. Ancaq sanki heç 
kim səsimi eşitmirdi. 
Həmidin anasının və bacılarının halı çox pis olmuşdu. 
Ona görə də, arxada dayanmışdılar. Xanımlardan təkcə 
mən əvvəldən axıra kimi başı üzərində dayandım. Son ana 
qədər Həmidin çöhrəsinə tamaşa etmək istəyirdim. 
Həmiddən uzaq qalmağa taqətim yox idi. Torpağı 
qoxulayıb Həmidin bədəni üzərinə tökdüm. Dedim: 
“Mənim əvəzimə əbədiyyətə qədər Həmidlə birlikdə 
olun!” 
Torpaq 
töküldükcə 
bütün 
hisslərimin, 
eşqimin, 
ümidlərimin, gələcəyimin, bir sözlə, hər şeyimin məhv 
olduğunu bütün vücudumla hiss edirdim. Ucadan 
ağlamağa başladım. Dəfn işlərinə nəzarət edən şəxs dedi: 


256 
“Xanım Muradi! Sakitləşin! Baxın, Həmid hətta qəbirdə 
belə təbəssüm edir”. Çöhrəsinə nəzər salanda dodaqlarına 
təbəssüm qonduğunu gördüm. Həmidin bu təbəssümü 
ürəyimi parçaladı. Bilirdim ki, indi mənim görə 
bilmədiklərimi 
görür, 
mənim 
duymağa 
qadir 
olmadıqlarımı hiss edir. Ondan bu qədər geridə qalmağım 
ürəyimi daha çox yandırırdı. 
Bir tərəfimdə atam dayanmışdı, bir tərəfimdə Nağı 
əmim. Qəbrə yıxılmamağım üçün qolumdan tutmuşdular. 
Əlhəd daşlarını düzdülər. Onlar daşları qoyduqca hər şeyin 
bitdiyini anlayırdım. Həmidi bir daha görə bilməyəcəyimi 
düşünürdüm. Üçüncü daşı qoymaq istəyəndə yer olmadı. 
Daşları yerləşdirmək üçün məcbur qalıb hamısını 
götürdülər və mən Həmidi bir də görə bildim. Bayaqkı 
kimi gülürdü. Onu bu qədər sevindirən şeyin nə olduğunu 
bilmirdim. 
Bitdi! Torpağı tökdülər və bizim görüşümüz qiyamətə 
qaldı. Torpağı töküb qurtarandan sonra azan səsi ucaldı. 
Bu dəfə də “bəli”ni azan vaxtı dedim. Yoldaşımın 
cihadına, Allahın imtahanına “bəli” dedim. Həmidin sözü 
yadıma düşdü: “Vəsiqəmi evdə unutmağımın hikməti bu 
imiş ki, sən “bəli”ni azan vaxtı deyəsən”. 
*** 
Zaman mənimçün 26.11.15 tarixində durmuşdu. Bəzən 
biri məndən tarixi soruşanda nə deyəcəyimi bilmirdim. 
Zaman mənim üçün anlamsız olmuşdu, nə geriyə gedirdi 
ki, deyim Həmid var, nə də irəli gedirdi ki, daha Həmidin 
zəngini gözləməyim. Həmidin Suriyada olduğu on dörd 
günün həsrəti sonsuza qədər ürəyimdə qaldı. İstərdim ki, 
getməzdən öncə bir saat dirilib mənimlə danışardı, sonra 
gedərdi. Basdırıldığı gecə qəbrin yanında qaldım, 
əhdimizə vəfa etdim. Danışmışdıq ki, kim birinci 


257 
dünyadan köçsə, o birimiz qəbrin ilk gecəsində onu tək 
qoymayacaq. Anam dedi: “Hava soyuqdur, gedək evə. Ya 
da ən azından bir neçə dəqiqə maşında qızın, sonra qayıt”. 
Dedim: “Yox, Həmidə söz vermişəm ki, qəbrin ilk 
gecəsində onu tək qoymayacam”. 
Hamı təəccüb edirdi. Deyirdilər ki, məgər siz neçə il 
birlikdə olmusunuz ki, belə gecələri də düşünmüş, bir-
birinizə belə söz vermisiniz. İlk saatlarda Quran oxumağa 
ürəyim gəlmirdi. Deyirdim: “Axı Həmid ölməyib, nə üçün 
Quran oxuyum ki?!” Ancaq o gecə səhərə qədər Quran 
oxudum. Hava çox soyuq idi. Digərləri gedib-gəlirdilər, 
mənsə səhərə qədər qəbrin yanında qaldım. Noyabrın 29-u 
mənim həyatımın ən payızlı, Həmidin isə ən baharlı günü 
idi. 
Bir neçə günü məzar torpağını qucaqlamaqla keçirdim. 
Belə edəndə Həmidi daha yaxşı duyurdum. Bütün 
vücudumla hiss edirdim ki, məndən bir az kənarda uzanıb, 
mənim ağlamağıma ağlayır.
Mənə ən çətin günlərdən biri döyüş yoldaşlarının 21 
dekabrda Həmidin çantasını gətirdikləri gün idi. Həmidin 
çantası mənə yelda gecəsində çatdı. Əvvəl atam vermirdi, 
ancaq o qədər xahiş etdim ki, axırda çantanı mənə verdi. 
Valideynlərimin yanında ağlamaq istəmirdim. O günü 
qəhər içində keçirdim. Qaranlıq düşəndə hamının 
gözündən uzağa çəkildim. Çantanı qucaqlayıb Həmidlə 
birlikdə keçirdiyim bütün yelda gecələrini xatırladım. İndi 
isə ondan qalan yalnız bir çanta əşya vardı. Səhərə qədər 
ağladım. Həmidə öz əllərimlə hazırladığım çanta idi. 
Əllərim əsə-əsə sağ cibini açdım. Zəruri hallar üçün 
qoyduğum qara sellofan orada idi. Corab və əlcəklər 
olduğu kimi qalmışdı. Biləyini bağlaması üçün rezin band 
da qoymuşdum.


258 
Orta cibi açanda gördüm ki, bütün əşyaları özü düzüb. 
Paltarlarını necə qatladığını bilirdim. Hərbi formasından 
başqa heç bir paltardan istifadə etməmişdi. Sonuncu gün 
mənimlə sağollaşarkən əynində olan paltar da oradaydı. 
Özüylə apardığı 15 min tümən pul köynəyinin cibindəydi. 
Həzrət Zeynəbin (ə) hərəmindən verilmiş “Ya Zəhra” 
yazılı etiket, təyyarədə verilən duz və bir ədəd ərəb dili 
kitabı var idi. Bütün bunlar Həmidimin əli dəydiyi son 
əşyalar idi. Mən Yusifini itirmiş Yəqub kimi titrəyən 
vücudla, qəm dolu qəlblə bütün bunları iyləyir, gözlərimə 
çəkirdim. 
Həmidin qırxından bir neçə gün sonra evimizə getdim. 
Nəticədə biz orada kirəçi idik, əşyalarımızın orada qalması 
doğru deyildi. Əşyaları daşıyıb evi təhvil verməli idim. 
Həmidin anası və bacılarından, öz anamdan və bacımdan 
mənimlə gəlmələrini istədim. Ancaq heç biri gəlməyə 
cürət etmirdi. Həmidsiz evi görmək daş qəlbləri belə 
əridirdi. O evi görmək mənə həqiqətən, çox çətin idi. Bir 
dəfə qırxdan qabaq bacımla getmişdim. Həmidin papağını 
görən kimi halı çox pis olmuşdu.
Məcbur qalıb rəfiqəm Nahidlə getməli oldum. Ayağımı 
birinci pilləyə qoyan kimi gözlərimdən sel axmağa 
başladı. Yuxarı çıxmağa taqətim yox idi. Əlimi divara 
söykəyib çətinliklə addım atırdım. Telefonda mərsiyə 
qoymuşduq. Əlimi hansı əşyaya vururdumsa, gözümün 
önündə xatirələr canlanırdı. Həmid yadıma düşdü; məni 
heç vaxt ağır bir şey qaldırmağa qoymazdı. 
Məni məhv edən şey əşyaların arasından tapdığım çanta 
oldu. Bütün yazılarımı onun içində saxlayırdı. Ona 
yazdığım balaca kağızlar da oradaydı. Hətta sadəcə 
“salam” yazdığım kağızları da saxlamışdı. İnanmazdım ki, 
bunlar onun üçün bu qədər dəyərli imiş. Mənə demişdi ki, 


259 
gün gələcək, səni bu kağızlarla qəfil haqlayacağam. Ancaq 
ağlımın ucundan belə keçməzdi ki, bütün məktublarımı 
yığıb, bir gün məni öz məhəbbəti qarşısında belə xəcalətli 
edəcək. 
Nahid məni Həmidin paltarlarına əl vurmağa qoymadı. 
Paltarları yığmaq üçün çamadan verdim. O anlar mənə çox 
çətin keçdi. Həmidimin öz əlləriylə düzdüyü əşyalardan, 
hətta xalçanın altına düzdüyü kartonlardan belə əl üzmək 
əzabverici idi. 
Bir həftə sonra Həmidin qardaşları və atası ilə birlikdə 
əşyaları aparmağa getdik. Hətta qonşular və ev sahibi də 
ağlayırdı. Əşyaları yığandan sonra evə girib qonaq 
otağının ortasında dayandım. Bütün evi gözdən keçirdim. 
Heç kim və heç nə yox idi. Özümü tənhalığın dibində hiss 
edirdim. Ora mənim ümid evim idi. Ancaq indi bütün 
xatirələrimlə, Həmidimlə sağollaşıb getməli idim. 
Evdən çıxanda göz yaşı içində Həmidə dedim: 
“Əzizim! Mən burdan gedirəm. Xahiş edirəm, əgər 
yuxuma gəlsən, bu evdə gəlmə. Bu, mənə əzab verər”. 
Pilləkəndən enəndə xanım Keşavərz məni qucaqlayıb 
dedi: “Anam, Fərzanə, mənim əlimdən bir şey gəlməz. 
Səni Allaha tapşırıram. Oğlumun yeri yaxşıdır. Allah sənə 
səbir versin!” Ağlaya-ağlaya soruşdum: “Ürəyim sıxılsa, 
evi görməyə gələ bilərəm?” Mehribanlıqla əlimi sıxıb 
dedi: “Əlbəttə, qızım. Bura öz evindir. Nə vaxt istəsən, 
gəl”. 
Evdən çıxanda yenə xəstə qocanı gördüm. Həmid 
həmişə ona salam verir, hörmət edirdi. Mənə demişdi: 
“Fərzanə, gün gələcək, ona göstərdiyim məhəbbətlərin 
qarşılığını görəcəksən”. Və həmin gün gəlmişdi. Hamı 
bilirdi ki, bu qocanın yaddaşı itib, heç kimi tanımır. Ancaq 
o, Həmidi xatırlayırdı. Gözlərindən yaş süzülə-süzülə 


260 
ağlayırdı. Onun ağlaması Həmidim üçün tökülən göz 
yaşları arasında ən yanğılı olan idi. 
Maşına minəndə həsrət dolu baxışlarla dönüb son dəfə 
arxaya baxdım. Sonralar heç vaxt o küçəyə, o evə qayıda 
bilmədim. Bir neçə dəfə küçənin başına kimi getsəm də, 
göz yaşlarım irəli addım atmağa imkan vermədi. 
Evlilik ildönümümüzdə İmamzadə Hüseynə getdim. 
Hərəm müdafiəçilərinə əlcək və papaq toxuyurdular. 
Həmid 
üçün 
çox 
darıxırdım. 
Yadıma 
evlilik 
ildönümümüzdə mənə aldığı sarı qızılgül gülləri düşdü. 
Gecə saat on bir idi, özümə gələndə gördüm ki, Həmidlə 
yaşadığımız evin qarşısındayam. Küçədə heç kim yox idi. 
Evin pəncərəsinə nəzər saldım. Göz yaşı macal vermirdi. 
Ayaqlarım süstləşmişdi. İrəli gedə bilmirdim. Oradan 
ağlaya-ağlaya küçənin başına getdim və müştərək evimizlə 
əbədi olaraq, vidalaşdım. 
*** 
Təklik çox tez başladı. Müştərək həyatımız çox tez 
keçib getmiş, hər şey Həmidsiz günlərə geri dönmüşdü. 
Bu fərqlə ki, indi hara gedirdimsə, xatirələr də mənimlə 
gəlirdi. Külək əlində əsir olmuş bir kəpənək kimiydim. 
Yalnız onun qəbri başında sakitləşirdim. 
Payızı, qışı, yazı, yayı -bütün fəsilləri Həmidlə birgə 
şəhidlər 
xiyabanında 
sınaqdan 
keçirdim. 
Nişanlı 
vaxtlarımızda olduğu kimi, hava soyuq idi. Qəbrinə ilk 
dəfə qar yağanda qışın ortaları idi. Şəhidlər xiyabanına 
getdim. Ətrafda heç kim yox idi. Qartopu düzəldib şəklini 
vurdum. Dedim: “Həmid, bax, qar yağıb. Sən yoxsan, 
gəlib 
qartopu 
oynayardıq. 
Yadındadır, 
nişanlı 
vaxtlarımızdan sonra ilk dəfə qar yağanda universitetdən 
atamgilə 
piyada 
getmiş, 
yolda 
doyunca 
qartopu 
oynamışdıq”. 


261 
Bəzən məzar başına gedəndə elə qəribə hadisələr baş 
verirdi ki, Həmidin yaşadığını bütün vücudumla hiss 
edirdim. Bir gün sübh azanına yaxın yuxuda gördüm ki, 
mənə belə deyir: “Xanım, sənin üçün çox darıxmışam. 
Dur, gəl məzarıma!” Adətən, ziyarətə günortadan sonralar 
gedərdim. Ancaq o gün səhər yuxudan oyanan kimi tez 
şəhidlər xiyabanına yollandım. Ən yaxın mağazadan bir 
neçə gül və bir qutu xurma aldım. Bilirdim ki, belə etsəm, 
razı qalacaq. Qonşu haqqına qarşı çox diqqətli idi. 
Çalışırdım ki, gülləri şəhidlər xiyabanına ən yaxın 
mağazadan alım. Çatan kimi gülləri məzarın üstünə 
qoydum. Bir xanım ağlaya-ağlaya gəlib, məni bərk 
qucaqladı. Hıçqırır, bir söz deyə bilmirdi. Bir az 
sakitləşəndən sonra dedi: “Şəhidinizin şəklini küçədə 
gördüm. Şəhidə dedim ki, siz pul üçün getmisiz döyüşə, 
haqq yolda deyilsiz. Səninlə vədələşirəm: Səhər tezdən 
qəbrinin üstə gedəcəm. Əgər xanımını görsəm, biləcəm ki, 
mən yanılıram. Əgər haqlısansa, mənə bir əlamət 
verərsən”. Mən də gördüyüm yuxunu ona danışdım. 
Dedim: “Mən adətən, bura axşamüstülər gəlirəm. Ancaq 
bu gecə Həmidin özü istədi ki, səhər tezdən gəlim”. O 
gündən sonra o xanımla rəfiqə olduq. Həyatı büsbütün 
dəyişdi. Onda anladım ki, insanlara doğru yolu göstərmək 
üçün Həmidin əli çox açıqdır. 
*** 
Şəhadətdən sonra baş verən hadisələr o qədər 
əzabverici oldu ki, dəfnlə, Meracüş-şühədadakı son 
görüşlə müqayisəyə gəlməz. Dəfələrlə öz-özümə demişəm 
ki, əgər Həmid yenidən dirilsə və yenidən şəhid olsa, heç 
vaxt ağlamaram. Çünki şəhadətdən sonrakı hadisələr, 
adamın ürəyini bu ayrılıqdan da çox parçalayırdı. Elə 
günlər olurdu ki, xəstələnirdim, gözlərim qapıda qalırdı. 


262 
Həmidin özünün gəlməsini, sadəcə bir stəkan su verməsini 
istəyirdim. Ancaq mənə qalan onun yalnız həsrəti idi. 
Hələ özümü şəraitə uyğunlaşdıra bilməmişdim. Çox 
çətin günlər keçirirdim. Bir səs eşidəndə, yadıma hansısa 
xatirə düşəndə, hətta küçədə yanaşı gəzən ər-arvad 
görəndə belə ixtiyarsız ağlayırdım. O günlərdə hər şey 
mənə Həmidi xatırladırdı; sevdiyi mərsiyələrdən tutmuş, 
vurduğu ətirlərə kimi hər şey. O günlərdə acı və yandırıcı 
sözlər eşidirdim: “Həmid pul üçün döyüşə getmişdi, 
aldığınız pul halal deyil, çünki Həmid İran üçün şəhid 
olmayıb...” Bu sözlər yaraya tökülən duz kimi əzab 
verirdi. Heç bir ağıllı insan pul müqabilində bu işə razı 
olmazdı. Nə qədər çətindir, yoldaşın yanında olmasın, sən 
onu yalnız yuxuda görəsən və oyandığında yoxluğu sənə 
əzab versin. Sonra da tək istədiyin yenidən yatıb yuxuda 
görmək olsun. Ancaq nə vaxta kimi? Nə vaxta kimi yalnız 
yatmaq və yalnız yuxuda görmək olar?! 
Bu qədər insafsız söz və hərəkətlər bir yana, Həmidin 
yoxluğu bir yana! Onun valideynlərini bir də sevincli 
halda görmək həsrəti ürəyimdə qalmışdı. Nə zaman 
atasıgilə gedirdimsə, uşaqlığımızdan son günlərə qədər 
yaşadığım bütün xatirələr gözlərim önündə canlanırdı. 
Gələndən-gedənə qədər ağlayırdım. 
Bəzi vaxtlar Həmidin şəhid olmadığını hiss edirdim. 
Fikirləşirdim ki, yəqin, onu itirmişəm. Şəkli ilə 
danışırdım. Ayaqqabılarını geyinib yeriyirdim. Hər dəfə 
motosiklet səsi eşidəndə elə bilirdim ki, gələn odur. Qapı 
zənginin dəstəyini götürəndə onun qapı arxasında 
olduğuna inanırdım. Küçəylə gedəndə dayanırdım ki, 
bəlkə Həmid küçənin başından gəldi. Cümə axşamları saat 
on birə kimi gözləyirdim ki, bəlkə qapını döydü, gəlib 
dedi: “Əzadarlığa getmişdim. Məclis uzun çəkdi deyə, gec 


263 
gəldim”. Bəzi fikirlər beynimdən bir an belə çıxmırdı: 
“Torpaqda uyuyan əzizimin bədəni çürüyüb, ya yox? Ağrı 
hiss edib, ya yox?” Hava isti olanda, soyuyanda, qar 
yağanda narahat olursan. Baxmayaraq ki, hər şeyin 
bitdiyini, ruhun bədəndən çıxdığını çox gözəl bilirsən. 
Hərəm şəhidlərinin xanımları ilə Suriyaya getmişdik. 
Dəməşq hava limanına girəndə hamımızın halı pisləşdi. 
Öz-özümə dedim: “Həmidim bu girişdən keçib, ancaq 
çıxışından qayıtmayıb”. 
Bütün uçuşlar gecə yarısı həyata keçirdi. Hava 
limanında oturmağa oturacaq qoyulmamışdı. Hər küncdə 
bir şəhid xanımı çadrasını başına çəkib ağlayırdı. 
Küçələrdə gəzərkən əzizimizdən bir nişan axtarırdıq. Hətta 
Hələbin hansı tərəfdə olduğunu, yoldaşlarımızın son 
anlarını hansı torpağın üzərində keçirdiyini belə bilmirdik. 
Bir xanımın qəribsəyərək ağlamasını heç kim anlaya 
bilməz. Göz yaşlarına, qəhərə boğulduğun halda bunları 
gizlətməyə məcbur qalırsan və tək istədiyin bir kənara 
çəkilib doyunca ağlamaqdır. Bəzən öz-özümə deyirəm ki, 
Həmidə asanı, mənə isə çətini düşdü. 
Şəhid xanımı həyatın bütün ağırlıqlarını öz çiynində 
daşımalıdır. Hər kəsin şəhid xanmından bir gözləntisi olur. 
Buna görə də, gərək hamını sevindirəsən, hər yerdə hazır 
olasan; hər mesaja, hər zəngə cavab verməlisən ki, 
insanlar şəhid xanımısan deyə, lovğalandığını düşünməsin. 
Gün ərzində o qədər yorulursan ki, gecə düşəndə ruhunun 
bədəndən çıxdığını hiss edirsən. Ancaq yenə səhər açılınca 
bütün ümidin olmuş yol yoldaşın olmadan yola davam 
etməlisən. 
*** 
Həmidin şəhadətindən bir neçə ay sonra Kərbəlaya 
getdim. Bu səfərə Həmidlə birgə getmək üçün pasport belə 


264 
almışdıq. Həmid o pasportla Suriyaya getdi, həzrət 
Zeynəbin (ə) yanından kəfənsiz ağasının yanına uçdu. 
Kərbəla Həmidin bütün eşqi idi. Həmid bu Kərbəlanı 
görmək üçün həmişə səbirsizlənirdi. 
Cümə axşamı idi. Tək-tənha beynəl-hərəmeyndə üzü 
günbəzə dayanmışdım. Ayaq üstə dayanmağa taqətim yox 
idi. Sonsuz bir həsrət içində Həmidə dedim: “Əzizim! 
Mən indi Kərbəladayam. Bu həmin Kərbəladır ki, birlikdə 
gəlib, mənə gəlin çadrası alacaqdın. Ancaq qismət olmadı. 
Sənə görə heç bir çadra mağazasına baxmadım. Dedim, 
birdən mənə söz verdiyin hədiyyəni ala bilmədiyin üçün 
xəcalət çəkərsən”. Bütün yol boyunca özümü iki nəfər 
kimi hiss edirdim.
Həmid həyatımın hüzuru idi. İndi ondan məhrum 
olmuşam. Özünü yuxularımdan, yuxunu gözümdən, 
hüzuru da həyatımdan götürüb özüylə aparmışdır. 
Ürəkdən gülmək istəyirəm. Gülürəm, ancaq ürəkdən deyil. 
Bəzən qəlbim sıxılanda köynəklərini, şalvarlarını yerə 
sərir, oturub ağlayıram. Şəhadətindən aylar keçməsinə 
baxmayaraq, indi də paltarlarını alt-üst edir, ciblərinə 
baxıram ki, bəlkə mənə bir məktub qoyub. Onun hər yeni 
şəklini görəndə yaşadığını, mənə hər gün Suriyadan şəkil 
göndərdiyini hiss edirəm. 
Göz yaşlarım darıxdığıma görədir, narahatlığıma görə 
yox. Bu yolu bizim özümüz seçmişdik. Bilirəm ki, 
Həmidin yeri çox yaxşıdır. Bunu bilmək mənə bəs edir. 
Eşq də budur. Həmid rahat olsun, razı olsun, mən də razı 
olaram, harada olmasından asılı olmayaraq. 
Həmidin birlikdə yaşadığımız müddətdə deyə biləcəyi 
bütün sözləri mənə dediyini düşünürəm. Bütün günü 
elçilikdən tutmuş şəhadətinə qədər hər şey barədə 


265 
danışırdı. Ancaq indi sakit halda yatır, özü də zərrə qədər 
narahat olmadan. 
Lakin mənim deyəcək sözlərim qalıb. Məzar başına 
gedəndə bir-bir bütün ürək sözlərimi deyirəm. Kaş 
getdikdən sonra ona necə baxmalı olduğumu, özü kimi 
qısa zamanda bütün sözlərimi deməyi də öyrədəydi! 
Bütün bu çətinliklər içində yenə də ümid doluyam. 
Bilirəm ki, qarşıda uzun yolum var. Bilirəm ki, hələ çox 
yol qət etməliyəm. Bilirəm ki, “yadında qalsın” qatarı hələ 
də hərəkətdədir. Yenə azan verilməsini, Həmidin mənim 
dilimdən “bəli” sözünü eşitməsini, bu dünyadan köçüb 
əbədilik Həmidə qovuşmağımı gözləyirəm. 
Hər səhər şəkillərinə salam verirəm. Bəzən o qədər 
darıxıram ki, onunla dalaşıb deyirəm: “Bu gün səni 
görməyə 
gəlmişdim, 
sənsə 
danışdığımız 
vaxtda 
gəlmədin”. Həmidin mənim sözlərimi eşitdiyini bütün 
vücudumla hiss edir, bir neçə dəqiqə küsülü qalıram. 
Ancaq sonra yadıma düşür ki, ər-arvad arasında dava bir 
neçə saniyədən çox çəkməməlidir. Tez barışıram. Hər 
gecə onun adına sədəqə ayırıram. Gözlərimi şəkillərinə 
dikirəm. Suriyada olduğu günlər kimi hər gecə onunçün 
Ayətül-kürsi oxuyuram. Bilirəm ki, Həmidin ruhu yalnız 
həzrət Zeynəbin (ə) yanında sakitləşər. Və sonra dodaqaltı 
deyirəm: “Gecən xeyrə qalsın, Həmid can!” 


266 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin