AZƏRBAYCANDA YAPILAN TƏDQİQLƏR
1. Mirzə Yusif Nersesov tərəfindən Vaqif və müasirlərinin əsərlərindən tərtib edilmiş bir məcmueyi-əşarı var. Vaqifin heca və əruz vəznilə yazılmış altmış bir dənə şeirini havidir. Vaqifdən başqa daha yigirmi dörd şairin qitələrindən nümunələr göstəriliyor. Bunların içində Vidadi, Mirzəcan, Aşıq Pəri, Baba bəydən bir çox nümunə alınmışdır. Məcmuənin başında Vaqifin farsca yazılmış tərcümeyi-halı vardır; kitab yazma nüsxə halındadır. (Bizim gördügümüz iki nüsxədən biri şair Məhəmməd Səid Ordubadi, o biri şair Əli Abbas Müznib yoldaşların xüsusi kitabxanalarına aiddir).
2. F.Köçərlinin rusca olaraq «Литература Азербайджанских татар» adlı risaləsi, Vaqif, Zakir, Mirzə Fətəli Axundov, Həsən bəg Məlikov və Ahi haqqında nisbətən təfsilat veriyor: 1903-cü il tarixinə qədər ədəbiyyatımızın müxtəlif sahəsində yalnız Qafqaz türklərində yetişən şəxsiyyətləri də qısa sətirlərlə yad ediyor. Köçərlinin bu əsəri tərcümeyi-hal risaləsi olmaqla bərabər bir çox ənfəs (subyektiv) hökmləri də az degildir (Tiflis, 1903).
3.Vaqifin mənzumələrindən bir qismi Qafqasya şüərasından Molla Pənah Vaqifin ələ düşən əşarı” sərlövhəsi altında Haşım bəg Vəzirov tərəfindən 115 səhifəlik küçük bir risalə həcmində basılmışdır (Bakı, 1908). Məcmuə Haşım bəg qələmi ilə yazılmış Vaqifin tərcümeyi-halını də havidir.
4.Məhəmməd bəg Mirzə Sərdan Qarabaği tərəfindən tərtib edilən “Riyazül-aşiqin” 1306-cı ildə İstanbulda təb edilmişdir. Dərəbəglik dövründə Qarabağda yetişən şairlərin qısa tərcümeyi-halları ilə şeirlərindən nümunələr ehtiva edən bir təzkirədir. “Riyazül-aşiqin” iki “Rövzə” ilə bir “Bağçə”ya bölünmüşdür. Birinci rövzə müəllifin yaşadığı tarixdən əvvəl ölən şairlərə, ikinci rövzə müasirlərə, “Bağçə”də müəllifin “Əhval və nətayeci-xəyali”nə həsr edilmişdir. Halbuki təb edilən birinci cild bu fehristi havi degildir. Bu cild Əbül-fəth Tutidən Bakıya qədər yetişən şairləri alıyor.
5.F.Köçərli Mirzə Fətəli Axundovun doğum günündən yüz yıl keçməsi münasibəti ilə yazdığı küçük risaləsi Mirzə Fətəlinin tərcümeyi-halına aiddir; ayrıca “Sərgüzəşti-Mərdi Xəsis”i təhlil edər (Tiflis, Kultura mətbəəsi, 1911). Bu risalənin mündəricatı Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adındakı əsərində daha müfəssəl olaraq bulunur.
6. Yenə F.Köçərlinin “Balalara hədiyyə” adı altında tərtib etdigi risalə (Баку, 1912) xalq ədəbiyyatımızın cocuqlara məxsus bir qism materiallarını havidir. Bu cəhətdən çox qiymətli olan əsər əski şairlərdən bəzilərinin qırıq-sökük bir nəzm texnikasıyla yazılmış olduğu hekayələrin əlavə edilməsi ilə qiymətcə xələldar olmuşdur.
7. Nəvvab Mir Möhsün bin hacı Mir Əhməd Ağası Ağamirzadə Qərabağinin “Təzkireyi-Nəvvab”ı Vaqifdən etibarən hicri 1309-cu il tarixinə qədər Qarabağda yetişən şairlərə aid bir təzkirədir. Təzkirə iki qismdir: birincisi 1309-cu ildən əvvəl ölənlərə, ikincisi o tarixdə yaşamaqda olan şairlərə aiddir: hər şair haqqında bir neçə sətirlik bəsit və ibtidai bir şəkildə yazılmış tərcümeyi-hal ilə bir qaç şeir dərc edər. 1913-cü ildə Bakıda təb olunan bu təzkirə çox mənasız olaraq farsca basılmışdır: şairlərin tərcümeyi-halları da əcəmcə yazılmış, əcəmcə şeiri olan şairlərin əcəmcə şeirlərindən də nümunə alınmışdır: hətta bir şairin şeirləri tərtib edilərkən əvvəlcə əcəm dilində yazılanlar, sonra türkcə olanlar qonulmuşdur.
8. “Azərbaycan ədəbiyyatı” sərlövhəsinə Salman Mümtazın Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Məhəmməd Hüseyn xan Müştaq, Qövsi, Kərbəlayi Allahi Arif, Nitqiyi-Şirvani, Qasım bək Zakir, Mirzə Şəfi Vazeh, Seyid İmaməddin Nəsimi haqqındakı risalələrinə əlavə etdiyi müqəddəmələr müəllifin öz ifadəsinə görə yigirmi beş sənədən bəri yapdığı tədqiqat və tətəbböatinə (Ağa Məsih Şirvani, müqəddəmə, səhifə 4) rəğmən çox qarışıq və ibtidaidir. Şaşırıcı bir dərəcədə olan bu qarışıqlıq öz bəhslərində vəsiqələrlə qarşılaşdırılacaqdır. Risalələr “Kommunist” qəzetəsi tərəfindən (Баку, 1925-1926) təb edilmişdir.
9. Ədəbi fəaliyyətinin dörd yüz illigi münasibətilə Füzuli haqqında “Azərbaycan ədəbiyyat cəmiyyəti”nin basdırdığı (Баку, 1925) risalə, müxtəlif şeir və məqalələrdən tərtib edilmişdir. “Ziynəti-nuşirəvan”ın təhlili müstəsna olmaq üzrə, risalə, Füzuli haqqında yazılmış şairanə “mədhnamə”lər külliyatıdır. Bunlarda əksəriyyətlə məxəzlər göstərilməməsinə rəğmən – Fatıq Rəşadın “Tarixi-ədəbiyyati-Osmaniyyə”si ilə Şəhabəddin Simanın Osmanlı ədəbiyyatına aid əsərləri və Əbdülziya Tofiqin “Osmanlı ədəbiyyatı nümunələri” adlı əsərindəki Füzuliyə aid məlumatdan kopiyə edilmişdir. Bu cəhətlər öz bəhsində göstəriləcəkdir.
10. 1925-ci ildə “Azərnəşr”in həmiyyətilə basılan Firudin bək Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı altında iki cilddə – dörd hissə olan əsəri müəyyən dövrlərin ədəbiyyat tarixi ədd ediləməz. Əsrlərdən bəri yaşayan təzkirəçilik üsulunun mütəmadisidir. Zatən müəllif müqəddəmədə izah etdigi kibi əsərini şəkil cəhətindən Lütfəli bəg Azərin “Atəşkədə” adlı təzkirəsinə bənzətmək istədigini qeyd ediyor və əsərin mahiyyətini də “Tainki bizim Azərbaycan şüəri və üdəbamızın əşar və asarı və özlərinin nam və nişanları unudulub əbnayi-vətənin xatirindən bilmərrə çıqmasun” cümləsi ilə izah ediyor. Görülüyor ki, mühərrir ədəbiyyat tarixinin, mədəniyyət tarixinin mühüm bir cəbhəsi olduğundan belə xəbərsizdir.
Yenə əski təzkirələrdə olduğu kibi, ədəbiyyat məfhumu haqqında ehtiva etdigi başlanğıcı – köhnə ədəbiyyat tələqqisi nəticəsi olaraq bir çox... hökmlərlə dolu olan bu əsər, material cəhətindən – bir çoxu ədəbiyyat tarixini əlaqədar etməyəcək şəxslərin əsərləri olmasına rəğmən çox zəngindir.
11. A.Zeynallı yoldaşın atalar sözünə aid əsəri (Bakı, 1926) külli miqdarda, ləhcəmizin doğurduğu məsəllər ilə eyni bir müqəddəmədən mütəşəkkildir. Xalq ədəbiyyatımızın mühüm bir cəbhəsini aydınladan bu əsər, bu vaxta qədər ədəbiyyatımıza aid yapılan işləmələrin (əməliyyə) ən qiymətlisidir.
12. ”Kommunist” qəzetəsinin nəşriyyatından olan “Əkinçi” risaləsi Həsən bəg Məlikov Zərdabinin tərcümeyi-halına aiddir. Ayrıca Həsən bəgin bir məqaləsini havidir (Баку,1926).
X X X
Kitab halında basılan bu nəşriyyatdan başqa bir çox qəzetə və məcmuələrimizdə, ədəbiyyatımızın müxtəlif səhifələri və müxtəlif şəxsləri haqqında Sabirin külliyyatına yapılan əlavələr kibi ədəbi təhislər ilə tərcümeyi-hallarda ümumi tədqiqat əsnasında gözdən keçirilməsi icab edən materiallardandır. Fəqət bütün bu tədqiqlər – Rusiya, Avropa və Türkiyədəki nəşriyyat da daxil olmaq üzrə ədəbiyyat tariximizin bütün təkamül səhifələrini təhlil etməkdən uzaqdır. Bizim göstərdigimiz mənbələrin bir çoxu, Azərbaycan ədəbiyyatını belə yad etmədən başlı-başına bir hərəkət nəticəsidir.
Daha çox ədəbiyyatımız müdəqqiqlərini bilxassə bizim mədəniyyətimiz tarixinə yabancı olan Qərb mühitinə qolaylıq təşkil edəcək bu biblioqrafik izahatdə təmas edilən əsərlərin çıxartmış olduqları nəticələr, kitabımızın müxtəlif bəhslərində mətnlər və bu xüsusdə yapılan digər tədqiqləri müqayisə edərək əzəmi dərəcədə şani (obyektiv) mühəsilələrə bağlanmışdır.
Dostları ilə paylaş: |