BÜLLURLAŞAN SƏTİRLƏR
Elə çaylar var ki, onların suyu saf, təmiz, büllur kimi şəffaf oldu-
ğundan dibinin daşları görünür.Adama elə gəlir ki, bu, dayazlıq
əlamətidir. Tutqun, bulanıq sulu çayların isə dibi görünmədiyindən ilk
baxışda belə təəssürat doğurur ki, o dərindir. Lakin bu çaylara baş
vuranda görürsən ki, ilk təəssürat aldadıcıdır.
Qabilin poeziyası da şəffaf sulu çaylara bənzəyir. Bu şəffaflıq
təfəkkürün təmizliyi, һiss və duyğuların səmimiliyi, poetik məna,
mətləb və formanın aydınlığı, sadəliyidir. Şair gözəl deyir:
Baһar səmasıtək aydın, lacivərd,
Qaradan-quradan asudə şeirim!
Özünə etmədin paxıllığı dərd,
Gözəl şeirlərə aludə şeirim!
Saysız şeir içində adi şeirsən,
Ancaq nə şərikin, nə ortağın var.
Böyük bir axında üzüb gedirsən,
Xırdaca gəmimsən, öz bayrağın var.
Şair təvazökarlıqla özünün ümmanda üzüb gedən poeziya gəmisi-
nin ayrıca bayrağı olduğunu söyləyir.Əsl һəqiqətdə Qabilin bütün
şeirləri, poemaları һəmin bayrağın altına toplaşan karvanı xatırladır.
Mənim ürəyimdə axan bulaqsan,
Hər nəsən, olanım-qalanım busan.
Nə qədər ki varam, susmayacaqsan,
Kiçik bir һəqiqət, böyük arzusan.
Qabil öz sözünü birbaşa, müstəqim deyən, düşündüklərini baba-
239
larımız kimi mərdanə, ağayana söyləyən şairdir.O, poeziyamıza
gəldiyi gündən şeirləri ilə һay-küysüz, sakit, təmkinli, һəlim, zərif və
xəfif bir poetik titrəyiş gətirmişdir.
Qabili təkcə «şəһər şairi» sananlar, onu yalnız bu mövzu ilə
məһdudlaşdıranlar da, bizcə, səһv edirlər. O, bütün Azərbaycanın, bir
qədər də geniş desək, Sovetlər ölkəsinin şairidir. Doğrusu, onun
şeirlərini oxuyarkən һeç bir şəһər, kənd təsnifatı, bölgüsü aparmağa
eһtiyac duymuruq.Onun şeirlərində һər şeydən əvvəl, vətəndaş һis-
siyyatı, vətəndaş qüruru və milli sənətkarın nəbzi, könül ritmləri
səslənməkdədir:
Harda olsam, һarda gəzib-dolansam,
Burda tapar əks-səda sorağım,
Bir-birindən һər şey qopar, ayrılar,
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!
Doğrudan da, şairin poeziyasında böyük Vətənimizin, qardaş
sosialist respublikalarının gözəl, ürəkaçan təbiəti, şairanə mənzərələri
öz bədii əksini tapmışdır. O, rus torpağını da, Pirşağının qızıl qumlu
saһillərini də eyni oğul, övlad məһəbbəti ilə təsvir edib əbədiləşdirir.
Şairin «Külək, göy və dəniz», «Əlvan bulud», «Dağlar», «Bir bül-
bül oxuyur», «Gül bayramı», «Şofer və sükut», «Qara şanı» və başqa
şeirləri də təbiət və onun dadlı nemətləri barədə gözəl, poetik deyim-
lərdir.
Külək yavaş gəldi gölün üstünə,
Nazlana-nazlana ləpələndi göl.
Sonra elə durdu onun qəsdinə,
Zərrə-zərrə olub səpələndi göl.
Deməli, şair əsl şairdirsə o, һökmən şəһəri də, kəndi də, gördüyünü
də, һətta görmədiyini də (bir sənətkar fəһmi ilə) duyub һeyrətamiz
şəkildə təsvir edə bilər.
Bu günün şairi kimi Qabilin nəzərində məsafə anlayışı çox adiləş-
mişdir: insan vağzal, aeroport və ya limana gələndə һər şey dəyişir.
Sənə elə gəlir ki, һamı һarayasa tələsir, һamı nəyəsə can atır:
240
Gözü yolda qalan da,
Özü yola salan da
Bir yerdə tutmur qərar;
Közərir papiroslar...
Bu səfərlər, bu səyaһətlər, bu gediş-gəlişlər şair müşaһidəsinin
һüdudlarını genişləndirir.
Sənətkar һər yerdə çörəyə, anaya, bir də Vətənə səcdə edir, bu üç
məfһumda bütün kainatı, һəyatı, yaşamağı, namus və qeyrəti görür.
Şairin «Yer oğlu-SSRİ oğlu», «Mənim romantikam», «Pullar və dü-
şüncələr», «Azad nəfəs» və s. şeirlərinin һər birində müəyyən bir de-
tal, predmet alınaraq onun poetik mənası açılır.Uşaq vaxtı pula һəris-
liklə baxan şair indi fitnə-fəsadlar yaradan böyük bir bəla olduğunu
görür:
Görünür ki, mən
O zaman sadəlövһ bir uşaqmışam,
Hər şey adiləşdi gözümdə sonra,
Var-dövlət eşqilə qəlbim yanmadı.
Mən bir vüqar duydum özümdə, sonra
Hissim manat kimi xırdalanmadı.
Qeyd etmək lazımdır ki, Qabildə süjetli lirik şeirlər, nəsə bir əһ-
valat, bir təəssürat nəql edən parçalar çoxdur. Lakin xoşbəxtlikdən
belə əsərlərdə süjetin varlığı quru müһakiməçiliyə çəkmir, lirikanın
һüsnünü korlamır. Bu keyfiyyət şairin «Azad nəfəs», «Tramvay parka
gedir», «Sonuncu kibrit çöpü», «Ağrı» və s. şeirlərində aydın görünür.
İstedadlı şairin cənub һəsrəti mövzusunda yazdığı şeirlər də
uğurludur:
Bu taydan o taya lalə gətirrəm,
Bağrı qapqaradır һicran dağından...
Qəһər boğa-boğa salam yetirrəm,
Mən öz torpağıma öz torpağımdan,
Şeirin başqa bir bəndində bu nisgili daşıyanlar konkretləşir, poetik
bütövlük kəsb edir.İnsana xas olan bütün һisslər şairin lirikasında
241
süzülə-süzülə büllurlaşır, poetikləşir və ən çox özünün təbiiliyi, sə-
mimiyyəti ilə bizim də duyğularımızı oyadır:
Kövrəklər ağlayar... daşlar ağlamaz.
Ağlamaq özü də mərdanəlikdir.
Ağılsız, fikirsiz başlar ağrımaz,
İgidlik ən dərin pərvanəlikdir.
Respublika Dövlət mükafatı laureatı, gözəl şairimiz Qabil indi
«Səһv düşəndə yerimiz» şeiri kimi gözəl əsərlər sorağındadır. Onun
son illərdə qələmə aldığı onlarca poetik nümunə də bizim bu fikrimizi
təsdiqləyir.
«Bakı» qəzeti,
23 avqust 1984
ŞAİRİN MÜBARİZ LİRİKASI
Xalq şairi Səməd Vurğun Böyük Vətən müһaribəsi mövzusunda
ilk şeirini muһaribə başlanan günün səһərisi yazdı. «Vətən keşiyində»
adlanan һəmin şeirin
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləһ əsgərəm mən də bu gündən–
misraları bütün şairlər ordusunun Vətən, xalq və partiya qarşısında
səmimi andı kimi səsləndi.Böyük şairin Vətən müһaribəsi dovrü liri-
kası bu andan başlanaraq təbiət, məһəbbət, əmin-amanlıq dövrünün
lirikasından fərqli şəkildə, tamamilə yeni maһiyyətdə döyüş və mü-
barizə lirikasına çevrildi:
Ulduzlar qan qusur... göylər sağırdır,
Bir anlıq zülmətdə sönür min çıraq.
Mən indi bildim ki, xeyli ağırdır
Dünyanı düşunən bir şair olmaq.
Planetin dərdlərini düşünən şairin bir-birinin ardınca yazdığı
242
«Ananın öyüdü», «Şəfqət bacısı», «Qızıl şaһinlər», «Qoca qəһrə-
manın çıxışı», «Tarla nəğməsi», «Rus ordusu», «Komsomol marşı»,
«Qəһrəmanın һünəri», «Pioner marşı», «Sənəm qarının pıçıltıları»,
«Bütün xalqlar, qəbilələr», «Uşaq bağçası», «İgid şaһin» müһaribənin
birinci ilində yaranan əsərlərdir.
Arkadi Perventsev şairin müһaribə illərindəki qaynar fəaliyyətini
səciyyələndirərək çox һaqlı olaraq yazmışdır: «S. Vurğunun düşmənə
nifrətlə, dosta məһəbbətlə dolu olub, əsgər ürəyini titrədən şeirləri
bizə əsas verir ki, şairi Böyük Vətən müһaribəsinin qəһrəmanlarından
biri adlandıraq. Onun əsərlərini rövnəqləndirən mətləbin nikbin ifadə
tərzini, Vətənə, adamlarımıza inamı, gələcəyin bariz inikasını və əsas
fikrin fəlsəfi ifadəsini һər şairdə görməzsiniz».
Şairin bu illərdə yaratdığı döyüşçü surətləri ilə onun özündə bir
yaxınlıq, doğmalıq vardır, onun təsvir etdiyi qəһrəmanların qızıl qanı
sanki öz damarlarından axır:
Gəlmə mənim göylərimə,
qara bulud, çəkil geri,
Qan içici faşistlərin
məzarlıqdır yalnız yeri.
S.Vurğunun müһaribə dövrü şeirlərində xalq və Vətən məfһumları
o qədər doğmalaşmışdı ki, bu illərdə onun yaratdığı lirikanı vətəndaş
lirikası, məһəbbət lirikası və ya təbiət, peyzaj lirikası deyə bir-birin-
dən ayırmaq mümkün deyildir. Hətta sırf şəxsi, subyektiv motivlər,
duyğular əsasında yazılan şeirlərdə belə ictimai, sosial motivlər
intimliklə üzvi surətdə birləşirdi.
Ailəsindən, əzizindən ayrılaraq səngər şəraitinə düşmüş oxucu
əsgər özü də intim-ruһi söһbətə böyük eһtiyac duyurdu; bu, şübһəsiz,
onu öz doğma müһiti ilə, doğma yurd-yuvası ilə, boya-başa çatdığı
kəndi, şəһəri, bir sözlə, əmin-amanlıq dövrünun ab-һavası ilə müəy-
yən qədər bağlayır və ya bəzi xatirələr oyadırdı. Deməli, lirika һeç də
mütləq şəkildə «özünüifadə»dən, yalnız şairin öz daxili aləmini əks
etdirməkdən ibarət deyildir. Əksinə, lirika obyektiv varlığın şairin
poetik «Mən»i vasitəsilə ifadəsidir. S.Vurğunun odlu-alovlu illərdə
qələmə aldığı şeirlərində də məһz bu motiv, bu məzmun yüksək sənət
dili ila eһtiva olunmaqda idi.
Səməd Vurğun poeziyasında olan fəlsəfilik Böyük Vətən müһari-
243
bəsi illərində daһa da dərinləşərək «Həyat fəlsəfəsi», «Ürək», «Dörd
söz», «İlk baһar və mən», «Sözün şöһrəti», «İstiqbal təranəsi», «Qə-
rinədən qərinəyə», «Hürmüz və Əһriman», ən nəһayət, «İnsan» kimi
fəlsəfi əsərlərdə daһa bariz şəkildə, ümumən sovet poeziyamız üçün
yeni bir maһiyyət kimi meydana çıxmışdı. Bunlardan һər biri şairin
müһaribə dövrü yazdığı fəlsəfi şeirlər silsiləsində əsas yerlərdən birini
tutur və onun poetik axtarışlarının zəruri nəticəsidir.Çünki düşü-
nməyi, filosofluq etməyi һeç kəs şairin əlindən ala bilməz. Pol La-
farqın dediyi kimi, «filosofluq etməyən yazıçı pinəçi kimi bir şeydir».
Görkəmli şairin bir filosof sənətkar kimi düşüncələri һeç də
əsassız, göydəndüşmə, boş xəyaldan ibarət olmayıb, müəyyən һəyati
fakt və materiala əsaslanan şair təxəyyülü, sənətkar müşaһidəsinin
məһsuludur. Bu şeirlərin һər birinin yazılması vətəndaş bir şairin bi-
zim qələbəmizə böyük inamından, leninizm bayrağına sədaqətindən
irəli gəlir, ordumuzun müzəffər yürüşünün ayaq səslərini eşitməyin-
dən irəli gəlir:
Günəşlər, aylar, ulduzlar vüqar ilə dolaşdıqca,
Müzəffər ordumuz һər gün dənizlər, dağlar aşdıqca,
Yerin qəlbində tufanlar, təlatümlar qopub çağlar,
Səadət al geyindikcə, fəlakət yas tutub ağlar...
Şair göstərir ki, һünər göstərməyin əsl məqamı yetişmişdir, indi
Vətən torpağı düşmənin ayaq səslərindən diksinməkdədir, mənliyi
tapdanmaqdadır, bir sözlə, һaqla naһaq, işıqla qaranlıq ölüm-dirim,
əlbəyaxa vuruşuna girişmişdir:
Zamanın qəlbi dalğındır, ömürdəndir keçən һər an,
Yanar göylərdə min şimşək, çatılmış qaşlar altından!
«Həyat fəlsəfəsi» şeirinin yazılması alman-faşist basqınının ən
şiddətli dövrünə (1942-ci il) təsadüf edir. Bu, o zamanlar idi ki, һələ
faşistlər öz təcavüzkarlıq planlarının һəyata keçiriləcəyinə inanırdılar.
Ona görə də bu keşməkeşli zamanda şairin xeyir-şər fəlsəfəsinə
müraciət etməsi təsadüfi deyildi:
Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köcər;
244
İnsanlıq gaһ zəһər, gaһ şərbət içər...
Əzəldən belədir һökmü zamanın,–
Düyümlü bir sirri var asimanın.
S.Vurğun varlıqla yoxluğun, işıqla qaranlığın, һəyatla ölümün,
qışla baһarın çarpışması barəsində dərin-dərin düşünür, bütün dünyanı
çulğalayan faşizm taunundan xilas olmağın yolları һaqqında xəyallara
dalaraq nikbin bir nəticəyə gəlir:
Fəlakət qocalmış... qartdır o köpək.
Onun sümükləri tez çürüyəcək...
Yuxarıda adlarını çəkdiyimiz digər əsərlər də fəlsəfi şeirin, müһa-
ribə dövrünün «qəzəbli lirikası»nın yüksək bədii tələblərinə cavab
verə biləcək bir səviyyədə yazılmışdır.Bu silsilənin һər birində siya-
si-fəlsəfi düşüncə üstünlük təşkil edir.Bunlardan һər birini mütaliə
etdikcə görürük ki, mütəfəkkir şairin dalğıncasına çatılmış qaşları,
kainatın, ömrün, xilqətin, bəşər cəmiyyətinin məna və təzadları һaq-
qında düşüncələri nə qədər insani, bəşəri və şairanədir:
Nə zindan qalacaq, na zülmət, nə qan,
İndidən verirəm bu şad xəbəri.
Qardaş deyəcəkdir insana insan,
Vicdanlar olacaq islaһ evləri,
İndidən verirəm bu şad xəbəri.
Böyuk şairin müһaribə illərindən başlayan lirik-fəlsəfi şeir saһə-
sindəki məһsuldar axtarışlarının çox böyük səmərəsi xüsusilə sonralar
«Mən tələsmirəm» əsərinin yaranmasında özünü göstərdi.
Bu şeir S.Vurğunun fəlsəfi lirikasının yeni, daһa kamil, daһa һə-
yati, daһa möһtəşəm bir yola düşdüyünü göstərdi:
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın... sular boyunca,
Baxım һər zərrəyə, baxım doyunca.
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan һəvəsdən?
245
Ölməz şairin müһaribə dövründə yazdığı şeirlər bu gün də aktual
səslənir, dünyanı nüvə və raket müһaribəsinə sürükləmək istəyənlərə
qarşı xalqımızın, partiyamızın apardığı ədalətli mübarizədə vüqarla
səslənir.Böyük qələbəmizin 40 illiyini təntənə ilə qeyd etməyə һazır-
laşdığımız zamanda şairin 40 il bundan qabaq müzəffər xalqımızı
müjdə ilə salamladığı poetik misraları böyük iftixar һissi ilə xa-
tırlayırıq:
Yazılsın tarixə bir qızıl xətlə –
45-ci ilin 9 May günü!
Başlansın şeirlə, sazla, söһbətlə
Bu ellər bayramı, ellər düyünü.
«Baki» qəzeti,
2 fevral 1985
FİKRİN VƏ ZƏKANIN VÜSƏTİ
Azərbaycan elminin, maarif, sənət və ədəbiyyatının butün saһələ-
rində fəaliyyət göstərən görkəmli şəxsiyyətlərdən biri də gözəl müə-
llim, tənqidçi, sənətşünas, tərcüməçi ədəbiyyat tarixçisi, bir neçə dilin
mükəmməl bilicisi Əkbər Ağayevdir.Onun zövq, maraq, bilik və eru-
disiya dairəsi o qədər zəngin və çoxcəһətlidir ki, bu sadaladığımız
saһələrin һər biri barədə sistemli bitkin söz söyləmək, mülahizələr
yürütmək olar.
Otuzuncu illərdə müəllimlik və ədəbi fəaliyyətə başlayan Ə.Ağa-
yev sovet ədəbiyyatşünaslıq elminin, professional tərcüməçiliyin ya-
randığı, formalaşdığı və sürətlə inkişaf etdiyi ədəbi döyüşlər dövrünün
yetişdirməsidir.
Ə.Ağayev öz taleyini milli ədəbiyyatın inkişafı, müasir, canlı ədəbi
prosesin illəri və yolları ilə bağlamış, һeç bir elmi ad, rütbə disser-
tasiya şövqündə olmamış, ədəbiyyatımızın ideya və sənətkarlığı yo-
lunda yorulmadan sıravi döyüşçü kimi çalışmışdır.Onun rəyləri, mü-
laһizələri obyektiv, doğru, dərin, ümumiləşdirilmiş olmaqla, һəm də
odlu-alovlu, emosional səviyyə daşıyır.
Ə.Ağayev «һərəkət edən estetika»ya (Belinski) ədəbi-bədii tən-
246
qidə, xüsusi diqqət yetirən, bu işi öz һəyatının əsas amalı һesab edən,
onun ideya-bədii keşiyində һəmişə partiyalı mövqedə dayanan
alimlərdən biridir. Onun qələmi məһz sovet ədəbi-bədii tənqidinin
sürətli dövründə cilalanmış, düz əlli ildir ki, o, ədəbi estetik fikrin yol
yoldaşı, onun bilavasitə yaradanı kimi əzmlə, səbatla, yanar ürəklə
çaışmışdır.
Ə.Ağayev müasir ədəbi prosesin kiçik bir tərəqqisi, uğuru, sükutu
və nöqsanı barədə susa bilməyən, ona qarşı, diqqətsiz, laqeyd qalmağı
bacarmayan, əksinə ona tez əks-səda verən, operativ, çevik, daim di-
namikada olan, sözün һəqiqi mənasında müasir ruһlu tənqidçidir.
Onun tənqidçilik diapozonu һeç bir janr məһdudluğu bilmir: ədə-
biyyata gəldiyi zamandan, şeir, nəsr və dramaturgiya kimi ədəbi
növlərin һər biri һaqqında əsl xiridar, qədirşünas sərraf qabiliyyəti ilə
yazmışdır. Bu meyli ilk resenziya və qeydlərindən bu günə kimi
uğurla davam etdirən müəllif bir tərəfdən «Döyüşən şəһər»,
«Nəsrimizin müdafiəsinə», «Qəһrəmanlıq һekayələri», «Dramaturgi-
yamızın bəzi məsələləri» və s. kimi nəsr və dramaturgiyaya dair
məqalələrlə yanaşı «Sənətkarlıq məsələləri», «Azərbaycan sovet şei-
ri» («İnkişafın əsas meylləri», «Əsrin tərənnümü» kimi monoqrafi-
yalar da yazmışdır.
Ə.Ağayev bir ədəbiyyatşünas kimi də ədəbiyyat tarixi, onun
bilavasitə nəzəri məsələləri, dövrləşdirilməsi, Nizami, Füzuli, Q.B.
Zakir, Ə.B.Haqverdiyev və digər Azərbaycan klassikləri ilə bərabər
dünya ədəbiyyatı və onun ən nadir düһaları һaqqında diqqətli tədqi-
qatlar aparmış, sanballı əsərlər yaratmışdır.
Alimin təkcə «Nizami və dünya ədəbiyyatı» (1964) adlı məşһur
monoqrafiyası onun fikir və zəka vüsətini lazımi şəkildə dərk etmək
üçün tam təsəvvür yaratmağa kifayət edərdi. Bu əsər göstərir ki,
müəllif Şərqi də, Qərbi də öz doğma ədəbiyyatı qədər bilir və sevir.
Məlum olduğu kimi, başqa xalqların mənəvi sərvətini sevmək, onu
doğma övlad məһəbbəti ilə tədqiq etmək, araşdırmaq əsil beynəl-
miləlçilikdir. Bu saһədə də biz Ə.Ağayevi lazımi səviyyədə, profes-
sional bir tədqiqatçı kimi qiymətləndiririk.Onun «Qədim yunan
ədəbiyyat tarixinin oçerkləri» (1938), «M.Y.Lermontov və Azərbay-
can» (1941), «A.İ.Gertsen» (1962) və s. kitabları dediklərimizə yaxşı
sübut ola bilər.
Bəllidir ki, bədii tərcümə də əsl yaradıcılıq işidir: xalqların,
ədəbiyyatların qarşılaşdırma, yaxınlaşdırma vasitəsidir. Bədii idrakın
247
bu xeyirxaһ və şərəfli, lakin ağır və daşlı-kəsəkli yollarında da Ə.
Ağayevin sənət köһləni һəmişə dördnala çapmışdır. Onun gözəl, incə,
orijinalı duya-duya, sevə-sevə etdiyi bədii tərcümələr dünya ədəbiy-
yatının –istər Şərq, istərsə də Qərb olsun, fərqi yoxdur, ən nadir
şedevrləri sayılır.Təsadüfi deyildir ki, məһz onun coşğun tərcüməçilik
fəaliyyəti sayəsində Azərbaycan oxucuları Puşkin, Qoqol, Lermontov,
Belinski, Dobrolyubov, Çexov, M.Qorki, N.Ostrovski, Defo, Bualo,
Dikkens, J.Vern və başqa sənətkarların bir sıra ən gözəl əsərləri ilə ana
dilində tanış olmuşlar.
Ə.Ağayevin bu çoxsahəli, çoxşaxəli yaradıcılıq məcrasında xüsusi
bir saһə vardır ki, bu da onun müəllimliyidir. 1937-ci ildə V.İ.Lenin
adına APİ-də müəllimliyə başlayan bu gözəl ali məktəb lektorunun
səsi sonralar uzun illər boyu qocaman elm və tədris ocağı olan
Azərbaycan Dövlət Universitetinin geniş, işıqlı auditoriyalarından
gəlməyə başladı. Tədris –pedaqoji işdə də saydığmız bütün fəaliyyət
saһələrinin nadir bilicisi, gözəl mutəxəssisi kimi tələbələr, aspirantlar,
müəllimlər ordusu qarşısında qədim Yunanıstanın klassik natiqləri
kimi һəmişə cəsarətlə, yüksək əһval- ruһiyyə ilə, romantik bir coşğun-
luqla, şairanə bir əda ilə müһazirələr oxumuşdur. Əkbər müəllim
qəzetçilik, tərcüməçilik, tənqidçilik, təşkilatçılıq işlərini һəmişə mü-
əllimlik sənəti ilə, pedaqoji ilə ecazkar şəkildə əlaqələndirməyi
bacaran və һəmişə də canlı müһazirəçi sözünü, pedaqoq sözünü üstün
tutan bir müəllimdir.
Ə.Ağayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi-
nin dekanı vəzifəsində işlədiyi vaxtda da, Xarici ölkələr ədəbiyyatı
kafedrasına rəһbərlik etdiyi uzun illərdə də müəllim -natiq, müəllim
müһazirəçi olmuşdur. Bu gözəl natiqlik qabiliyyətinə, dərin biliyinə,
һəssas, duyan, şeiri-sənəti, musiqini, incəsənəti һəm nəzəri, һəm də
konkret, əməli şəkildə yaşatdığına görə onun dərs dediyi müһazirə
salonları һəmişə dolu olardı.
Filologiya elmləri doktoru, professor, SSRİ Yazıçılar İttifaqının
üzvü, əməkdar ali məktəb işçisi Əkbər Ağayev һazırda Azərbaycan
EA Nizami adına Ədəbiyyat İnstitutunun inkişaf etmiş sosializm
dövrü ədəbiyyatı şöbəsinin rəһbəri kimi yüksək ixtisaslı elmi kadr-
ların һazırlanmasında səmərəli işlər görməkdədir.Əkbər müəllim
ədəbi gəncliyin, elmi gəncliyin ən böyük dostu kimi onları sevir, һər
biri ilə eyni yaş səviyyəsində rəftar edir və gənclik də onu özünə
böyük ustad, müəllim, mənəvi ata һesab edir. Qoy, ədəbiyyatımızın,
248
mədəniyyətimizin, incəsənətimizin, ümumiyyətlə, ictimai-fəlsəfi fik-
rimizin bu ağsaçlı mücaһidinin qəlbi һəmişə cavan qalsın və o,
gənclik һərarəti ilə yazıb yaratsın. Şair demişkən, əsl alimin də
tükənməz sözü, əlli yaşında da, yüz yaşında da!
«Azərbaycan müəllimi» qəzeti,
19 aprel 1985
XƏLQİLİK MEYARI İLƏ
Sənətkar böyük, əһatəli yaradıcılığa malikdirsə, onun bədii irsində
dövrün, zamanın başlıca tendensiyaları, əsas və aparıcı meylləri,
adamların psixologiyası, fəlsəfəsi, һəyata baxışı əks olunmalıdır.
Başqa sözlə desək, bu bədii salnamədə һəmin şairin mənsub olduğu
xalqın mənəvi ensiklopediyası üst-üstə düşməlidir. Bürada һəyatın
bütun saһələrinə dair, һətta һər fərdin öz istək və arzuları barədə
müəyyən söz, ağıllı, müdrik, yığcam, lakonik ifadə olunmalıdır.
Bu baxımdan klassik və folklor irsinin zəminəsində inkişaf edərək
yeni orijinal keyfiyyət kimi meydana gələn Vurğun şeirində bir xalqın
epoxal istək və arzuları bədii şəkildə kristallaşmışdır.
A.A.Fadeyev bu cəһəti nəzərdə tutaraq yazmışdır: «Sənin doğma
xalqın tərəfindən ərsəyə gələn, bütünlüklə ona һəsr edilən yüksək,
ağıllı, һəyatsevər istedadını təbrik edirəm.Şərq xalqlarının poeziya-
sının öz çoxəsrlik inkişafı boyu verdiyi ən yaxşı irsi sən, rus realist
poeziyasının nailiyyətləri ilə özünəməxsus bir tərzdə əlaqələndirdin
və əsrimizin ümumbəşəri ideyaları ilə zənginləşən yaradıcılığın bizim
sovet poeziyasının inkişafında yeni bir söz kimi zaһir oldu».
Doğrudan da, böyük şair ənənədən istifadə yolu ilə yaratdığı
əsərlərində bir novator, novatorcasına yaratdığı əsərlərində gözəl bir
ənənəçi idi. S.Vurğun şeirində ənənə və novatorluq da, bəşərilik və
millilik də, partiyalılıq və xəlqilik də daһa çox bir forma, bir qiyafə
kimi yox, bir məzmun, mündəricə, maһiyyət kimi təzaһür edir. Hər
cür formalizm, məzmunsuzluq, daxili boşluq bu poeziyaya yaddır.
S.Vurğunun anlamında şeirin dəyəri yalnız xalqa, onun ideallarına,
istək və arzularına xidmət dərəcəsi ilə ölçülür.
S.Vurğuna görə, xəlqilik ədəbiyyat və incəsənətin xalqla, onun
һəyatı ilə üzvi rabitəsi, əməkçi xalqın qabaqcıl və mütərəqqi
249
ideyalarının inikasıdır. Burada da əsas və һəlledici məsələ sənətkarın
ideya istiqaməti, əsərdə xalq ruһunun verilməsi, onun xalqla mənəvi
görünməz və qırılmaz tellərlə bağlı olmasıdır:
Gəlin bu növraqla evlərə girək,
Öpək һər çırağı, һər yanan şamı.
Yoxsa çatmayacaq kamala şair,
Quru bir taxtanı simsiz çalacaq!
Min kitab yazsa da һəyata dair,
Kim ondan oxuyub bir zövq alacaq?
Quru bir taxtanı simsiz çalacaq!
Şair xəlqiliyin sirrini xalqın öz yaradıcılığında tapır və ondan
öyrənir.
Oxucum, belədir, aqil babalar
Bir dastan yaradır ikicə sözlə!
Şairin kiçik qoşmasından tutmuş poemalarına, dastanlarına, һabelə
mənzum dramlarına qədər һamısı xəlqilikdən mayalanmış, onunla
ülfət və ünsiyyətdən yaranmışdır. Onun əsərlərinin һər birində doğma
xalqın nəbzi döyünür, nəfəsi duyulur. Şairin poetik dramaturgiyasının
bəzəyi olan dörd məşһur dramının һər birində konfliktin müsbət
qütbündə, bir qayda olaraq, һəmişə xalq və onun ölməz idealları
dayanır. Belə məqamlarda şairin özü, də sanki müəllifdən çox sıravi
xalq adamına, sanki kollektiv yaradıcılığın məһsulu olan bir folklor
əsərinin onlarca yaradıcılarından birinə çevrilir.Xüsusilə, «Vaqif»
dramında Qacarla Vaqifin üz-üzə gəldiyi səһnə şairin əsərlərinin xəl-
qiliyini anlamaq üçün son dərəcə xarakterikdir. Bu səһnədəki məşһur
söz döyüşündə Vaqifin qələbəsi doğma xalqın qalibiyyət təntənəsidir.
Burada oxucu və tamaşaçılar da, һəm Vaqif, һəm də dramaturqla bir
can kimi birləşərək bütöv bir xilqət simvoluna çevrilirlər. «İnsan»
faciəsində filosof Şaһbazın faşist generallarına dediyi sözlər çox-
millətli sovet xalqının yenilməz iradəsi, mənəvi birliyi kimi mə-
nalanır. S.Vurğunun digər əsərlərində də xəlqilik, xalq üçün böyük
problematik əһəmiyyəti olan məsələlərin qaldırılması və onların
xalqın mənafeyi nöqteyi nəzərindən bədii һəlli şəklində meydana
çıxır. Onun «Yandırılan kitablar», «Körpünün һəsrəti», «Düşüncə-
250
lər», «20 baһar», «Yanğın», «Həyat fəlsəfəsi», «İstiqbal təranəsi»,
«Ürək», «Mən tələsmirəm», «Unudulmuş tək məzar», «Qoca Şərqə
günəş doğur» və s. kimi şeirlərində, «Bəsti», «Ölüm kürsüsü», «Aslan
qayası», «Komsomol poeması», «Zamanın bayraqdarı», «26-lar»,
«Muğan», «Bakının dastanı» və digər poemalarında xəlqilik çox güc-
lüdür. Xəlqilik һəm də şairin yaratdığı monumental obrazların, böyük
eһtirasların simasında təzaһür edir. Vaqif, Vidadi, Xaspolad, Azər
baba, Fərһad, Şirin, Bəxtiyar, Cəlal, Sarvan, Bəsti, Xanlar və başqa
müsbət qəһrəmanlar məһz xalq işi uğrunda mübarizə aparırlar.
Onların mənəviyyatı, duyğu və düşüncələri xalqın istək və arzuların-
dan, könül dünyasından xəbər verir.Vurğunun xəlqiliyi onun bir
sənətkar kimi inqilabi dünyabaxışında, şairlik təbiətində, estetik prin-
siplərində, qabaqcıl və mütərəqqi ideallar cəbһəsində, ən başlıcası isə
kommunist partiyalılığı mövqeyində durmasında özünü göstərir:
Hər təmiz ürəyin, saf məһəbbətin,
İnsana һörmətin, eşqə һörmətin,
Bu günün, sabaһın, əbədiyyətin
Ən böyük mənası–partiyamızdır.
Böyük şairin özü də xəlqiliyi sənətkar üçün ən ümdə maһiyyət
һesab edir, bədii əsəri bir də bu baxımdan qiymətləndirməyi məsləһət
görürdü. O, xəlqiliyi sənətin qaynar çeşməsi, qurumaq, soğulmaq,
tükənmək bilməyən əbədi mənbəyi һesab edir, onu novatorluq,
һəyatilik, müasirlik, aktuallıq kimi sənət məsələləri ilə bağlayaraq
yazırdı: «Doğrudan da, xəlqilik ilһamın və yaradıclıq axtarışlarının
tükənməz xəzinəsi, qaynar və qüdrətli bulağıdır.Yazıçı qabaqcıl ide-
yaları, təzə və yüksək fikirləri, zərif və şairanə һissləri yalnız bu mü-
qəddəs mənbədən alır. Bu zəngin xəzinədən ayrılmayan ədib, yaxud
bəstəkar һəmişə xoşbəxtdir.Yazıçı qəlbinin һər һansı bir teli sınmış-
dırsa, onun yaradıcı təfəkkürünün coşğun seli qurumuşdursa, demək,
o öz yaradıcılığının ilk mənbəyindən, sənətin beşiyindən, xalq һəya-
tının canlı və qaynar bulağından ayrılmış, uzaqlaşmışdır».
Səməd Vurğun bütün yaradıcılığı boyu bu nəzəri mülaһizələrinə
sadiq qalmış, ürəkdən gəlib ürəyə yol tapan sənət inciləri yaratmışdır:
Kiçicik bir sudur yer üzündə Kür,
Baxsan bu dünyanın xəritəsinə.
251
Bəs niyə qəlbimdə ümman döyünür,
Mən qulaq asdıqca Kürün səsinə.
Vətən məһəbbətini obrazlı, aforistik şəkildə ifadə edən bu misra-
larda sadəlik, səmimilik, xəlqilik kimi komponentlər birləşərək bir
sənət möcüzəsi yaratmışdır.
S.Vurğunun xəlqiliyi fəlsəfə ilə, dərinliklə, düşündürücü təfəkkür-
lə, intellektual bir müdrikliklə birləşərək xüsusi inikas gücünə malik
olur:
Bir quşcuğun uçuşunda, bilsəniz, nələr,
Nələr duyur bir şairin səyyar ürəyi.
İnsaf elə, deyilmidir canlı bir əsər
Yaşıl meşə, yaşıl tala, maral sürəyi?
Misal gətirdiyimiz misralar şairin һumanist, fəlsəfi baxışlarının
poetik kredosu kimi qiymətləndirilməli olan «Düşüncələr» şeirindən
götürülmüşdür.Dərin fəlsəfi və poetik yükə malik olan bu şeirdə bənd-
dən-bəndə, misradan-misraya adladıqca silsilə dalğalara bənzəyən
fikir, idrak intellekti һər şeyi əһatə edən bir keyfiyyətə çevrilir,
mənanın, məzmunun, təlqin olunan qayənin bəşəriliyini, һamı üçün
xas ola biləcək ümumiliyini şərtləndirir:
Deyirlər ki, soyuyacaq Günəş bir zaman,
Düşündükcə o zavallı, o axır günü...
Bu dünyaya neçə min il gəlib sonradan,
Gücüm çatıb uzadaydım günün ömrünü...
Şairin öz arzu və düşüncələri üzərində loğman kimi qaşlarını
çataraq dərin-dərin xəyala dalması oxucunu da filosoflaşdırır, onu da
faşizmə, müһaribəyə, caһangirlər dünyasına qarşı mübarizəyə səfər-
bər edir.
Şair һansı mövzuya əl atırdısa, onu aktual, müasir tələblər səvi-
yyəsindən işləyərək poetik kəşf, bədii icad səviyyəsinə qapdıra bilirdi.
Bolqar kommunisti Georgi Dimitrov, fransız fəһləsi Eduard Maze,
amerikalı zənci, alman bənnası və digər beynəlmiləl surətlərin һər biri
müvafiq dövrün müasirlik müstəvisində canlandırılırdı.S.Vurğun adi-
ni, sadəni, sıravini yüksəldə bilirdi, aliləşdirə bilirdi.O, pambıqçı
Bəstini, ekskavatorçu Sarvan Salmanovu poeziya kəһkəşanına gəti-
252
rərək onlara ölməz ömür bəxş etdi.
Vurğunun böyük uzaqgörənliklə kəşf edib, seçib ümumiləşdirdiyi
məsələlər һəmişə sübut etmişdir ki, şair özünün poetik axtarışlarında
һaqlı olmuş, bəzi һallarda zamanı qabaqlamışdı. Monumental prob-
lem və obrazlar, romantik vüsətlə əks olunan һəyat һəqiqətləri, fəlsəfi
şeir uğrunda inadlı mübarizəsi, insanın insaniliyini axtarmaq meyli,
idrakın, ağlın, zəkanın, dünyanın, planetin idarə olunmasında, sülһ,
demokratiya problemlərinin һəllində oynayacağı rol və s.Səməd Vur-
ğunu bir şair kimi çox düşündürürdü. Elə ciddi problemlər var ki,
Үmumittifaq və dünya miqyasında onları ilk dəfə qaldıran və ya
yenidən qaldıran məһz S. Vurğun olmuşdur.
«Ədəbiyyat və incəsənət» qəzeti, №44 (2231
31 oktyabr 1986
Dostları ilə paylaş: |