AZƏRBAYCAN VƏ QAFQAS TÜRKLƏRİNİN MƏNŞƏYİNƏ QISA BİR BAXIŞ
Kitabımızın başlanğıc qismində söylədigimiz vəchlə, Məsudi kibi ərəb müəllifləri tərəfindən təsbit edilib də, elmi qüdrəti beynəlmiləl şərqiyyat aləmi tərəfindən təsdiq ediən Bartoldun təyid edişinə görə, bizim əhalimiz oğuz qövmləri camiəsinə mənsubdur. Bu oğuzların Qafqas və Azərbaycanda daha əşiri bir həyat yaşarkən daşıdıqları ədəbi tələqqilərin tədqiqindən əvvəl onların bizim ölkələrə gəlmədən, yəni Orta Asiyadakı ümumi vəziyyətləri haqqında qayət qısa olsa da məlumat vermək lazımdır.
Əski oğuzların yaşadıqları yerlər VIII əsrin ilk yarısında dikilən Orxon abidələrindəki kitabələr mövzu etibarilə oğuzlardan çox bəhs edər; bu kitabələrdə “oğuz”dan başqa bir də “Doqquz oğuz” təbiri vardır. Çox zaman bu doqquz oğuzlar oğuzlardan ayrı bir camiə olaraq qəbul edilmişdir. Fəqət sonralar oğuzların və doqquz oğuzların eyni olduğu qənaəti hasil olunmuşdur. “Orxon abidələrindən “Gün Təkin” adına olan birinci abidənin şimal yüzində “Yolluğ Təkin” in izahatı da bu qənaəti təyir etməkdədir. “Yolluğ Təkin” doqquz oğuzlar ilə bir yıl içində beş dəfə müharibə etdigini söylədikdən sonra bu müharibələrin vüqu bulduğu yerləri birər-birər sayıyor və bu əsnada eyni təbiri oğuz kəlməsilə ifadə ediyor. Bu surətlə doqquz oğuz oğuzlardan bir şöbə olduğu qəbul edilən oğuzlar – yenə Orxon abidələrinin yazısından anlaşıldığına görə – ilk zamanlar Tula-Tuğla nəhri hövzəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tumanskinin ifadəsinə görə1 bir aralıq “Seyram, Almalıq, Köçüldağ, Uludağ və İssığ-göl sahəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tumanskinin ifadəsinə görə bir atalıq “Seyranı, Almalıq, Köçüldağ, Uludağ və İssıg-göl sahəsində yaşamışlardı. Oğuzlar buradan sonra Seyhunun (Sır-Dərya) aşağı cəhətlərinə sığışmışlardır və Mavəray-i Xəzri sahəsinə qədər dağılmışlardı.
Bu sahələrdə böyük bir əksəriyyət ilə yerləşən oğuzlar özlərinə mərkəz olaraq “Yeni cənd – Yeni kənd” şəhərini təsis etmişlərdir1. Əşirət dövrü cəmiyyətləri kibi bir-birini boğazlayıb məhv etməklə məşğul olan oğuzlar, Seyhun və Mavəray-i Xəzər sahəsində də tutunamayıb şimal-qərbə və cənuba axına keçdilər. Bir qol Xəzərin şimalındakı yolu təqib edərək Şərqi Rusiya torpaqlarına hicrət etdilər. O biri qolu da Xəzər dənizinin şərq tərəflərinə və İranın şimali-qərb ölkələrinə endilər2. VII əsrdə Əməvi dövlətinin əsgərləri İranın qərb cəhətlərini istila edərkən buralarda yaşayan oğuzlara rast gəlmişlərdi3. Bu tarixdən əvvəl bu cəhətlərdə oğuzların bulunub-bulunmadığı haqqında məlumat verən başqa bir məxəz hənuz bulunamadı. Bununla bərabər İbn əl-Əsirin miladi VII əsrdə İranda ərəblərin oğuzları gördüklərinə aid məlumatına istinadən oğuzların və bu əsrdən əvvəlcə də oralara gəlib yerləşdigi ehtimalı da xatirə gələn şeylərdəndir.
Bu tarixdən sonra Xorasandan əski Ermənistana qədər uzanan yerlər Oğuzların axınlarınə, köçəbə sitəmində istilalarına meydan olmağa başladı.