Azərbaycan türklərinin əşirət dövründə, müsəlmanlığın intişarından əvvəlki zamanlarda malik olduqları ədəbiyyat qədim Orta Asiya oğuz ədəbiyyatının davamı deməkdir. Ehtiva etdigi xarakterisinin tələqqilər, lisani mahiyyət və bədii qiymətləri tamamilə step-çöl köçəbələrinə aid olan ümumi ədəbi görüş məhsullarının eynidir.
Əşiri ədəbiyyatımız ictimai sinifçilik nöqteyi-nəzərindən iki ayrı xətt təqib etmişdir; bu da o zamankı siyasi və ictimai həyatla əlaqədar olaraq doğmuşdur ki, birisi kəndliləri və bütün müstəqil yaşayanları içinə alan aşağı xalq təbəqəsinə aid ədəbi xətt: ikincisi də əşirət aristokrasisinin zövq və həyatını tərənnüm və nəşr edən xəttdir. İki zidd sinfin malı olan bu ədəbiyyatlar dil etibarilə birdir. Bugün bunların xalq ədəbiyyatı adı altında yad edilməsi sırf bu cəhətdəndir.
Əşirət ədəbiyyatı şəkil etibarilə nəsr halında bulunuyor. Fəqət bir taqım səbəblər və fel kəlmələrinin təkrarlanması ilə bir xüsusiyyət qazanan bu nəsr az-çox havi olduğu ahəng sayəsində nəzmə yaxlaşmış bir mahiyyətdədir. Bu kibi məhsullar musiqinin əlavəsilə daha ahəngdar bir şəkil alırdı. İlk mənzum əsərləri vəznli atalar sözü təşkil edir. Gərək bunlardakı və gərəksə yavaş-yavaş meydana çıxan milli vəzn, bu gün “heca vəzni” dedigimiz vəzn idi.
Ümumiyyətlə, əşiri ədəbiyyatımız köçəbəligin bütün psixolojisini daşıyır; ən çox bəhs etdigi mövzu” cəngavərligə, biçinçiligə, silah qollanmağa, ov ovlamağə aiddir. Bu dövrün məlum olan yeganə əsəri “Oğuznamə”dir ki, hicrətin ilk əsrlərində bir külliyyat halında təsbit edilmişdir. Misirli müvərrix Əbubəkr Abdullah Dəvadarinin Oğuznamənin mündəricatı haqqında verdigi qısa izahat onun də bu mövzuların bir məcmusundan başqa bir şey olmadığını göstərən bu nöqteyi-nəzərdən oğuznaməyə dastani tarix deyən türkoloqlar də var.
İctimai sistem etibarilə əhalimiz əşirət həyatından sıyrılaraq dərəbəglik üsuluna başlarkən, hətta başladıqdan çox sonra də islam dininin qorxunc istilasına rəğmən əşirət ədəbiyyatımız daha uzun müddət xalq arasındə yaşamışdır.
Ucra kəndlərdə əski səciyyəsini bütün mənası ilə mühafizə etdigi halda birər islamiyyət ocağı halina keçməgə başlayan böyük kənd və qəsəbələrdə bu ədəbiyyat yavaş-yavaş müsəlmanlığın təsiri altına girdi bir çox islami ünsürlər və etiqadlar əski ağız ədəbiyyatımızın bütün məhsullarında göründügü kibi oğuznamənin mövzuları (motiv) da islamlaşmış bir şəkil aldı. Bununla bərabər əski elementlər tamamilə qalxmış demək degildi; bunun için islamlaşmış Oğuznamə, müsəlmanlıq dərəbəgliginə keçən əski cəmiyyətin istimalə girən devrinin xarakterlərini haizdir. Bu yarım şamani, yarımislami oğuznamədən bizə yenə hər biri ayrı-ayrı “Oğuznamə” adını tanıyan on iki mənqəbə qalmışdır ki, bu gün Qorqud kitabı sərlövhəsi altındə mərufdur.
Bir ozandan başqa bir şey olmayan Qorqudun məcmuəsi – bizə qədər gələn vəsiqələr nöqteyi-nəzərindən Azərbaycan türklərinin yazılı ədəbiyyatına aid ilk əsərdir. Dədə Qorqudun bir ozan sifətilə bu mənqəbələri davam etdirməsi və ona yeni bir tema əlavə etməsi, oğuznamə adını daşıyan hekayələrin Qorqud adında izafətən şöhrətinə mocib olmuşdur.
Bu mənqəbələr xalq sinifləri tərəfindən məqbul görülməklə bərabər bütün mövzu və səciyyə etibarilə əşirət aristokrat sinfinin yaratdığı çadır ədəbiyyatı məhsuludur. Qəti nəzm şəklini ehtiva etməməklə bərabər yuxarıda yad edilən vəznli və səcəli nəsr üçün gözəl bir nümunə təşkil edər.
Hicri I əsrin ilk rübündə qəti surətdə müsəlman yapılan Azərbaycan və Qafqaz türkləri arasında bir tərəfdən Quran ədəbiyyatı geniş surətdə yerləşirkən, digər tərəfdən də yüksək bir şeriyyətə malik oğuznamə hekayələri ta miladi XVIII əsrə qədər əhalimiz arasında müxtəlif dəgişikliklərə uğrayaraq qüvvətlə yaşamışdır.
Yüksək qərə mağlarım
Sana yəylaq olsun.
Souq-souq sularım
sana içət olsun.
Tavlə-tavlə şahbaz atlarım
Sana bikət olsun.
Dənlügi altun ban evim
Sana kölgə olsun.
Qatar-qatar dəvələrin
Sənə yüklət olsun.
Ayağındə ağcə qoyunım
Sana şülən olsun.
Gözin kimi tutarsə
Könlin kimi sevərsə
Sən onə varğıl
İki oğulcığı öksüz qomağıl.
Zamanındə mədəni inkişafın ibtidailigi nəzərə alınmaqla bərabər denilə bilir ki, “Dədə Qorqud” kitabı ümumi heyət etibarilə yüksək bədii və ədəbi qiymətləri olan tipik bir əsərdir.