Əski oğuzlarda ədəbi həyat: ağız ədəbiyyatı Oğuzlar hənuz Çin sərhədlərindən ayrılmadıqları zamanlar belə geniş surətdə ağız ədəbiyyatına malikdilər. İçinə bir çox növləri alan ağız ədəbiyyatı yapılan tədqiqlərə görə öncə vəznli bir nəsr halında olmuşdur. Ədəbiyyata aid parçalar cinsindən tellər çalğılar çalınaraq yüksək səslə söylənirdi. Dastanların sözlərinə çalğının havası verilir və bu surətlə oxunulan sözlər bir vəzn qazanmış olurdu.
Ağız ədəbiyyatına aid dastan və mənqəbələrin özləri də az-çox ahəngdar bir şəkildə idi: cümlələrin sonlarına bir taqım zəif səclər qonulması, kəlmə və fellərin sıx-sıx təkrar edilməsi, yaxud bəzi nida ədatının cümlə başında və yaxud sonuna dəfələrlə əlavəsi adətən ibtidai bir vəzn və qafiyə deməkdi. İlk yazılar, ədəbiyyat nümunəsi olan Orxon kitabələrinin1 ifadəsi və ondan çox sonra kopiya edilmiş “Kitabi-Dədəm Qorqud əla lisan taifeyi – Oğuzan”ın üslubi vəznli nəsrin izlərini daşıyan nümunələrdir.
Yazılı ədəbiyyat Ağız ədəbiyyatının yanında ibtidai olsa da oğuzların arasında qədim zamandan bəri yazının və yazılı ədəbiyyatın varlığı məlumdur. “oğuz-türkmən ləhcəsinin on iki əsr əvvəlki şəklindən bizə qalan Orxon kitabələrindəki üslub və ifadə olduqca işlənmiş bir yazı ədəbiyyatının təkamül etməyə başlayan dövrü əsərlərindən olduğunu göstəriyor. Daha yaxından görə bilmək üçün Orxon kitabələrindən bir neçə parçasını bu günkü türkcəmizlə bərabər buraya nəql ediyoruz:
“Türk oğuz bəgləri!.. – Budun!.. Eşidin: Öze tenri basmasar, asra yer telinməsər, türk budun!.. İlinin, törənin kim artıtı?.. Odçisi türk budun ertiz. O gün güngün üçün igidmiş Bilgə kağanın ermiş, barmış. Özgü ilin kəndü yanıldığ, yabalıq gigürtik. Yaraqlıq qandan gəlipən yaya ilətdi? Sonkilik qandan gəlipən, sürə ilətdi? Ayduq ötükən yış budun! Bardıq ilkərü quri ğaru. “...Türk o gur budun kəntü budunum erti. Tənqri yeyər bulcaqın üçün yağı bultı. Bir yılğə biş yoli sonuşdımız. İniki toğu balaqda sonuşdımız. Kül təkin azaman aqığ binip uplayu təkdi. Altı erin sançdı. Sonşisində yetinç erin qılıncladı.
İkinti Quşliğaqda oğuz birlə sonuşdımız. Kül təkin az yazığın binip uplayu tekip bir erin sançdı. Tuquz erin gerü tuqudı. Oğuz budun anda öləni.
Üçinç yol...nda Oğuz birlə sonuşdımız. Kül təkin az ağığın binip təkdi. Sançdı. Süysin sançdımız. Elin altımız.
Türtünç Çuşbaşında sonuşdımız. Türk budun azaq qamaşdı yablaq bu... biri yə üzmiş ermiş. Süysin Kül Təkin ağıtıp tünrə bir oğış alpağu ol erin tuna təkin yuğındə ekirüb öldürtimiz.
Beşinç Ezkənti qazında Oğuz birlə sonuşdımız. Gül təkin az yağıqın binin təkdi. İki erin sançdı. Balıqğa barmadı. Oğuz anda öldürtimiz. Qurğu yışsap yazısı oğuz qaru su taşıqdımız”.
Bu günkü türkcəmizə təbdil:
Türk Oğuz bəgləri!.. Millət!.. Eşidin: Üstdə (yuqarıda) gög batmayıncə, altda yer çökməyincə, türk milləti! Ölkəni, törəni kim dağıtdı?.. Türk qovminin hakimi idiniz.. Əql və tədbirlər ilə sizi yetişdirmiş olan Bilgə Kağan gəlmiş və getmiş. Eyn ölkənə öz yanlışlığını, pisligini gədirdin. Yaraqlılar nərədən gəlib sizi apardı? Süngülülər nərədən gəlib sürərək apardı? Müqəddəs ölkən ormanı milləti! Getdiniz iləri, getdiniz geri”.
“... Doqquz Oğuz milləti öz millətim idi. Gög yer bulandığı için yağı oldu. Bir yılda beş yol hərb etdin. İlk dəfə Toğu balığdə hərb etdik. Kül Təkin azman ağ atınə binüb huplayaraq hücum etdi. Altı adamı deşdi. Əskər içində yeddinci adamı qılıncladı.
İkinci Quşlığaqdə Oğuz ilə müharibə etdin. Kül Təkin azman atınə binərək hücum etdi. Bir adamı deşdi. Doqquz adamə toqudı. Oğuz qovmi oradə öldü.
Üçüncü yol...də oğuzlə müharibə etdin. Kül Təkin azman aq atinə binip saldırdı. Deşdi. Əskərini də dəgişdin. Elini aldın.
Dördünci Çoş (nəhrdir) başında hərb etdin. Türk millətinin ayaqları yoruldu. Qorqdu. Bəriyə iləriləmişdi. Əskərini Kül Təkin dağıdub tunrə minüb bir əsil Alqağu on adamı Tunğə təkinin dəfn mərasimində dutub öldürdin.
Beşinci Azkəndi yaqınlığında Oğuzlə hərb etdin. Kül Təkin azman atınə binüb hücum etdi. İki adamı deşdi. Balığə getmədi. Oğuzı oradə öldürdin. Qələyi alub yazın oğuzın arqası sıra əskər çıqardın1.