Oğuz xan mənqəbəsi Oğuznamənin çoxdan bəri məlum olan bir parçası oğuz türklərinin rəisi ədd edilən Oğuz xanın həyat və mücadilələri haqqında şayə” olan mənqəbədir. Bu mənqəbə müsəlmanlıq daha türklərin arasında yayılmadan çox əvvəl də yalnız oğuzlarca degil, moğollar kibi qonşu qovmlərcə də məlum və məşhurdu. Keşiş Jan Planon Moğolustanda səyahət edərkən (1246) Oğuz xanın “İt Birağ” qəbilələri ilə olan müharibəsi haqqındakı əfsanəyi eşitdigini söyləyor1.
Bu mənqəbələrin moqol istilasına qədər moğollar arasında yaşadığını görüyoruz. Moğolların Azərbaycanı istilaları əsnasında onların nağılcılarının oğuz dastanını nəql etdigi və Əbdülhəq bin Süleyman adında azərbaycanlı bir müəllif tərəfindən bu mənqəbənin moğollardan toplanıldığı məlumdur.
Oğuz xanın doğduğu gündən ölüncəyə qədər keçirdigi macəraları nəql edən bu mənqəbə bir çox xürafi və qeyri-təbii hadisələr ilə dolu olduğundan burada mövzunu izah etməgə lüzum görülmədi2.
Yalnız onu qeyd edəlim ki, Əbdülhəq bin Süleyman əl-Azərbaycanının hərəkətindən anlaşıldığı vəchlə bu dastan dərəbəglik dövründə də bizim Azərbaycan və Qafqaz türkləri arasında məruf olmuşdur.
“Həzrət əl-risalət min-kələmat Oğuznamə əl-məşhur atalar sözü.
Alman türkoloji alimlərindən Diezin 1815 tarixində şərqiyyata aid təb” etdirdigi material kolleksionunda (Denkurırdik citen von Asien, II, Berlin, 1815) “Həzrət əl-Risalət min-kələmat oğuznamə əl-məşhur atalar sözü” adında bir risalə də vardır. Bu, oğuzlara aid əski atalar sözü məcmuəsidir. Diezin əsərini əldə etməgə müvəffəq olan müdəqiq M.Cövdət bu məsələlərin özündə bulunduğunu böyle anlatıyor: “Mühərriri-aciz, yüzə yaxın bir yekun tutan bu məsəlləri istinsax etdigim cəhətlə “Kitab-i Dədə Qorqud”a xidmətən nəşri niyyətindəyəm. Hicrətin dördüncü əsrində cari zərb-məsəlləri də bir məxəzi-ərəbidən topladım” (“Yeni məcmiyə”, İstanbul-1334)
Bunları görməgə nail olmaqla bərabər “Kitabi-Qorqud”da bir neçə atalar sözünə təsadüf etdik; bunların risalədə imdi əhalimizcə unudulan bu atalar sözlərini əski imlasilə buraya nəql ediyoruz:
– “Yad oğlı sağlaməğlə oğul olməz, böyüyəndə Salur gedər gördüm deməz” (səhifə 3)
– “Qərə eşşək başınə üyən ursən qatır olmaz” (səhifə 3)
– “Qəravaşə ton geydirsən qadın olmaz” (səhifə 3)
– “Əski pambuq bez olmaz” (səhifə 3)
– “Qərə düşmən dust olmaz” (səhifə 3)
– “Oğul kimdən olduğun ana bilür” (səhifə 4)
– “Ğafil başın ağrısın bunu bilür” (səhifə 4)
– “Öksüz oğlanın dili acı olur” (səhifə 143)
– “Oğuzun arsızı türkmənin dəlisinə bənzər (səhifə 139)
– “At ayağı külək olur
Ozan dili çevik olur” (səhifə 9).
– “Yalnız yigit alp olmaz
Yovşan dibi bərk olmaz” (səhifə 139).