Яли Камали архивиндяки «Короьлу» дастанынын


Qorqud Kitabının mündəricati



Yüklə 1,4 Mb.
səhifə30/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Qorqud Kitabının mündəricati
Dədə Qorqud kitabı doğrudan-doğruya mənqəbələrlə başla­maz; başqa dörd səhifəlik bir müqəddəməyi havidir. Bu müqəd­dimə göstərdigi xüsusiyyət etibarilə – üç ayrı mövzudan mürək­kəbdir. Doqquz sətirdən ibarət olan birinci parçada Qorqudun Ba­yat qəbiləsindən olduğu, onun oğuz qəbilələri içindəki mövqeyi, Dədənin izahına görə hakimiyyətin Qayı – Osmanlı nəslinə keçməsi izah olunuyor. Kitabın təbini idarə edən Kilisli müəllim Rifət bu qismin Osmanlılar zamanında bir “mühərriri-məchul” tərəfindən əlavə edildigini qeyd ediyor (Kiatbın fehrist qismi).
İkinci qism Dədə Qorqudun dilindən yazılmış dörd küçük moizədir. Tamamilə nəsihətamiz fikirlərdən ibarət olan bu moi­zə­lərdə islamiyyətin təsiri qüvvətlidir. Kitabın ithaf edildigi hökm­dara bol-bol “dua”lar vardır.
Üçüncü parça bir ozanın dilindən qadınlar haqqında söylən­miş nəsr halında bir şeirdir. Ozan burada qadın tiplərini – əxlaq etibarilə dörd yerə ayırıyor. Əski cəmiyyət dövrlərində qadın haq­qında olan ümumi tələqqilərə eyi bir nümunədir1. Müqəddəmədən sonra mənqəbələr başlıyor. Buradə mənqəbələrin mövzularını xülasətən gözdən keçirəcəyiz:
§1. “Dirsə xan oğlı Buğac boyı”: Bayandır xan ənənə üzrə toy qonaqlıq yaparaq oğuz bəglərini qonaq çağırmışdı və gələcək qonaqlar üçün üç növ otaq hazırlatdırmışdır: oğlu-qızı olmayanlar için – qara otaq; oğlu olanlar için – ağ otaq; qızı olanlar için – qızıl otaq. Qonaq gələn Dirsə xanı – cocuğu olmadığından qara otaqdə, qara keçə üzərində oturtdular və ona qara qoyun yəxnisi təqdim etdilər. Bundan mütəəsir olan Dirsə xan zövcəsini çağı­raraq məruz qaldığı həqarətin səbəbi o olduğunu söyliyor və hiddətləniyor. Qadın ona bir qonaqlıq verməsini təklif ediyor. O də qəbul ediyor. Bundan sonra bir oglu oluyor. Oglan büyü­dük­dən sonra qüvvətli bir dəliqanlı oluyor. Dirsə xan bir gün buğa ilə buğrasını (erkək dəvə) boğuşdururkən buğa oğlana saldırıyor. Oğ­lan da üç yumruqla buğanı yerə sərib başını kəsir. Göstərdiyi qəhrəmanlıqdan olaj - bu vaxta qədər adsız yaşayan gəncə Qor­qudun iştirakı ilə Buğac adı verilir. Bundan sonra Buğacı qırx arkadaşı çəkəliyorlar, gəlib də Dirsə xana yalandan oğlunun kən­disinə sui-qəsd hazırladığını söylüyorlar. Dirsə xan ov bəhanəsilə ovda bulunan oğlu arxasınca çıxar və ovda oğlunu vurur; öldi diyə evə dönər, məsələyi qarısınə anlatır. Qadın haman oğlunu aramağə çıqar; yaralı bir haldə bulub evə gətirər; eyi edər. Fəqət qırx adam yapdıqları rəzalətin anlaşacağı qorxu­silə Dirsə xanı bağlayaraq kafər ilinə tutsaq götürərlər. Annəsinin əxbarı üzərinə Buğac silahlanıb gedər və atasını qurtarar.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin