Hökumətimizin Azərbaycan adlanması Son əsrlərdə bəzi Rusiyalı və Avropalı mühərrirlər onları təqlidən məhəlli müəlliflərin – vaqe olan nəşriyyatında bizim ölkənin adı da tək-tük “Azərbaycan” deyə qollanılmağa başladı. Məşhur akademik V.V.Bartold son zamanlarda cərh etmişdir7. Qayət məhdud olan bu nəşriyyata rəğmən ta son yıllara qədər əhalimiz özünü torpaq etibarı ilə Qafqaslı bilmişdir. Qafqas təbiri daha müntəşir olmuşdur. Nəhayət, 1919-da Tiflisdə təşkil edilən Seym* adında kapital ideyasının az vaxtda dağılması mütəaqib gürcü və ermənilər kibi Seymdə bulunan türk üzvlər bizim də təsis etdigimiz siyasi heyətə bir ad aramışlar. Fəqət bizdən daha mütərəqqi olan qonşularımız gürcülər ilə ermənilərin doğru olaraq sırf etnik nöqteyi-nəzərindən öz yeni dövlətlərinə gürcü və erməni cümhuriyyətləri adını verdikləri halda türk üzvlər hökumətimizə bir ad vermək üçün qərib mühakimələr yürütmüşlərdir.
Əski çürümüş islamı elmlərdən olan “elmi-kəlam”da bir “kəbirən-səğirən” məsələsi var: Seymdə bulunmuş türk üzvlər də hökümətimizə “Azərbaycan” adını verərək həman-həman “kəbirən-səğirən” üsulunda bir mühakimədə bulunmuşlardır:
Şimal-Qərbi İranda yaşayan türk xalqının oturduğu yerin adı Azərbaycandır.
Bizim Şərqi-cənubi Qafqasda yaşayan əhali də qərbi-şimali İrandakı türklərin eynidir.
Binam əleyh Şərqi-cənubi Qafqasda oturan türklərin məmləkətlərinin adı da Azərbaycandır8.
Qövmiyyat məlumatı bir tərəfə dursun dövlət məfhumunu böylə idrakdan aciz olduğunu göstərən bu tərzi-mühakimə əsrimizin hakim olan sxolastik prinsipləri qarşısında çürük və mənasız qalır.
Atəşgədələr bizim malımız da degil Bizim atəşpərəstliklə əlaqədar olduğumuzu önə sürən mühərrirləri yanıltmaqda amil olan səbəblər içində Azərbaycan təbiri olduğu qədər Bakının Suraxanı kəndindəki atəşgədələrin varlığı da amildir.
Biz atəşkədə təşkilatilə də münasibətdar olduğumuz nəzəriyyəsini yenə əhalimizin ictimai təkamülünə istinadən cərh edəcəgiz. Bu vaxta qədər türkoloq və müstəşriqlər tərəfindən yapılan tədqiqlər əsnasında Azərbaycan və Qafqas türklərinin atəşpərəst olduqları hənuz meydana çıxmamışdır. Əgər Qafqas və Azərbaycana hicrət edən türklər buradə Zərdüştün dinini qəbul eyləmişsə mühacirətlərinin başlanğıcından qəti surətdə müsəlman oluncaya qədər keçən zaman içində bunların yenidən bir çox atəşpərəstlik müəssisələri vücuda gətirmələri icab edərdi.
İkincisi, daima bir insani məddü-cəzir hərəkətinə məruz bulunan Qafqas və Azərbaycan İraqa, əski Ermənistana, Şərqi Anadoluya atəşkədələr diyarından köçən türk qəbilələrinin getdikləri yerlərdə də atəşkədə təşkilatı qurmaları lazım gəlirdi; halbuki, tarixi materiallar bunu da bizə göstərmiyor.
Bu vaxta qədər yapılan bütün tədqiqlərdəki gərək Suraxanı, gərək Təbriz atəşkədələrinin əslən hindli olan məcusilərə aid olması haqqında mütəhəd bir cəbhə bulunuyor; eyni zamanda yaxın keçmişə qədər atəşkgədələrə ibadət məqsədilə gələn ziyarətçilərin də bunlar olduğunu qeyd ediyorlar9. O cümlədən Edqar Bloşenin bu mövzuya toxunduğu zaman əldə etdigi nəticə də diqqətə layiq bir şeydir. Ona görə tarixi qəti surətdə bəlli olmayan bir zamanda Zərdüştün dininə mənsub atəşpərəstlər Azərbaycandan qalxaraq Abşeron yarımadasına gəlmişlər və orada dənizdən iki fərsəx qədər içəridə məşhur Bakı atəşkədəsini təsis etmişlərdir10. Dünya fikriyyatının əlaqədar qisminin də göstərdigi vəchlə indiki vəsiqələrə istinadən Təbriz civarındakı və Bakıdakı atəşgədə binaları bizim mazimizdən qalan öz mədəni miraslarımız ədd olunamaz. Buna görə bizi yaşadığımız torpaqlara bağlayan, yaxud torpaqlarımızı bizə mal edikən hadisələri bugünkü ictimai-iqtisadi həqiqətlərin qoynunda aramalıdır.
Qövmi vəziyyətimizə görə yuxarıda təmas etdigimiz kibi məmləkətimizə Azərbaycan adı verilməsinin doğru olmadığını önə sürən akademik Bartold ölkəmiz üçün həqiqi və tarixi ad olaraq Aran-Arranı göstəriyor11.
Doğrudur, məmləkətimizin əski adlarından biri də “Arran”dır. Fəqət “Arran” təbirinin də bizim cəmiyyətimiz tərəfindən verildigi qətiyyətlə məlum degildir. Bunun üçün biz özümüzü “Arran” təbirinə də nisbət edəməyib: bənligimizi etnik vəziyyətimizdə aramamız lazımdır.
Tarixi mənbələrin bizə qətiyyətlə söylədigi kibi Şimali İran və Qafqaz torpaqlarına gələn türklər: hunlar və Oftalit-Eftalit kibi qollarıdır (miladi 618-91: Dugini, “Ümumi hunlar tarixi”, tərcüməsi)12.
Hunlarin ümumi hicrətləri əsasında Mərkəzi Avropaya qədər gedişlərində olduğu kibi Qafqas və İranda da köçəbə üsulları ilə nə şəkildə etnik bir təsir yapdıqları aydın olaraq tarixcə məlum degildir. Bunlardan sonra ög müəsər xəzərləri görüyoruq (miladi III-IV əsrlər). Xəzərlərin uzun zamanlar Cənubi Qafqas və Şimali İran əyalətlərinə basqın yaparaq çapovulçuluqda bulunduqları da məlumdur; ərəb xəlifələri Yezid və Hişam zamanında xəzərlərin ərəblərlə olan müharibələrinə həqq bizim torpaqlar səhnə olmuşdur (miladi 720-799) 4. Xəzər sahilindəki qövmlər ilə Şimali İrandakı fəqir əhaliyi, erməni və gürcü kəndlərini uzun müddət atəş və qan içində buraxan istilaçı xəzərlərin Qafqas və Şimali İranın qövmiyyatı üzərində təsir yapdıqları, heç olmazsa sonradan gələn türk xalqlarına bir zəmin hazırladıqları inkar ediləməz1.
Xəzər istilası müəssər olmaqla bərabər bunlar da özlərindən sonra ölkəmizə mühacirət edən türkləri öz əşirətləri içində əritmədilər. Bilkəs Şərqdən – Mavərənnəhrdən axın-axın gələn türk qövmlərinin vücudə gətirdikləri xalq əksəriyyəti içində türkləri əriyüb ortadan qaldırdılar2.Qafqasın türk qisminə, Şimali İrana, əski Ermənistan və indiki Gürcüstana, Əl-Cəzirəyə, eyni zamanda müştərək bir bənlik verən türklərin bir səhifə əşirət və qəbilələrdən mürəkkəb olduğu tarixcə məlumdur: tərəkəmələr, bayatlar, səlcuqlar, qaraqoyunlular, ağqoyunlular, təkələr, saluqlar, qanqlılar, ilbəklər, çitaqlar, çavdarlar, qaramanlar, qarakeçilər, qarapapaqlılar, çəpənilər, yumudlar, afşarlar, qacarlar və i.a.
Bu müxtəlif qəbilələrin yaşadıqları yerlərdə az-çox fərqli ləhcələrə malik olmuş və müxtəlif zamanlarda müxtəlif adlarla hökümətlər vücudə gətirmişlərsə də bunların həpsinin oğuz camiəsinə mənsub olduğu haqqında bütün elmi mənbələr müttəhiddir3.
Hicrətdən əvvəlki dövrlərdən başlayan əsrlərdən zamanımıza qədər məmləkətimizin mütləq əhalisini təşkil edən bu oğuzlardır4. Ədəbiyyatımız tarixinin gəlişi və ləhcəmizin keçirdigi təkamül dövrləri də bunu açıqdan-açığa göstəriyor. Zaman keçdikcə oğuzların başqa qövmlər, qəbilələr tərəfindən həzm edildigini tarix bizə göstərmiyor.
Hunların, Aftalitlərin, xəzərlərin məmləkətimizdəki hakimiyyətləri maddi istehsal şərtlərinə istinad etmiyordu. Bunların həyat üsulları təfili (parazitçilik – red.) və müstəhlək idi. İstədikləri kibi basqınlar yaparaq burada torpağa yerləşən köçəbə və zəif olan çalışıcı cəmiyyətlərin məhsullarını silüb süpürüyorlardı. Halbuki, oğuzlar tamamilə bunların əksinə olaraq bir həyat quruluşu qəbul etmişlərdi. Bu da istilaçıların yaşayış şəkillərinə nisbətlə istehsal üsullarına və iqtisadi əsaslara istinad edən bir quruluşdu.
Tarixi vəsigələrin göstərdiginə görə oğuzlar gəlib yerləşdigi torpaqlar üzərində hunlar və xəzərlər kibi keçici külək (ruzgar) təsiri buraxmazlar; özləri əkib-biçdilər və müstəhsəl olaraq yaşadılar. Bu surətlə ibtidai olsa da mədəniyyətlərini sapanlar ilə (xışlar ilə) toprağa işlədilər, o qədər ki, vəhdət və ölüm gətirən qanlı moğol istismarı belə onların sapanlarını torpaqdan ayırmadı və məmləkətimizin etnik çöhrəsini qətiyyən dəgişdirmədi. Bu iqtisadi quruluş sayəsindədir ki, bir bu qədər yıldan bəri oğuz türkləri Şimali İran, Qafqasda mütləq bir əksəriyyəti ilə yerli, daha elmi bir təbir ilə əkinçi (çiftci) olaraq yaşamaqdadırlar.
“Oğuz” təbirinin son əsrlərə qədər Qafqas türkləri arasında yaşadığı haqqında belə əlimizdə vasiqə vardır. Səyyah Oleari 1637-ci il tarixində İrandan dönüşü əsnasında ziyarət etdigi Dərbənd şəhərində əhalidən bura oğuzlarına aid məlumat toplamışdır. Oleari eyni zamanda oğuzların məşhur “Oğuznamə”lərindən bir parça olan “Dədə Qorqud” mənqəbələrinin də burada yaşadığını söyləyir1.
Olearidən sonra Dərbənddə oğuzlar haqqında məlumat toplayan köhnə knyazlardan D.Kantemirdir ki, 1722-ci ildə əski Rusiya çarı Böyük Petro ilə bərabər Dərbəndi ziyarət etmişdir. D.Kantemirin Dərbənd ziyarətinə aid əlyazmalarından istifadə edən Fren oğuzların o civardakı izlərindən bəhs ediyor2.
Əlimizdə bulunan ədəbiyyatımızın qədim vəsiqələri də göstəriyor ki, təkamül nəticəsində olaraq az-çox fərqlər iraə etməklə bərabər əsrlərcə əvvəl danışılan dil bizim bu gün danışdığımız dilin eynidir.
Havi olmaqla bərabər islamiyyətdən əvvəl türklər içində yaşayan bir çox ənənə və ayinləri, ictimai tələqqiləri də ehtiva edər. Bilxassə bu cəhətlər ərəb dilinin türklər arasında yeni-yeni intişara başladığı bir dövrün qara xarakterlərini göstərdigindən və eyni zamanda miladi IX əsrin başlanğıcında Abbasi xəlifələrindən Harun-əl Rəşidin həkimbaşısı Cəbrail ibn Bəxtşu tərəfindən ərəbcəyə tərcümə edilən “Oğuznamə”nin bir hissəsi olduğundan1 o zamanlar Şimali İranın və Qafqasın əhalisi və etnoqrafiyası haqqında verdigi məlumat diqqəti cəlb edəcək bir şeydir.
Bundan başqa öz zamanlarında Şimali İranla Qafqasın cənubundan, Anadolunun Şərqi tərəflərindən ibarət olan məmləkətlərinə – öz qövmlərinin adına izafətən – oğuz degildigi də bizə göstərdigi için nəzərimizdə daha böyük bir qiyməti vardır.
Mövzularının vüqu bulduğu yerlər: Qərbdən Mardin, Bayburd, Trabzon, Qara dəniz; şimaldən: Gürcüstan, Bərdə, Gəncə və Dəmir qapu, Qara Dərbənddən (qara Dərbənd) keçən bir xəttin təhdid etdigi topraq içində olan “Dədə Qorqud” kitabının məmləkətimizə əskidən oğuz degildiginə aid bir çox parçanı burada nəql ediyoruz:
“...Böylə degəc qız Beyrəki aşiqiəmişdi aydır: – Əgər səni həsardən aşağa yorğanlə salındırcaq olursəm babanə, ananə vercəq olursəm bəni bunda gəlüb həlallığə alurmisən, didi. Beyrək and içdi: qılıncımə toğranayın, oxumə sancılayın, yer kibi kərtiləyin, topraq kibi savrulayın, sağlığə varcəq olursəm oğuzə gəlüb səni halallığə almazsım, – didi” (səhifə 53).
“Beyrək aydır: gördüm ki, qızlar bu qaftanlə məni tanıdılər, qalın Oğuz bəgləri dəxi tanırlar didi. Görəyim Oğuzda mənim dostum, düşmənim kimdir, didi” (səhifə 59).
“Bir gün olə düşəm öləm, sən qaləsən, yay çəkmədin, ox atmədın, baş kəsmədin, qan dökmədin, qanlu Oğuz içində çöldi əlimdən yarınki gün zaman dönüb, bən ölüp sən qalıncaq tacım təxtim sana vermiyələr sonı aldım ənəmlədim oğıl, – didi” (səhifə 69).
“Şahbaz ayğırını çəkdirdi bütün bindi. Xəsmini, qovmini ayırdi evini qurdı, Oğuzdan köç eylədi Bərdəyə, Gəncəyə varub vətən tutdı. Toquz tümən Gürcistan ağzına varub qondı, qaravulluq eylədi, yad kafər gəlsə başın Oğuza ərməğan göndərdi (səh.132).
Qan Turalı ayıdar: yığılsun Oğuz illəri, mana yarar, qız bulmadım (səhifə 96).
Anlaşılır ki, çox əvvəllər babalarımızın yaşadıqları topraqlarda öz saf tələqqiləri hakim olduğu zamanlar məmləkətlərinə böylə Oğuz adı vermişlərdir. Fəqət sonralar zaman keçdikcə ərəb dinindən bir çox ünsürlər alaraq daha qüvvətli bir surətdə inkişaf edən – Avropa türkoloqlarının təbiri mocibincə “müsəlman İranlılıq yavaş-yavaş bunların üzərinə təsir yapmağa başladı; bu təsiri o biri tərəfdən ərəb də qüvvətləndirdi. Qövm, qəbilə adı ortadan qalxdı. Hər kəs özünə yalnız müsəlman dedi. O qadar ki, “Dədə Qorqud” kitabında adamların, qəhrəmanların adları Buğac, Salur Qazan, Yügrük, Domrul, Beyrək, Qarçar kibi türkcə ikən, sonralar babalarımız müruri-zamanla Həsən, Hüseyn, Əli, Vəli oldu. İştə bu qüvvətin təsirləri altındadır ki, əski iranlılıq yenə xortladı: köhnə “Azərbaycan” adı Cənubi oğuzların məmləkətinə təkrar yapışdırıldı. Halbuki, Dədə Qorqud əsərində Gəncə, Bərdə, Dərbənd kibi şəhərlərimizdən bəziləri açıqdan-açığa təşriq edildigi halda “Azərbaycan və “Atəşkədə”lərdən qətiyyən bəhs edilməz.
Əlimizdə bulunan ədəbiyyatımızın əsrdidə vəsiqələri də dil və ləhcə təkamülü nəticəsində olaraq az-çox fərqlər göstərməklə bərabər əsrlərcə əvvəl danışılan dilin bizim bu gün danışdığımız dilin eyni olduğunu göstəriyor: bu dil də oğuz türkcəsidir.
Füzuliyə öz şairimiz diyoruz: halbuki o heç bir zaman “Azərbaycan” degilən torpaqda yaşamamışdır. Məlum olduğu vəchlə Füzuli İraqda yetişmiş bir simadır. Böylə olduğu yerdə ona öz şairimiz deməməmiz lazım gəlir; lakin bu hərəkət doğru olamaz, o bizim şairimizdir. Çünki dili, ləhcəsi, bütün səciyyəsi (xarakteri) ilə bərabər bizimki kibidir. Yəni o da bizim kibi oğuzdur.
Bürhan-əd-dini ədəbiyyatımızın böylə şəxsiyyətlərindən ədd ediyoruz. Halbuki bu da “Azərbaycan” deyilən yerdən degil, Anadolunun Sivas vilayətində doğub böyümüşdür. Bunu da qəbul etməməmiz icab edər, fəqət Bürhanəddinə öz şairimiz diyoruz, çünki ana dili oğuz dilidir və o da oğuzdur1.
Yuqarıdan bəri yapdığımız təhlillərin də göstərdigi vəchlə bizim topraqlarımızda yaşayan türklər hal-hazırda Xorasanda, Təbriz civarında, İçəri İranda, İraqda, Kürdüstanda və bütün Qafqasda yaşayan türklər kibi oğuz camiəsinə mənsubdur. Bu camiənin müxtəlif qismlərinin ayrı-ayrı adları olan türklərdən yaşamaları, onların dil və ədəbiyyatlarının bir-birinə yabançı olduğunu icab etdirməz. Nasıl ki, İraq, İran və Qafqasdakı türklərin bu vaxta qədər yaratdıqları ədəbiyyata tamamilə yekparə bir çöhrə ərz etmişdir.
Bu əsaslara və bugünkü vəziyyətə görə Dərbənddən Bağdada, Xorasandan Qara dənizə qədər yayılan geniş topraqlar üzərində yaşayıb da eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız deməkdir. Kitabımızın proqramı içinə aldığı ədəbi sərhədlər yuxarıda adları yad edilən yerlərə dayanan xətlərdir.
Yer adlarına gəlincə əsərimizdən yalnız bugünkü coğrafi təbirləri qollanacağız. Avropa müstəşriqləri kibi rus mötəbərlərindən V.V.Bartold və Türkiyə alimlərindən Köprülüzadə Məhəmməd Fuad qarışıqlığa meydan verməmək üçün son yazılarında Şimal-Qərbi İranı – “Azərbaycan”, bizim indiki cümhuriyyətimizin tutduğu yerləri “Arran” təbiri ilə göstəriyorlar. Biz isə “Azərbaycan” kəlməsi ilə Şimal-Qərbi İranı qəsb etməklə bərabər hökumətimizin hakim olduğu topraqları əhalimizcə daha müstəməl olan Qafqas təbiri ilə yad edəcəgiz.