«Qorqud» mənqəbələrindən bir nümunə (öz imzasilə) Bir gün Ulaş oğlı Tulu quşın yavrusu bizə miskin ümidi, ümmət sayının aslanı Qaraçuğın qaplanı, qonur atın ayası, Xan Uruzun ağası, Bayındır xanın köyküsü Qalın Oğuzun devleti, qalmış yigit arxası Salur Qazan yerindən turmışdı. Toqsan başlı evlərin qərə yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı, ipək düşəmişdi (döşəmişdi), səksən yerdə badyələr qorulmışdı, altun əyağə sürahilər düzülmüşdi.
Toquz qarə gözlü xub yüzlü saçı ardinə uzlu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqlari nigarlı məhbub kafər qızlari Qalın Oğuz bəglərinə sığrəq sürüb içərlərdi.
İçüb-içüb Ulaş Salur Qazanın alnına şərabın itisi çıqdı, qəbaddı üzərinə çökdi, ayıtdı: Ünüm inləyin bəglər, sözüm dinləyin bəglər yata-yata yanımız ağridi, turə-turə belümiz qurıdı. Yürüyəlim a beglər, av avlıyalım, quş quşlıyalım sığın-keyik yıqulum qayıdalım otağımızə düşəlim yeyəlim içəlüm xoş keçəlim.
Qıyan Səlcuq oğlı Dəli Tondar aydır: Bəli Xan Qazan məsləhətdir. Qaragünə oğlı Qarabudaq aydır: Ağam Qazan məsləhətdir. Anlar eylə digac at ağızlu, Gürcüstan ağzində oturərsən ordın üstünə kimi qorsən.
Qazan aydır: Üç yüz yigitlən oğlum Uruz mənim evim üstinə tursun didi. Qonur atın çəkdirdi bütün bindi. Təpəl qaşğə ayagırnə Tondar bindi. Gəg bədöyüsin tartdırdı Qazan bəgün qarındası Qaragünə bindi. Ağ bədöyüsin çəkdirdi Bayındır xanın yağısın basan Şir Şəmsəddin bindi.
Parəsarın Bayburd həsarından parlıyub (uçan) Beyrək boz ayğırına bindi. Qonur atlı Qazana keşiş diyən Bəg Begnək turı aygırına bindi. Saya darsəm dükətmə olməz. Qalın Oğuz bəgləri bindi. Ələ tağə ələ ləşgər avə çıqdı.
Kafərin casusi casuslədi vardı kafərlər urgunı Şökli Məlikə xəbər verdi. Yeddi bin qaftanın ardı yerenctəlü, yarmədən qarə saplu, sasi dinlü, din düşməni alacə atlu kafər bindi yılğadı dün bucağından Qazan begin ordusuna gəldi, altun baş evlərin kafərlər çarpdılar, qazə bənzər qızı-gəlini çıqrışdırdılar, tövlə-tövlə şəhbaz atlarını bindilər, qatar-qatar qızıl dəvələrini yetədilər, ağır xəzinətini, bol aqçesini yağmalədilər, qırq ince bellü qızile boyu uzun Burla Xatun yesir getdi. Qazan bəgün qarıcıq almış qarə dəvə boynundan asılu getdi. Xan Qazanın oğlı Uruz beg üç yüz yigitlən əli bağlu boyını bağlu getdi. İlek qoca oğlı Sarı Qılmaş Qazan begün evi üzərində şəhid oldı.
Qazanın bu işlərdən xəbəri yoq.
Kafər aydır: Begler Qazanın tövlə-tövlə şahbaz atlarını bilmişüz, altun aqçasını yağmalamışuz. Qırq yigitlan oğlu Uruzı tutsaq etmişüz. Qatar-qatar develerini yetəmişüz, qırq incə bellü qıznan Qazanın həlalını tütmışız. Bu heyfləri biz Qazana etmişüz, dedi.
Kafərin biri aydır: Qazan bəgdə bir heyfimiz qaldı. Şöklü Məlik aydır: Mərə, Aznaur, nə heyfimiz qaldı. Kafər aydır: Qazanın Qopular Dərvəndində on bin qoyunı vardır. Şol qoyunları dəxi götürsək Qazana ulu heyf edərik didi. Şökli Məlik aydır: Altı yüz kafər varsın gətürsin didi.
Altı yüz kafər atlandı qoyunın üzərinə ilğar vardı. Gecə yatırkən Qaracıq Çoban qarə qayğulu vaqeə gördi. Vaqeəsindən sərmərdi uru turdı. Qabangüci, Demirgüci – bu iki qardaşı yanına aldı ağılın qapusini bərkitdi, üç yerdə dəpə kibi taş yığdı, ələ qüvvətli sapandın əlinə aldı.
Nagahdan Qaracıq Çobanın üzərinə altı yüz kafər qoyuldı. Kafər aydır:
Qaranqu axşam olanda qayğulu çoban
Qarla yatmur yağanda çaqmaqlu çoban
Südi piniri bol qaymaqlu çoban
Qazan begin denlügi altun ban evlerini biz yıqmışuz, qariciq anasını biz götürmişiz, ağır xəzinə bol aqçasıni biz yağmalamişüz. Qaza bənzər qızı gəlini biz yesir etmişüz, Brə Çoban arağından, yaqınından bəri gəlgil, baş endirib bağır basğıl biz kaferə səlam vergil, öldürməyelim, Şökli Məlikə səni ilatalüm sana beglik adı verəlim.
Çoban aydır:
Ələ-qırı söyləmə mere itim kafər
İtümilə bir yalaqda yundum içən azğun kafər
Altundaki alağa atun nə ögərsən
Alə başlu keçimcə gəlməz manna
Başındağı tuğulğani nə əgərsən mərə kafir
Başımdağı börkümçe gəlməz mana
Altmış tutam göndərini nə əgərsən murdan kafər
Qızılcıc dəganəgimcə gəlməz mana
Qızılcacını nə əgərsən mərə kafər
Əgri başlu çomağımca gəlməz mana
Belində toqsan oqun nə əgərsən mərə kafən
Ələ qollu sapanımca gəlməz mana
İrağından yəqinindən bərü gəlgil yigitlərin zərbini görgil andan ötgil, – dedi.
Bitəklif kafərlər at təpdilər, ox səpdilər.
Ərənlər urnı Qaracıq Çoban sapanının əyasına taş qodı atdı. Birin atandan ikisin, üçin yıqdı, ikisin atanda üçin, dördün yıqdı. Kafərlər gözünə qorxu düşdü. Qaracıq Çoban kafərin üç yüzini sapan taşilə yerə buraxdı. İki qardaşı uca düşdi, şəhid oldı. Çobanın taşı dükəndi, qoyun diməz, keçi diməz sabanın ayasına qor atar, kafəri yıqar.
Kafərin gözi qorqdı dünya-aləm kafərin başına qaranku oldı, aydır: Yarımasun, yarçımasun bu çoban bizim hepimiz qırar olmuş dedilər. Dəxi turmıyub qaçdılar.
Çoban şəhid olan qardaşların haqqına qodı. Kafərlər leşindən bir böyük dapə yığdı çaqmaq çaqub od yaqdı dəxi kəpənəkgindən qurumsu edüb yarasına basdı: Yolın qıyısın alub oturdu ağladı, sıqladı aydır: Salur Qazan, bəg Qazan ölümisən, dirimisən bu işlərdən xəbərin yoqmıdır, dedi.
Məgər, xanım, ol gecə Qalın Oğuzun dövləti, Bayındır xanın köyküsi Ulaş oğlı Salur Qazan qara qayğulu vaqeə gördi, Sarmərdi urı turdı, aydır: Bilirmisən, qarındaşım Qaragünə duşımdə nə göründi, qara qayğulu vaqeə gördüm yumrığında malın şahın bənim quşımı alur gördüm, gögdən ildırım ağban evim üzərinə şaqər gördim, dəvəm qara pusarlıq ordımın üzərinə tökülür gördüm, quduz qurtlar evimi dəlir gördüm. Qara dəvəm aksam dir qurur gördüm. Qorğu kibi qara saçım odamaz gördüm, uzanıban gözimi örter gördüm. Biləgümdən on barmağımı qanda gördüm. Necə kim bu duşı gördüm şundan bərü əqlim, usım dirə bilmən, xanım qardaş mənim bu duşımı yorğıl manna dedi.
Qaragünə aydır:
Qara bulıt dedigin sənin dövlətindir. Qarile yağmur dedigin ləşkərdir. Saç qayğudur. Qan qarədir. Qalanın yorə bilməz, allah yorsun, dedi.
Böylə digəc Qazan aydır. Mənim avımı bozma ləşkərimi təqitmə bən bu gün gög ata qaqərəm üç günlük yolı bir gündə alıram öylə olmadın yurdın üstinə varərəm əgər sağdır, asandır axşam olmadın genə bən sana gəlürəm. Ordım sağ asan degil isə başınuza çarə edin. Mən dəxi getdim, dedi. Qonır atın mahmuzladi.
Qazan bəg mahmuzlədi yola getdi gəli-gəli yurdunın üzərinə gəldi gördikim uçarda quzğun tazı tüşmüş yüranda qalmış.
Qazan beg burada yurdlan xəbərləşmiş görəlim xanın nə xəbərləşmiş, Qazan aydır:
Qum qumlayım, quma yurdım
Qulanla sığın, keyikə qonşu yurdım
Səni yağı nireden darılmış gözəl yurdım
Ağ ban evim gələndə yurdı qalmış
Qaracıq anam oturında yeri qalmış
Oğlım Uruz ox atanda puta qalmış
Oğuz bəgləri at çapanda meydan qalmış
Qara mudbaq dikiləndə ocaq qalmış
Bu halları gördigində Qazanın qaradiymə gözləri qan-yaş toldı. Qan tumrıları qaynadi, qara bağri sarsildı qarakür atını öncələdi, kafər keçigi yola düşdi, getdi.
Qazanın önünə bir su gəldi, Qazan aydır: Su haq didarın görmişdir. Bən bu suyla xəbərləşim, dedi. Görəlim, xanım, nicə xəbərləşdi, Qazan aydır:
Çığnam-çığnam qayalardan çıqan su
Ağac gəmiləri oynadan su
Həsənlə Hüseynin həsrəti su
Bağ və bostanın ziynəti su
Ayişə ilə Fatimənin nigahı su
Şahbaz atlar içdigi su
Qızıl dəvələr gəlib keçdigi su
Ağ qoyunlar gəlüb çevrəsində yatdığı su
Ordımın xəbərin bilürmisən degil mana
Qara başım qurban olsun suyım sana – dedi.
Su qaçan xəbər versə gərək.
Sudan keçdi. Bu göz bir qurda tuş oldu. Qurd yüzi mübarəkdir, qurdlan bir xəbərləşim, dedi. Görəlim xanım nə xəbərləşdi. Qazan aydır:
Qaranqu axşam olanda güni toğan
Qarilə yağmur yağanda ar kibi turan
Qaraqoc atlari keşneşdiren
Qızıl dəvə gördiginde butrəşdirən
Ağca qoyun gördigində quyrıq çırpub qamçılayan
Arqasını urub bərk ağılın ardın sökən
Qarmə yükəc semüzin alub tutan
Qanlu qiyruq üzüb çap-çap yudan
Avazı qaba köpəklərə qoca salan
Çaqmaqlu çəpə çobanlari dünlə yükreden
Ordımın xəbərin bilürmisən degil mana
Qara başım qurban olsun qurdım sana, – dedi.
Qurd qaçan xəbər versə gərək.
Qurtdan dəxi keçdi. Qaraca Çobanın qara köpəgi Qazana qarşu gəldi. Qara köpəkləm xəbərləşdi, görəlim xanım nə xəbərləşdi. Aydır:
Qaranqu axşam olanda vaf-vaf ürən
Acı ayran töküləndə çap-çap içən
Gələn xırsızlari qorqudan
Qorquduban şamamasilə ürkidən
Ordımın xəbərin bilürmisən degil mana
Qara başım sağlığından eyilürlən edim köpək sana. – dedi.
Köpək qaçan xəbər versən gərək.
Köpək Qazanın atının çap-çap düşər. Sək-sək səklər. Qazan bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldiyi yola getdi. Qazan köpəgi qolayı Qaraca Çobanın üzərinə gəldi. Çobanı gördügündə xəbərləşdi. Görəlim xanım nə xəbərləşdi. Qazan aydır:
Qaranqu axşam olanda qayğulu çoban
Qarla yağmur yağanda çaqmaqlu çoban
Ünüm inlə, sözüm dinlə
Ağban evim şundan keçmiş, gördigini degil mana
Qara başım qurban olsun, çoban, sana. – dedi.
Çoban aydır: ölmüşmiydin, itmişmiydin Qazan, qanda gəzirdin. Bizə dedin Qazan, dün yoq, öteli gün idin bundan keçdi qariciq anan qare dəvə boynında asılu keçdi, qırq ingə bellü qızilə halalın boyu uzun Burla Xatun ağlıyuban şundan keçdi, qırq yigitlən oğlın Uruz başı açuq, yalın ayaq kafirlərin yanınca tutsaq getdi. Tavla-tavla Şahbaz atlarin kafər binmiş, qatar-qatar qızıl dəvələrin kafər binmiş, altun-altun bol xəzinəni kafir almış.
Çoban böylə digəc Qazan ah etdi. Əqli başından getdi. Dünya-aləm gözünə qaranqu oldı, aydır: Ağzın qurusun çoban dilin çürsün çoban. Qadir sənin alnına qada yazsun çoban, dedi.
Qazan böylə degac çoban aydır:
Nə qarqarsan bana ağam Qazan
Yoxsa köksündə yoqmıdır iman.
Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafər öldürdüm. Qəza etdim, Semüz qoyun, arıq toqlı sənin qapundan kafərlərə vermədim üç yerdə yaralandım, qara başım yüklədi, yalkuz qaldım. Suçum bumıdır, dedi. Çoban aydır:
Qonur atın vergil mana
Altmış tutam göndərini vergil mana
Aq alaca qalqanını vergil mana
Qara polat üz qılıncın vergil mana
Sadağında səksən oqın vergil mana
Ağ tozlıca qəti yayın vergil mana
Kafərə mən varayın, yenidən toğayın, öldüreyin yükümlə, alnım qanın bən sileyim, ölürsəm sənin uğruna bən öləyim, allah təala qorsə evini bən qurtarayım, dedi. Çoban böylə degəc Qazana təhər gəldi. İləri yürüyürdü.
Çoban deki Qazanın ardından yetdi
Qazan döndü, oğul, çoban, qendə gidərsin, dedi.
Çoban aydır: Ağam Qazan sən evin almağa gedirsən mən daxı qarındaşımın qanın almağa gedərəm dedi.
Böylə degəc Qazan aydır: Oğul, Çoban qarnım acdır, hiç kəsnən varmıdır yeməgə, dedi.
Çoban aydır: bəli, ağam Qazan, gecədən bir quzu bişürübdürdim gəl bu ağac dibində enəlim yəyalım, dedi.
Endilər, çoban təğarcığı çıqardı, yedilər.
Qazan fikir eylədi, aydır: əgər çoban bilə olmasa Qazan kafəri alməzdi, deyərlər, dedi. Qazana qeyrət gəldi. Çobanı bir ağaca sare-sare möhkəm bağladi. Əyalandı, yürüyü verdi.
Çoban aydıra: mərə çoban, qarnın acıqlamışkən gözünə qübar etməmiş ikən bu ağacı qoparı gər. Yoxsa səni qurtlar-quşlar yer dedi. Qaraca çoban zərb eylədi. Qaba ağacı yeriylə-yurduyla qopardı. Arqasına aldı. Qazanın ardına düşdü.
Qazan baqdı gördi çoban ağacı arqasına almış gəlür. Qazan aydır: Mərə, çoban bu ağac nə ağacdır.
Çoban aydır: Ağam Qazan bu ağac ol ağacdır kim sən kafəri basarsan, qarnın acığər. Mən sana bu ağacla yemək pişürərin, dedi.
Qazana bu söz xoş gəldi. Atından endi. Çobanın əllərini çözdi. Alnından bir öpdi, aydır: Allah mənim evimi qurtaralcaq olarsa səni əmir-axur eyləyəyin, dedi. İkisi böylə yola girdi.
Bu yana Şöklü Məlik kafərlərlə şin-şadman yeyüb-içib outrardı, aydır: Bəglər bilürmisiz Qazana necə heyf eyləmək gərək. Boyı uzun Burla Xatunı götürüb sığraqa sürdürmək gərək, dedi.
Boyı uzun Burla bunu eşitdi. Yüregilə canına odlar düşdi. Qırq incə bellü qızun içinə girdi üket verdi, aydır: Qanqunıza yapışurlarsa Qazan Xatunu qanqınızdır deyü qırq yerdən avaz verəsiz, dedi.
Şöklü Məlikdən adam gəldi. Qazan bəgün xatunu qanqınuzdır, dedi. Qırq yerdən avaz gəldi. Qanqusudır bilmedilər. Kafərə xəbər verdilər. Birnə yanışdıq, qırq yerdən avaz gəldi. Bilmədik qanqısıdır, dedilər.
Kafər aydır: Mərə, varın Qazanın oqlı Uruzı tartun çengele asun qiymə-qiymə ağ ətindən çəkün qarə qavurma pişürdib qırq beg qızına iletün. Hər kim yedi ol degil, hər kim yemədi oldur. Alun gəlün sığraq sürsin, dedi.
Boyı uzun Burla xatun oğlının yamacına gəldi. Çağırıb oğlına söylər, görəlim xanı mnə söylər. Aydır:
Oğul, oğul, ay oğul,
Bilürmisən nələr oldı?
Söyləşdilər fısıl-fısıl
Kafərin felin tuydum
Dənalügi altun ban evimin qəbzəsi oğul
Qaza bənzər qızımın gəlinimin çiçəgi oğul.
Oğul, oğul, ay oğul
Toquz ay tar qarnımda götürdigim oğul
On ay deyəndə dünyaya gətürdigim oğul
Tolləməsi beşikdə bələdügim oğul.
Kafərlər tərs tanışmışlar Qazan oğlı Uruzu həbsdən çıqardın bunmazdan aq orğanla asun, iki talusından çengele sancub qiymə-qiymə ağ ətindən çəkün qarə qovurma edüb qırq beg qızına iletün, hər kim yedi ol degil, hər kim yemədi ol Qazan xatünıdır. Çəkün döşegimizə gətürəlim, sığraq sürdürelim demişlər. Sənin ətündən oğul yeyayınmı, yaxsa sası dinlü kafərin döşəginə girəyinmi, ağan Qazanın namusunu sındırayınmı, necedin, oğul hey dedi.
Uruz aydır: Ağzın qurusun ana, dilün çürisin ana, ana haqqı tanqi haqqi denilmişdi, salqubəni yerimdən turaydım, yeqanla boğazından tutaydım qabı öncəm altına salaydım ağ yüzini qarə yerə dəpəydim, ağzunla burnundan qan şorladaydim. Can tatlu sapa göstereydim. Bu nə sözdür. Saqın, qadın ana. Mənim üzərimə gəlmiyəsən, mənim üçün ağlamıyasan, qo bəni ana çengele ursunlar, qo ətimdən çəksünlər, qara qavurma etsünlər, qırq beg qızının önünə ilətsünlər, onlar bir yedigində sən iki yegil səni kafərlər bilməsünlər, tuymasunlar. Ta kim sası dinlü kafərin döşəginə varmıyasan, sığrağın sürmiyəsən, atam Qazan namusını sımayasan, saqın, dedi.
Oğlan böylə degəc buldır-buldır gözünün yaşı revan oldı. Boyı uzun belli Burla Xatun boynıla qulağın aldı düşdi. Küz alması kibi al yanağın tutdı, yırtdı. Qarğu kibi qare saçını yoldı. Oğul, oğul deyüban zarlıq qıldı, ağladı.
Uruz aydır:
Qarın ana,
Qarşım alub ne bögürərsən
Nə bozlarsan, nə ağlarsan
Bağrımlə yürəgim nə tağlarsan
Keçmiş mənim günimi nə nə andırarsan
Heya ana!
Ərəbi atlar olan yerdə
Bir qulunı olmazmi opur
Qızıl dəvələr olan yerdə
Bir köşegi olmazmı olur
Ağca qoyunlar olan yerdə
Bir quzıcığı olmazmı olur
Sən sağ ol qadın ana
Babam sağ olsun
Bir mənim kibi oğul bulmazmı olur, – dedi.
Qazan aydır: Qaraciq Çoban anamı kafərdən diləyəlim. At ayağı altında qalmasun, dedi.
At ayağı külek, ozan dili çevik olur. Qazan kafərə çağırub söyləmiş, görəlim xanım, nə söyləmiş, aydır: - Mare Şöklü Məlik deklügi altun ban evlərimi gətürübdürirsən sana kölgə olsun. Ağır xəzinət, bol aqçam götürübdirirsən sana xərcliq olsun. Qırq incə bellü qızla Burla Xatunı götürübdirirsən sana yesir olsun. Qırq yigidlen oğlım Uruzu götürübdirirsən qulın olsun. Tavla-tavla Şahbaz atlarim götürübdirirsən sana binət olsun. Qatar-qatar dəvələrim göturubdirirsən sana yuklat olsun. Qarıcıq anam göturubdirirsən mərə kafir anamı vergil mana. Savaşmadin, uruşmadin qayıdayım. Görü dönim, gedeyim, bəllü bilgil, dedi.
Kafər aydır: Mare, Qazan, dənlügi altun ban evini gətürmişin bizimdir. Qırq incə bellü qızla boyı uzun Burla Xatunu gətürmişiz bizimdir. Tavla-tavla şahbaz atlarin qatar-qatar dəvələrin gətürmişiz bizimdir. Qaricıq ananı gətürmişiz bizimdir. Sana verməziz. Yayxat keşiş oğlına verəriz. Yayxat keşiş oqlından oqlı toğar biz anı bana ğırım qorız, dedilər. Böylə degəc Qaraciq Çobanın acığı tutdu. Totaqları təbsərdi. Çoban aydır:
Mərə dini yoq əqilsin kafər
İssi yoq derneksiz kafər
Qarşı yatan qarlı qara tağlar
Quruyubdur otı bitməz
Qanlu-qanlu ermaqlar
Quruyubdur diyə ayrı gəlməz
Şahbaz-şahbaz atlar
Qariyübdir qulun verməz
Qızıl-qızıl dəvələr
Qariyübdir köşək verməz
Mare kafər Qazanın anası
Qariyübdir oğul verməz.
Dölün olmaqdan safan versə, Şökli Məlik, qara gözlü qızın varsa, gətir Qazana ver, mərə kafər sənin qızından oğlı toğsun, siz anı Qazan bege qırım qoyasız, dedi.
Böylə degec anasının qərarı qalmadı. Yürüyü verdi. Qırq incə bellü qızın içinə girdi.
Kafərlər Uruzı alıb qənarə dibinə gətürdilər. Uruz aydır: Mare kafər aman, tanrinin, birliginə yoqdır güman. Qoy məni bu ağacla söyləşəlim, dedi. Çağurub ağacə söyləmiş, görəlim xanım, nə söyləmiş:
Ağac-ağac dersem sana, ərlənmə ağac
Məkkə ilə Mədinənin qapusu ağac
Museyi-kelimin əsası ağac
Böyük-böyük suların köprisi ağac
Qara-qara dənizlərin gəmisi ağac
Şah Mərdan Əlinin Düldülünün əyəri ağac
Zülfüqarın qınının qəbzəsi ağac
Şah Həsənlə Hüseynin yetəgi ağac
Əgər ərdir, əgər Ömər tür qorxusu ağac
Başın elə baqır ölsəm başsız ağac
Dibin ələ baqır ölsəm dibsüz ağac
Məni sana asarlar, götürmə ağac
Götürcək olarsan yigitligün səni tutsun ağac
Bizim eldə gərək idin ağac
Qara hindu qullarıma buyuraydım
Səni para-para toğrıyalardi ağac
Ondan etdi:
Tavla-tavla yığlananda atum yazıq
Qartaş saqlıyanda yoldaşıma yazıq
Yumruğunda talbinəndə şahin quşuna yazıq
Begliqə toymadın canıma yazıq
Yigitliginə usanmadın özümə yazıq, – dedi.
Yumru-yumru ağladı. Yanıq cigərcigini tağladı. Bu mahalda Sultanım Salur Qazanlam Qaraciq Çoban çapar yetdi.
Çobanın üçyaşar təpə dərisindən sabanın eyasıdır. Üç keçi tobundan Sabanının qollaridi. Bir keçi tabundan çatla yovcıdı. Hər atanda on iki batman taş atardı. Atdığı taş yerə düşməzdi. Yerə dəxi düşsə toz kibi savrulardı. Üç yoladıq taşı düşdigi yerin otı bitməzdi. Semiz qoyun, arıq toğlı bayırda qalsa qurt gəlib yeməzdi. Sabanın qorqusundan. Eylə olsa Sultanım Qaraciq Çoban Saban canlatdı. Dünya-aləm kafərin gözinə qaranqu oldı. Bu mahalda Qalın Oğuz begleri yetdi, xanım, görəlim, kimlər yetdi: Qara dəvə ağzında qadir verən Qara buğa dərisindən peşəgin yapuğı olan, acığı tutanda qara taşı kül eyləyən, bıgın ensesinde yeddi yerdə dügen ərənlər avreni Qazan begin qartaşı Qaragünə çenar yetdi. Çal qılıcın qardaş Qazan yetdim, dedi.
Bunun ardınca görəlim xanım, kimlər yetdi:
Demür Qapu Dervendindeki demir qapuyı dönüb alan altmış tutam ale göndərigin ucında ar yügriden Qıyan Salcuq oglı Dəlü Dondar çapar yetdi. Çal qılıcın ağam Qazan yetdim, dedi.
Bunun ardınca görəlim xanım, kimlər yetdi:
Həmidlən Mərdin qalasın dəlüb yıqan dəmür yaylı Qıpçaq Məlikə qan qusduran gəlübən Qazanın qızın ərliklə alan Oğuz ağ saqqallu qocalari görəndə ol yigidi təhsinləyən al məxmuri şalvarlı, atı bəhri qotazlı Qaragünə oğlı Qarabudaq çaap yetdi. Çal qılıcın, ağam Qazan yetdim, dedi.
Bunun ardınca görəlim kimlər yetdi:
Düstursızca Bayandır xanın yağisin basan altmış bin kafərə qan qusduran ağ-boz atının yelisi üzərində qar turdıran Qaflət Qoca oğlı Şir Şəmsəddin çapar yetdi. Çal qılıcın ağam Qazan yetdim, dedi.
Bunun ardınca görəlim, xanım, kimlər yetdi:
Parasarın Bayburd hasarından parlayıp uçan ap-alacə gərdəginə qarşu gələn yeddi qızın Umudı Qalın Oğuz ayğırcısı, Qazan bəgin inağı, boz ayqırlı Beyrək çapar yetdi. Çal qılıncın, ağam Qazan yetdim, dedi.
Bunun ardınca görəlim, xanım, kimlər yetdi:
Çaya çalmalu, çalqara quş ərdəmlü, qurqurma qoşqulu qulağı altun köpli qalın oğuz bəglərini bir-bir atından yıqıcı Qazlıq Qoca oglı Yek Yekinek çapar yetdi. Çal qılıcın ağam Qazan, yektdim, dedi.
Bunun ardınca görelim, xanım kimlər yetdi:
Altmış örkec dərisindən kürk eyləcə topuqlarını örtməyən altı ökəc dərisindən külah etsə qulaqlarini örtməyən qolı, budu xərancə, uzun baldırlı, incə, Qazan begün tayısı, at ağızlu Uruz Qoca çapar yetdi. Çap qılığın bəgüm Qazan yetdim, dedi.
Bunun ardınca görelim kimlər yetdi:
Barıban peyğəmbərin yüzini görən, gəlübən Oğuzda səbahasi olan acığı tutanda bıqlarından qan çıqan, bığı qanlu Bekdüz Əman çapar yetdi. Çal qılıncın, ağam Qazan, yetdim, dedi.
Bunun ardınca görelim kimlər yetdi:
Kafərləri it ardına burağıb xorliyan eldən çıqub. Ayğır gözlü suyundan at yüzdürən alli yeddi qalanin kimidin alan Ağ Məlik Çeşmə qızına nigah edən Sonı Saldal Məlike qan qusdıan,qırq cübbə bürünüb otız yeddi qala beginin Məhbub qızlarini çalub bir-bir boyının qucan, yüzində, todağında öpən əlin qoca oğlı Alb Ərən çapar yetdi. Çal qılıncın ağam Qazan yetdim, dedi.
Saymaqla Oğuz bəgləri tükənsə olmaz. Həp yetdilər, arı sudan abdest aldılar. Ağ alınlarini yerə qoydular. İki rükət namaz qıldılar. Adı görkli Məhəmmədə salavat gətirdilər. Bitek təklif kafərə at saldılar. Qılınc çaldılar. Gumur-gumur naqaralar degildi, burəməsi altun tuc borular çalındı.
Ol gün cigərində alan ər yigitlər bölürdi. Ol gün bir qiyamət savaş oldı. Meydan tolu baş oldı. Başlar kəsildi, top kibi. Şahbaz-şahbaz atlar yükredi, nalı düşdi. Ala-ala göndərilər süslədi, qara polat üz qılınclar çalındı, yelmağı düşdü. Uc yeləkli qayın oqlar atıldı, dəmrəni düşdü. Qiyamətin bir günü ol gün oldı. Beg nökərdən, nökər bəgdən ayrıldı.
Taş Oğuz bəglərilə Dəli Tondar sağdan depdi. Cilasun yigitlərlə Qaragünə oğlı Dəli Budaq soldan dəldi. İç Oğuz bəglərilə Qazan düna dəldi. Şökli Məliki bir gətirdiyəni atdan saldı. Qafillicə qara başın alub kesdi. Qaxışdı alaca qanın yer yüzinə dökdi. Sağ tərəfdə Qara Tükən Məlikə qıyan Səlcuq oğlı Dəli Tondar qarşu gəldi. Sağ yanını qılıcladı yerə saldı. Sol tərəfdə Buğacıq Məlikə Qaragünə oğlı Dəli Budaq qarşu gəldi. Altı yerli kürz ilə dəpəsinə qatı tuqa urdı. Dünya-aləm gözinə qaranqu oldı, at boynın qucaqladi, yerə düşdi.
Qazan begin qartaşı kafərin tuğilə sancağın qılıcladi, yerə saldı. Dərələrdə, dəpələrdə kafərə qırğun girdi. Təşnə quzğun uşdı, on iki bin kafər qılından keçdi, beş yüz oğuz yigitləri şəhid oldı.
Qacanını Qazan bəg qomadı, aman diyəni öldürmədi. Qalın Oğuz bəgləri toyum oldı.
Qazan bəg ordısını, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndi. Altuntəktində yenə evini dikdi. Qaraciq Çobanı əmirakur eylədi. Yeddi gün, yeddi gecə yemə-içmə oldı. Qarabaşqul qırq qırtaq oglı Uruzun başına azad eylədi. Cilasun qoc yigitlərə qalabə ölkə verdi, şalvar, cübbə, çuqa verdi.
Dədə Qorqud gəlübən boy boyladı, söy söylədi, bu oğuznameyi düzdü, qoşdı, böylə dedi: qani dedigüm beg ərənlər, dünya mənim diyənlər, əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. Gəlimlü, gedimlü dünya axır, son ucı ölümlü dünya.
Yum verəyim xanım: qarnı tağların yığılmasun. Kölgəlicə qaba ağacın kəsilməsün, qamən açan görklü suyın qurımasun. Qadir tanrı səni namərdə möhtac etməsün. Çaparkən ağ-boz atın büdrəməsin. Çalışında qara polat üz qılıncın gödəlməsün, dartışarkən ala göndərin avanmasun. Ağ saqqallü baban yeri uçmaq olsun. Ağ birçəklü anan yeri behişt olsun. Axır, sonı ari imandan ayırmasun. Amin diyənlər didar görsün. Ağ alnunda beş kəlmə dua qıldıq qəbul olsun, Allah verən ömrün uzalmasun. Yığışdırsun dürüşdürsün, günahlarını adı görklü Məhəmməd Mustafa yüzi suyına bağışlasun.