Xalqımız nələr degil? Yuxarıda xalqımız və məmləkətimiz haqqında yapılan ümumi tədqiqlərin “ləbbi” ni göstərməgə çalışdıq. Bundan sonrakı sətirlərimizdə beynəlmiləl türkoloji həyatının qəbul etdigi vəsiqələrə istinadən məmləkətimizin həqiqi çevrəsini ortaya çıxarmağa çalışacağıq. Fəqət qövmi və etnoqrafik təhlilə başlamadan əvvəl nələr olmadığımızı göstərməklə daha qolay bir yol getmək istəyəcəgiz. Mətbuatımıza məqalə və kitab halında əks etmək bir çox rəvayət kuməələri, hənuz tarixi mahiyyət almamışdır; bunun üçün bu rəvayətləri vaqeə tərzində qəbul etmək yanlışdır. Zaman keçdikcə əldə ediləcək yeni vəsiqələr sayəsindədir ki, bu əfsanələr haqqındakı fikirlər tovzih ediləcəkdir. Madam ki, tədqiqlər zamanımızın vəsiqə olaraq qəbul etdigi hadisələrə istinad etməlidir. Məsələ, midyalıların türk-turanlı olduqlarını göstərən mənbələr çoxdursa da, bunlar hənuz beynəlmiləl elm tərəfindən qəbul ediləcək dərəcədə hüquqiyyət alamamışdır. Binaən-əleyh qəti olaraq “bizim babalarımız midiyalılardır”, – deyəməyiz.
Zərdüştün bir azərbaycanlı (şimali İranlı) olması bizim tariximizi qətən əlaqədar etməz. Əvvəla: Zərdüştün türk olduğu haqqında hənuz bir kəşf yapılmadı; saniyən: Zərdüşt qədim Azərbaycan torpağında yetişmiş olsa da, o vaxtlar buradakı türk millətinə mənsub xalq kütlələrinin həyatı haqqında tarixi vəsiqələrə malik olmadığımız üçün bu torpaq üzərində qurduğumuz cəmiyyətdən əvvəl yaşayan bir cəmiyyətin dini tələqqiləri, ictimai üsulları və qurduğu dövlət bizim tariximiz demək degildir; bunlarla ancaq bizim əski cəmiyyət və mədəniyyətimiz üzərinə yapdıqları təsir dərəcəsinə görə əlaqədar ola biliriz.
Azərbaycan nərəsidir? Bütün Şərq və Qərb mənbələri tarixində Azərbaycan kəlməsilə yad olunan torpağın sərhədlərini müttəhidən bu şəkildə göstəriyorlar.
Şərqdə Gilan və Muğan, şərqi-cənubidə Əl-Cabal, Qərbdə əski Ermənistan, Qərbi-cənubidə əski Assur torpağı, indiki əl-Cəzirə və Mesapotamiyanın şərq cəhəti, Şimalda Aran-Arran (indiki Qafqaz qitəsi)5. Bu göstərilən yerlərin xəritədə mövqeyini təyin edərsək, indiki İran sərhədi daxilində olan Şimali Aras çayı qapsayan ərazinin olduğu qəti surətdə anlaşılır.
Müxtəlif zamanlarda ərəb və moğol istilası əsnasında olduğu kibi “Azərbaycan” adı altında Şimali-qərbi İran ərazisi ilə bərabər əski Ermənistan, Şimali İraq də Qafqaz kibi bəzi qonşu torpaqların da bir hakimiyyət altında birləşməsindən hasil olan zəhab nəticəsində qarışıqlıq yapan, yaxud Təbəri kibi müəyyən bir zamanın sərhədini göstərən müəlliflərin fikirlərini ehtiyatla qarşılamaq lazımdır. Ümumi tələqqiləri az-çox tələqqilərimizə yaxın olan, son əsrlərdən qalan vəsiqələr də bu xüsusda bizə yardım ediyor. O cümlədən Qarabağ xanlığının tarixinə aid bir əsər vücuda gətirən Seyid Məhəmməd Mehdi Qafqas feodalları dövründəki Gəncə xanlığının sərhədlərini qeyd edərkən Azərbaycanın yalnız Təbriz həvalisinə aid bir ad olduğu fikrini bu sətirlə təyid ediyor: “...və dəxi həmişə məskənləri və məhəlli-iqamətnesinlər; Gəncə şəhəri olub təmamiyi-vilayəti-Gəncə onlara mütəəlliq olub,Gürcüstanla onların sunur-sərhədi Sınıq Körpü Yuxarı Sivri Daş və Azərbaycan ilə sərhədləri Ərəs çayı və Xudafərin körpüsü olub Gəncədə daim sakin və hakim olublar...” “Asar-ül-Cəmal” əlyazması, vərəq 9 b (tədqiq etdiyimiz nüsxə şair Müznibin* xüsusi kitabxanasındadır). Şair Salman Mümtaz “Asarul-Camal” tərəfindən yazıldığını qeyd ediyor (Molla Pənah Vaqif – səhifə 4), yanlışdır.
Arasdan Qafqas dağlarına qədər Xəzər dənizinə mücavir olaraq uzanan ölkə isə yenə əski mənbələrə görə müruri-zamanla Aqvan, Albaniya, Aran, Qapı və Qafqas adlarını daşımışdır6.