§ 9. “Bəkil oğlu İmranın boyu”: Bəkil adındə bir qəhrəman ovda ikən bacağı qırılır. Bunu hiss edən düşman təkfur üzərinə hücum edər. Oğlu İmran üç yüz yigidlə qarşı çıxar. Fəqət düşman qüvvəti qarşısındə zəif olur. Cəbrail ona yardım edər və qalib çıxar. Bunda da ərəb dininin xürafi tərbiyəsi mövcuddur.
§10. “Uşun Qoca oğlu Səkrək boyu”: Ənənə mocibincə Uşun Qocanın böyük oğlu Əkrək Qazandan axın diləyor. Kökcə dənizə doğru gəlir. Qara tonlu kafərlərlə hərb edər; Əkrəgi Əlincə qələsinə əsir edərlər. Bunu küçük qardaşı Səkrəkdən saxlarlar; nəhayət böyüdükdən sonra xəbər alır; Qardaşını qurtarmağa getmək istər. Annəsi, atası buraxmaz. Onu evləndirərlər. O də qızla öz arasına qılıncını qoyar və görüşməz; doğru qardaşının əsir olduğu yerə gəlir. Qələdən çıxarılan əsgərlərin həpsini öldürər. Nəhayət, əsir olan Əgrəkə derlər ki, bu gələn adamı sən öldürürsən, səni azad edəriz. Əgrək də qəbul edər və Səkrəkə qarşı çıxar. Buradə iki qardaş bir-birlərini tanır. İkisi birləşir, kafərləri məğlub edərlər.
§11. “Salur Qazanın dustaq olub oğlu Uruz çıxardığı boyu”: Ov əsnasında yorulub uyuyan Qazan Tumaten qələsi təkfuri tərəfindən basılaraq əsir edilir. (....). Zaman sonra oğlu Uruz böyüyür və ordu ilə bərabər atasını qurtarmağa gedər. Təkfur, əsir Qazanı da onlara qarşı çıxarır. Qazan da kəndisini tanıtmadan Oğuz pəhləvanları ilə mücadiləyə girişir. Bir çoxlarını silahdan təcrid edər. Nəhayət meydana oglu Uruz gəlir. Onunla da mücadilə edər. Uruz Qazanı umuzundən yaralar. Bunun üzərinə kəndisini tanır. Bundan sonra həpsi birləşərək kafərləri əzərlər.
§12. “İç Oğuz Taş Oğuz asi olub Beyrək öldügü boyu”: Qazan xan ənənə mocibincə İç Oğuz bəgləri ilə Taş Oğuz bəglərinə qonaqlıq verərdi. Fəqət bir dəfə yalnız İç Oğuz bəglərini çağırdı. Bundan Taş Oğuz bəgləri darıldılar və Qazanın yanınə gəlməzlər. Dəvət üzərinə də Taş Oğuz bəglərinin rəisi Uruz getməz. Beyrəki də öz tərəflərinə çəkmək istərlər, qəbul etməz. Uruz onun bacağını qoparır; Beyrək ölür. Bunu gəlib Qazana xəbər verirlər. Qazan da ordu toplayıb gedər. Nəticədə Uruzun başını uçururlar. Taş Oğuzlar də Qazana təkrar ittihaq edərlər.
“Qorqud” kitabının dilcə mahiyyəti
Əsər səciyyə etibarilə bu gün Şərqi Oğuz ləhcəsi deyilən Azərbaycan türkcəsinin ümumi xətlərinə havidir. Kitabdakı bəzi kəlmələr və fel şəkilləri bu günkü ləhcəmizdən düşmüşsə də əhəmiyyət etibarilə bu kəlmələrə ədəbiyyatımızın müxtəlif dövrlərə aid məhsullarında təsadüf edilməkdədir. Yalnız kəlmələrin mənası degil cümlədəki mövqeyini xüsusi təbir və ifadələrin əksərisi şəkil etibarilə indi böylə xalq dilində yaşıyor:
“Oğuz bəgləri bir yerə gəlüb yığnaq olmağə başladı” (səhifə 7). “Qərə qoyun yəxnisindən önə gətürin yersə yesün, yeməzsə tursun getsün” (səhifə 8). “Bunlər böylə edəcək Bay Burə bəgin acığı tutdı” (səhifə 21). “Semiz qoyun, arıq toğlı bayırdə qalsə qurt gəlüb yeməzdi” (səhifə 33). “Bəli baş kəsdi, qan tökdü, adam axtardı”, (səhifə 41). “Adaqlusinə aparın görsün ol yəxşi bilür zira ol dikübdür” (səhifə 50). “Səxt olmıyayım on altı ildir kim babayın tutsağıyın ata-anayə, qavmə qardaşə həsrətəm” (səhifə 52). Xanını Qazandan mana buyruq oldu, mana kimsə tolaşmaz (səhifə 51). “Gurəşdə mən səni basmadımmı” (səhifə 64). “Beyrəkin atasınə anasınə muştuluğə çapar getdi” (səhifə 65). “Əmcəgin ağzınə verdi bir sürdi olancə südini aldı” (səhifə 121).
“Qorqud” da bəzi kəlmələr var ki, bu gün onları biz qollanmaqla bərabər, onların bir çoxuna məşhur Melioranskinin XIII əsrdə Azərbaycan qitəsində yazıldığını iddia etdiyi “Kitab həliyətül-insan və həmbətül-lisan”da təsadüf ediyoruz.
“Qorqud”un bir çox təbirləri pək əskidir. Məsəla, “gerçəklərin üç atız (otuz) on yaşını toldursəyin” on otuz on yaşındə tolsun” cümlələrinin yüz və bin saylarının yad edilişi cəhətindən Orxon kitabələrinin ifadəsinə yaxlaşıyor.
Kitabın kəlmələri ümumiyyətlə xalis türkcədir. Ərəbcə və farscə kəlmələr qayət azdır. Hətta bu gün bütün adlarımız ərəbcə olduğu halda Qorquddakı adamlar üç müstəsna ilə həp türkcə ad daşıyorlar. Diqqət ediləcək bir şey olduğu üçün kitabdakı bütün adları buraya nəql ediyoruz:
Burlə Xatun, Çiçək, Selcan Xatun, Dersə, Buğac, Bay Burə bəg, Bayındır, Salur, Qazan, Ulaş, Uruz, Yapuğ, Qiyan, Selcək, Dondar, Qarabudaq, Qaragünə, Beyrək, İlek, Qoca, Alp Ərəp, Bamsı, Dəli Qarcar, Qısır Yengə, Uşun Qoca, Mahaq, Əmən, Səkrək, Yekrək, Tərs Uzamış...
“Qorqud” kitabının türkcəmizin ümumi quruluşu etibarilə göstərdigi əskikligi daha qolay ayırd edə bilmək üçün burada sərf-nəhvini qısaca tədqiq edəcəgiz:
Şəxsi zəmirlər: bən-mən, sən, o-ol, biz, siz, an-lərdir.
Məsdərlər hazırda qollandığımız şəkildədir. Tək-tük təcili məsdərlərə də rast gəliniyor: “Mana bir qız alı ver kim mən yerdən turmadın...” Müzare: “Asl maddənin sonuna “ur” “ar” lahəqələrinin (?-B.Ə.) əlavəsilə hasil olan müzare”, “Qorqud”da qarışıqdır. Bu gün “ar” əlavəsilə yapdığımız müzare, Qorqud də urlə və “ur”la həqəsilə yapdığımız “ar”lə təşkil edildigi də vaqedir.
Halın təşkilində Osmanlı türkcəsində olduğu kibi əsl maddənin sonuna “yor” gəlməz; “ir-ur” (Bilürmisiz Qazana necə heyf eyləmək gərək).
Nəqli-mazisi şəklində “miş” lahəqəsi yerinə “üb”, mənfisində “məyub”, “mayub” qollanılır (qan tökübdür, çələdi alibdır). Haliyə rəbt siğəsi “rək-raq” degil, “ub-ubən-uban”dır. (Kabən kob məni ol yigidə versən), (Dədəm Qorqud gəlübən şadlığ çaldı), (ət basuban qan sıxıruz).
Əmri-mazi yalnız məsdərin asl maddəsindən ibarət qalmıyor. Sonunə “gil”, “ğıl” alıyor (Qərə ayğırın cilavsini mana tutğıl yigit), (Dört yanını kafər bəğlədi, bölmü bilgil). Bugünkü ləhcəmizdə isə “gilən-ğılan” şəklindədir. Mənfi şəklində son lahəqədə əvvəl “mə-ma” gəliyor.
İzafətdə müzafi-əleyhin sonuna “n” (sağır nun) yerinə “n”-də buluyoruz.
Müzareyi-mütəkəllim şəklində “rin”, “yayın”, mənfisində “məzin” ədatını alır. “Mən sana bu ağaclə yemək pişüririn”. “Əgər mənim evimi qurtaracaq olursə səni əmiraxur eyləyəyin”. “Mən yerindən də adam ögməzin”.
Müzareyin müxatibi-cəmisi “siniz”lə degil “siz” ilə yapılıyor. Bu şəkil indi belə əhalimiz ağzında yaşamaqdadır. “Xoşmığız-əsənmisiz”.
Rəbti siğalarındə təqibiyyə halı “-icə-incə” olmaz”, -cək, -gəc” alır. “Böylə dekəc Qazanın əqli başından getdi”. “Dəstmalı gözinə səlcək gözi açıldı”. İkinci şəkil hala yaşıyor.
Müzarenin iltizamiyi-siqəsində mütəkəllim bəzən “əyin-ayın”, -yəm-iyəm, bəzən də indiki kibi yalnız “m” alır. “Qız qalqə oynayə mən qopuz çalım”. “Ağan Qazanın namusunu sındırayınmı”, “görəyim, Oğuzda mənim dostum, düşmənim kimdir?
Müzarenin nəqli-mazisinin -dən, -dan yerinə bəzən –“dın”-dır. “Mana bir qız alı ver kim mən yerimdən turmadın ol turgəc gərək”.
Məful-əleyh məful-müə yerində də görüyoruz: “Qılıcə toğranayım”. Məfuli-müə ədatı bəzən “lən”dir. “Sağilən solunə göz gəzdirdi”. Müzaf-ileyhin sonundə “-n”, yerinə -“n”də yazılıyor. “Qərə ayqırın cilavsi”.
Sifət nisbəti indi olduğu kibi “-çi” degil “-ci”dir: “aqınca”, “muştılıqcı”.
Zərflər: incə, niyə, ardıncə, dəkin (dək, qadar, bəlli qaru (geri), qəçən-qaçan.
Kəlmələrin fail, məfulin cümlədəki yeri ləhcəmizin indiki şəkli kibidir. Tək-tük kəlmələr də bəzi hərflər dəyişikdir. Bilmək məsdərinin “-K”yi, “-ğ”dır: “binməğ” kimi. “Kiçik” kəlməsinin sonundakı kaf qoydur: “Kiçi” deyə qollanıyor. Bizim qaranlığ dedigimiz kəlmə “qarankulı” şəklində qollanılıyor.
Kəlmələrin tərkibində az-çox fərq seçilə bilməklə bərabər kitabda müstəqər bir imlanın bulunmayışı, bir kəlmənin müxtəlif şəkillərdə yazılması, sərfcə təhlili gücləndirməkdədir. Bununla bərabər bu gün ədəbi türkcəmizə görə görülən fərqlər əvam türkcəsində tamamilə mövcuddur.
Dostları ilə paylaş: |