Koroğlu hekayəsi Son zamanlar vüqu bulan tədqiqlər sayəsində şimdi böylə qüvvətlə yaşayan «Koroğlu» hekayəsinin əski oğuz köçəbələrinə məxsus olduğu meydana çıxmışdır. Bu hekayət bilxassə ingilis müdəqqiqlərindən Haduzkonun Qafqaz türkləri arasında Koroğlu haqqında yapdığı qiymətli tədqiqatdan sonra başlamışdır. Bu zat 1840 tarixində məmləkətimiz əhalisi içində yaşayaraq Koroğlu mənqəbəsinin şayan-diqqət bir tərzdə geniş və əski bir şəklini bulub nəşr etmişdir.
Axirən bu xüsusda təhlildə bulunan etimad ediləcək tatar müvərrixlərindən Zəki Velidi də bu mənbəqənin gök türklərə mənsub əski oğuz əşirətlərinə aid olunduğunu və bunun bəzi iddiaya görə XVI əsrdə degil islamiyyətin intişarindən əvvəl Sasanilər zamanında Xorasan hövzəsində oğuz köçəbələri ilə iranlıların boğuşduğu dövrlərdə vücude gəldigini söyləyir. Bu tarixlərdən sonra davam edən mühacirət sayəsindədir ki, Azərbaycan, Qafqaz və Anadolu əhalisi içində yayılmışdır.
Koroğlu mənqəbəsi yalnız bu saydığımız yerlərdə qalmamış, diyardan-diyara dönüb dolanan köçəbə əşirətlər sayəsində özbək və qazaq qovmlarında da intişar etmişdir.1 Sasanilər devrindən zamanımıza qədər keçən böyük zaman içində hasil olan iqtisadi, siyasi dəyişikliklər də bu hekayənin mövzusunda da bir çox degişikliklər yapılmışdır. Hələ İstanbulda gərək daşbasması, gərək mətbəə basmasilə təb edilən «Koroğlu» hekayəsi qayət mənasız bir şəkildə təhrif edilmişdir. Bunlarda mövzu – Anadolunun müəyyən bir qismində vaqe olmuş kibi göstəriliyor. Halbuki Haduz Konun tədqiqinə görə əsil mövzu Xorasan civarında yaşayan bir türk sərhəd beginin acəmlərlə olan müharibəsinə aiddir.
«Oğuznamə»nin bizə qalan mühüm qismlərindən biri də «Kitab-i Dədə Qorqud əla-lisan taifeyi oğuzan» adı altında toplanılan lesrandlar məcmuəsidir: fəqət bunlar islamlaşmış «Oğuznamə»nin bir qismi olduğundan «Qorqud» kitabını ərəb dilinin əhalimiz arasında yapmağa başladığı ictimai təsirləri gözdən keçirdikdən sonra tədqiq edəcəgiz: fəqət islamlaşmış «Oğuznamə» müsəlmanlığın mütazu bir şəkil aldığı dövrün degil, ilk istimalə dövrünün xarakterlərini təmsil etdigindən burada ərəb istilasının ilk zamanlarını qısaca gözdən keçirəcəgiz.