Əski Peterburq Darülfünununda adyunkt ikən L.Budaqov Azərbaycanda oturan türklərin ləhcəsinə və bu ləhcənin sərfinə aid əsəri ilə1Mirzə Kazm bəyin2 türk-tatar dillərinin sərf və nəhvi haqqındakı kitabı və M.Lazarevin müxtəlif türk ləhcələrinin ruscaya lüğətinə aid əsəri daha çox dilimizin tarixini əlaqədar edən tətəbbö namələrdir.
A.Krımskinin ifadəsinə görə Lazarevski institutu professorlarından L.E.Lazarevin 1862-ci ildə “Розбор поемы Мухаммед Фузули: Лейла и Меджнун” sərlövhəsi altında Füzulinin “Leyli və Məcnun”una aid bir əsər yazmışdır. Bu kitab əlyazması halında imiş.
Rus imperatorluq arxeoloji cəmiyyətinin şərq şöbəsi məcmuəsinin3 8,9,19,20-ci cildlərində “Kitabi Dədəm Qorqud əla-lisana taifey-i oğuzan” haqqında akademik V.V.Bartoldun: 20-ci cildində də Qorqudun tarixi siması haqqında K.İnostrantsevin; 9-cu cildində Qoqolun hüveyyəti haqqında A.Tumanskinin; 10 və 13-cü cildlərində Qorqud haqqında xalq mənqəbələrinə aid A.Divaevin tətəbbönamələri vardır.
Yenə eyni məcmuənin səkkizinci cildində “Duxə Qocə” oğlı Dumrul”, on birinci cildində “Dirsə xan oğlı Buğac xan”, XIV cild. “Salur Qazanın evinin yağmalandığı” on ikinci cildində Salur Qazanın evi yağma edildigi, XV cildində “Qam Burə bək oğlı Bamsı Beyrək”in hekayələri Bartold tərəfindən ruscaya tərcümə edilərək türkcə mətni ilə bərabər nəşr edilmişdir.
Bunlardan başqa yenə Bartoldun “Живая старина” məcmuəsinin üç və dördüncü cildlərində də Qorqud haqqında yazısı vardır. Bütün bu tədqiqlər Qorqudun gərək əsəri, gərək həyatının müxtəlif cəbhələrinə ayrı-ayrı təmas edər; hiç birisi ümumi təhlil əsəri degildir.
A.Krımski türkiyəli türklərin tarix və ədəbiyyatına aid yazdığı məşhur əsərində bizim sahəmizə qayət səthi bir surətdə məlumat veriyor: “Füzuli, Xətai, Məsihi, Qövsi Təbrizi, Vaqif, Mirzə Şəfi, Fətəli Axundov kibi şəxslərin hər biri haqqında bir neçə sətirlik məlumat verməklə iktifa etmişdir1.
Türkiyə ədəbiyyatı qismində də Bürhanəddinə aid məlumat veriyor. Krımski onun siyasi və hərbi tərcümeyi-halı ilə mühərrirligi haqqında Gibb, Müller və Hammerə istinadən qısa izahat veriyor və Bürhanəddinin yigirmi dənə rübaisi ilə on iki dənə tuyuğunu ruscaya nəzmən tərcümə etmişdir.
Bundan başqa XVI əsr ədəbiyyatına həsr edilən bəhsdə Füzulini təhlil ediyor: Onun “Bəngü badə”sini, divanını, “Leyli və Məcnun”u ilə “Şikayətnamə”sini müxtəsər bir surətdə gözdən keçirmişdir. “Şikayətnamə”nin ruscaya tərcümə etdigi bir parçasını da məqaləsinə əlavə etmişdir.