Əski oğuzlarda iqtisadi həyat Gərək feodalizm, gərəksə kapitalizm dövrlərindən bizə qalan vəsiqələr, ümumiyyətlə, olduğu kibi oğuzların iqtisadi həyatları haqqında da haman-haman heç məlumat vermiyorlar. Bunun üçün qədim zamanlarda əhalimizin iqtisadi yaşayışlarını və təsərrüfat sistemlərini tədqiq edə bilmək çox çətinləşiyor. Bu cəhətdəndir ki, əski oğuzların iqtisadiyyatı haqqında çox az məlumat əldə edə bildik.
Seyhun hövzəsinə gəldikdən sonra, ümumiyyətlə köçəbə həyatını davam etdirməklə bərabər oğuzlar içində “kəndçilik”, “şəhərçilik” həyatları da başlamışdı. Sır-Dəryanın aşağısında Yenikənd adında bir idarə mərkəzi belə təsis etdiklərini yuxarıda izah etmişdik.
Kəndçilik ilə məşğul olan zəif, ibtidai bir surətdə ziraətçiliğ və heyvan bəsləyiciliklə iştiğal ediyorlardı. Bəslədikləri qoyun və dəvə sürülərindən aldıqları məhsulları Mavərənnəhr və Xarəzm əhalisi kibi qonşu qəbilələrin istemalları ilə dəgişdiriyorlardı1.
Oğuz qəbilələri bəsit bir şəkildə olsa da qonşu məmləkətlərlə ticari münasibətdə bulunuyorlardı. Bilxassə, İran və Bizans mallarının Şərqi Asiya pazarlarına nəqlində oğuzlar vasitə olduğu kibi Çin və Tibetin yetişdirdigi müşk və ənbər kibi əmtəənin də Şərq saraylarına satılmasını təmin ediyorlardı. Kəndin sənətinə müsaid şəraitə ehtiva edən hüquq verilmiyordu ki, istehsalat inkişaf etsin; bu sinif xalq başdakı dərəbəgləri tərəfindən istismar edilmişdi. Bunlar ümumi iş qüvvətini bir tərəfdən şərqdən gələn təzyiqlərə qarşı müdafiə aləti, o biri tərəfdən şimal qəbilələrini yəğma və qarət için vasitə olaraq qollanıyorlardı. Bu yəğma və qarətçilik Oğuz arasında, mövzuların Azərbaycan və Qafqası istilalarına qədər davam etmişdir.
Əski oğuzlarda “totem”çilik İqtisadi həyatın inkişaf etmədigi ibtidai qövmlər kibi əski oğuz qəbilələrində də bir çox qərib ənənə və adətlər olmuşdur ki, bugünkü proletariat nöqteyi-nəzərində bunlar çox mənasız qalır. Fəqət tədqiqlərimizi nöqsan buraxmamaq üçün bu xüsusda da qısaca məlumat vermək icab ediyor.
Əski oğuzların bəzi ənənələri haqqında müxtəlif mənbələrə istinadən tədqiqat yapan Köprilizadənin topladığı qiymətli məlumatı eynən nəql ediyoruz:
“Türklərin ən keyfi və oynadıqları rollar etibarilə ən mühüm qismini təşkil edən oğuzlar, “Üç oq” və “Boz oq” namlərilə başlıca iki zümrəyə ayrılıyorlardı; bunlardan ibtidai təfsilatilə bəhs edən Mahmud Kaşğəriyə görə oğuzlar yigirmi iki boya, “Came-ət-təvarix”ə nəzərən də yigirmi dört boya ayrılırlar. Üvfi “Cameül-hekayat”ində başlıca on iki boydan bəhs edir ki, “Üç oq”larla “Boz oq”lar həqiqətən ayrı-ayrı on ikişər boydur. Bu tərzi-təqsim, İbn-əl-Əsirdə də mövcuddur. Daha əski “Hyünəğ-nu”larda gördigimiz – yarısı sağ və yarısı sol qola münqism olmaq üzrə – yigirmi dörtli təqsimatın izlərinə “Tu-kyu”larda təsadüf olunduğu kibi, səlcuqilərdə, Misir türklərində, Osmanlılarda, xülasə oğuz şöbələrinin təşkil etdikləri müxtəlif dövlətlərdə haman-haman daima rast gəlinir. Əski oğuz boylarının qəbilələrinin əskəri – dini mahiyyətindəki şülənlərində Oğuz xanın altı şahzadəsinə istinad edən bu yigirmi dörtli təqsimata görə, hər boyun oturacaq yerləri və yiyəcəkləri “Sükun” – yəni ət parçası müəyyən olduğu kibi, hər boyun da ayrıca onqonu (totemi) və sürülərini təğriq üçün “təmğa” (damğa)ları vardır. Ənənəyə görə bu təşkilatı Gün xanın vəziri Yenikəndli Əmirqıl xacə yapmışdır. Oğuzların milli rəngləri siyah (qara) idi. Oğuz xanın altı oğullarından Gündən ayrılan zümrənin totemi şahin, sünüki “sağ qəri yəğrin”, “Ay”ınkilərdə totem qartal, sunük “Sağ aşğəlu”, “Yıldız”ınkilərdə totem “tavşancıl”, sünük (uyaku-qaburğa), göglərdə totem “əsənğur”, sünuk “sol qəri bəğrin”, “Dağ”ınkilərdə totem “çaqır”, sünuk “sol aşğəlu”, “Dəniz”dən gələn qəbilələrdə totem “Üç quş”, sünuk “ucaylə”dir.
“Şahin”ini təqdis edən oğuz qəbilələri bunlardır: qayı, bayat, ələyə evli, qara evli, qartalı totem ədd edənlər: yazır, dügər, dudurğa, yayırlı; “tavşancıl” quşını alanlar: Afşar, qırıq, bəkdili, qarqın; “əsənğur”ı alan qəbilələr: bayandır, pəçənə, çavdar, çəpəni; “çaqır”ı qəbul edənlər: salur, imur, alayunlu, ürkər; “Üç quş” alanlar: yikdir, bükdüz, yıva, qanıq qəbilələri1.
Yuxarıda göstərilən quşlara qətiyyən toxunulmazdı. Çünki onlar müqəddəs sayılırdı. Yalnız müəyyən vaktda dərəbəgləri tərəfindən tərtib edilən ümumi ov mərasimlərində bunlar ovlanır, xüsusi mərasimlərdə yeyilirdi.