Яли Камали архивиндяки «Короьлу» дастанынын


Əski oğuzlarda iqtisadi həyat



Yüklə 1,4 Mb.
səhifə13/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Əski oğuzlarda iqtisadi həyat
Gərək feodalizm, gərəksə kapitalizm dövrlərindən bizə qalan vəsiqələr, ümumiyyətlə, olduğu kibi oğuzların iqtisadi həyatları haqqında da haman-haman heç məlumat vermiyorlar. Bunun üçün qədim zamanlarda əhalimizin iqtisadi yaşayışlarını və təsər­rüfat sistemlərini tədqiq edə bilmək çox çətinləşiyor. Bu cəhət­dəndir ki, əski oğuzların iqtisadiyyatı haqqında çox az məlumat əldə edə bildik.
Seyhun hövzəsinə gəldikdən sonra, ümumiyyətlə köçəbə hə­yatını davam etdirməklə bərabər oğuzlar içində “kəndçilik”, “şə­hərçilik” həyatları da başlamışdı. Sır-Dəryanın aşağısında Ye­ni­kənd adında bir idarə mərkəzi belə təsis etdiklərini yuxarıda izah etmişdik.
Kəndçilik ilə məşğul olan zəif, ibtidai bir surətdə ziraətçiliğ və heyvan bəsləyiciliklə iştiğal ediyorlardı. Bəslədikləri qoyun və dəvə sürülərindən aldıqları məhsulları Mavərənnəhr və Xarəzm əhalisi kibi qonşu qəbilələrin istemalları ilə dəgişdiriyorlardı1.
Oğuz qəbilələri bəsit bir şəkildə olsa da qonşu məmləkətlər­lə ticari münasibətdə bulunuyorlardı. Bilxassə, İran və Bizans mallarının Şərqi Asiya pazarlarına nəqlində oğuzlar vasitə olduğu kibi Çin və Tibetin yetişdirdigi müşk və ənbər kibi əmtəənin də Şərq saraylarına satılmasını təmin ediyorlardı. Kəndin sənətinə müsaid şəraitə ehtiva edən hüquq verilmiyordu ki, istehsalat inki­şaf etsin; bu sinif xalq başdakı dərəbəgləri tərəfindən istismar edil­mişdi. Bunlar ümumi iş qüvvətini bir tərəfdən şərqdən gələn təzyiqlərə qarşı müdafiə aləti, o biri tərəfdən şimal qəbilələrini yəğ­ma və qarət için vasitə olaraq qollanıyorlardı. Bu yəğma və qarətçilik Oğuz arasında, mövzuların Azərbaycan və Qafqası isti­lalarına qədər davam etmişdir.


Əski oğuzlarda “totem”çilik
İqtisadi həyatın inkişaf etmədigi ibtidai qövmlər kibi əski oğuz qəbilələrində də bir çox qərib ənənə və adətlər olmuşdur ki, bugünkü proletariat nöqteyi-nəzərində bunlar çox mənasız qalır. Fəqət tədqiqlərimizi nöqsan buraxmamaq üçün bu xüsusda da qısaca məlumat vermək icab ediyor.
Əski oğuzların bəzi ənənələri haqqında müxtəlif mənbələrə istinadən tədqiqat yapan Köprilizadənin topladığı qiymətli məlu­ma­tı eynən nəql ediyoruz:
“Türklərin ən keyfi və oynadıqları rollar etibarilə ən mühüm qismini təşkil edən oğuzlar, “Üç oq” və “Boz oq” namlərilə başlı­ca iki zümrəyə ayrılıyorlardı; bunlardan ibtidai təfsilatilə bəhs edən Mahmud Kaşğəriyə görə oğuzlar yigirmi iki boya, “Came-ət-təvarix”ə nəzərən də yigirmi dört boya ayrılırlar. Üvfi “Ca­meül-hekayat”ində başlıca on iki boydan bəhs edir ki, “Üç oq”­lar­la “Boz oq”lar həqiqətən ayrı-ayrı on ikişər boydur. Bu tərzi-təqsim, İbn-əl-Əsirdə də mövcuddur. Daha əski “Hyünəğ-nu”­larda gördigimiz – yarısı sağ və yarısı sol qola münqism olmaq üz­rə – yigirmi dörtli təqsimatın izlərinə “Tu-kyu”larda təsadüf olunduğu kibi, səlcuqilərdə, Misir türklərində, Osmanlılarda, xü­la­sə oğuz şöbələrinin təşkil etdikləri müxtəlif dövlətlərdə haman-haman daima rast gəlinir. Əski oğuz boylarının qəbilələrinin əs­kəri – dini mahiyyətindəki şülənlərində Oğuz xanın altı şah­zadəsinə istinad edən bu yigirmi dörtli təqsimata görə, hər boyun oturacaq yerləri və yiyəcəkləri “Sükun” – yəni ət parçası müəy­yən olduğu kibi, hər boyun da ayrıca onqonu (totemi) və sürü­lə­rini təğriq üçün “təmğa” (damğa)ları vardır. Ənənəyə görə bu təş­kilatı Gün xanın vəziri Yenikəndli Əmirqıl xacə yapmışdır. Oğuz­ların milli rəngləri si­yah (qara) idi. Oğuz xanın altı oğulla­rından Gündən ayrılan züm­rənin totemi şahin, sünüki “sağ qəri yəğrin”, “Ay”ınkilərdə totem qartal, sunük “Sağ aşğəlu”, “Yıl­dız”ınkilərdə totem “tavşancıl”, sünük (uyaku-qaburğa), göglərdə totem “əsənğur”, sünuk “sol qəri bəğrin”, “Dağ”ınkilərdə totem “çaqır”, sünuk “sol aşğəlu”, “Dəniz”dən gələn qəbilələrdə totem “Üç quş”, sünuk “ucaylə”dir.
“Şahin”ini təqdis edən oğuz qəbilələri bunlardır: qayı, bayat, ələyə evli, qara evli, qartalı totem ədd edənlər: yazır, dügər, dudurğa, yayırlı; “tavşancıl” quşını alanlar: Afşar, qırıq, bəkdili, qarqın; “əsənğur”ı alan qəbilələr: bayandır, pəçənə, çavdar, çə­pə­ni; “çaqır”ı qəbul edənlər: salur, imur, alayunlu, ürkər; “Üç quş” alanlar: yikdir, bükdüz, yıva, qanıq qəbilələri1.
Yuxarıda göstərilən quşlara qətiyyən toxunulmazdı. Çünki onlar müqəddəs sayılırdı. Yalnız müəyyən vaktda dərəbəgləri tə­rəfindən tərtib edilən ümumi ov mərasimlərində bunlar ovlanır, xü­susi mərasimlərdə yeyilirdi.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin