Яли Камали архивиндяки «Короьлу» дастанынын


Qorqudun Dərbənddəki qəbri



Yüklə 1,4 Mb.
səhifə27/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   23   24   25   26   27   28   29   30   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Qorqudun Dərbənddəki qəbri
Səyyah Oleari 1638-ci ildə Dərbənddə Dədə Qorqudun qəb­rini gördüyünü qeyd ediyor; daha o zamanlar bu qəbr, ziyarət­çi­lərin üzərində çox mum yaxmalarından bozulmuş imiş.
Oleari ilə müasir olan məşhur türkiyəli Səyyah Evliya Çələ­bi də Dərbəndə gəldigi zaman orada Dədə Qorqudun qəbrini ziyarət etdigini söylüyor; bu qəbrin cahil əhali tərəfindən böyük bir adam sanılaraq ziyarət etməkdə olduğunu, hətta şirvanlıların buna etiqad etdiklərini bu sətirlərlə yazıyor:
“Ziyarətgahi-Çəbəl Ərbəin”ə, yəni Qırxlar məqamı: qırx ədəd qəbri – əzim olub ziyarətgahi-inamdır. Ziyarətgahi-Dədə Korxut ulu sultandır. Şirvanlılar bu sultana mütəqəddirlər3.
Görülüyor ki, Qorqudun Seyhun sahilindəki əski Oğuz pay­taxtında olduğu kibi Dərbənd şəhərində də qəbri varmış. Bu da əski əvam tələqqilərindən doğan bir işdir: bir xalq arasında havi və mənəvi mühüm rollar oynayan şəxsiyyətlər getdikcə əfsanəvi bir mahiyyət alır və cəmiyyət içində müxtəlif yerlərdə ona qəbr yapılırdı; adətən bunlar köhnə şəkildə bir abidə mahiyyətində olurdu və bu surətlə onun adı məmləkətin müxtəlif parçalarında yaşamış bulunurdu. Əski Anadolu şairlərindən Yunis Emre adın­da Anadolunun bir çox yerlərində qəbr vardır (Köprülüzadə, ilk mütəsəvviflər).


Burla Xatunun Urmiyyədəki qəbri
Dədə Qorqud kitabının qəhrəmanlarından Qazanın zövcəsi Burla Xatunun qəbrinin də Azərbaycan şəhərlərindən Urmiyədə bulunduğunu yenə Oleari söylüyor1.
Oğuz adının Qorqud mənqəbələrinin XVIII əsrdə də məm­ləkətimizdə yaşadığı yenə nadir vəsiqələrdən olaraq Fren (Fren) adında birisinin qeydləri izah ediyor.
1722-ci ildə əski Rusiyə çalarından Böyük Petro ilə bərabər Dərbəndə gələn köhnə knyazlardan D.Kantemir də bu şəhərdə əha­lidən oğuzlara və Qorquda aid xatirələri toplayıb qeyd et­mişdir2.
Frendən sonra bu xüsusda yazılı olaraq başqa bir vəsiqə bilamiyoruz.
Qorqud hekayələrinin Qafqas və Azərbaycanda qüvvətlə ya­şamış olduğunu göstərən vəsiqələrin ən eyisi “Kitab-i Dədə Qor­qud”un özüdür.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin