Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,4 Mb.
səhifə16/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Heca vəzni
Zaman keçdikcə türkcənin təkamülü vəznli nəsrdən öz vəz­nini vücudə gətirdi. Bu gün hecə vəzni dedigimiz vəzn meydana çıxdı. Hecanın ilk təcəllisi atalar sözündə görülüyor. Əksəriyyətlə iki, bəzən dörd bölmədən ibarət olan bir sözü birər küçük mən­zumə şəklini ərz edər. Əski sözindən bir çoxunu bizə qədər nəql edən vasitə bundan bin yıl qədər əvvəl Kaşğarin Mahmud bin Hüseyn adında bir zat tərəfindən “Divani lüğat – it-türk” ünvanilə yazılmış lüğət kitabıdır1. Bir fikir edinmək məqsədilə bundakı atalar sözündən bir neçəsini olduğu kibi burayə nəql ediyoruz:
Qul yəği
it böri
(qul yağı, it bori (qurt)
-----------------
Alıtcı aslan
Birinci siçğan
(Bürc verən aslan, bürc alan siçan)
------------------
“Oğlan yilksiz
Oğlan bilksiz”.
(Oğlan iliksiz, oğlan biliksiz)
------------------
Erkəc əti əm bulur
Eckü əti yel bulur
(Erkəcik əti dərman olur, keçinin əti yel olur)
------------------
Tatsız türk bulmaz
Başsız bork bulmaz
(“Tat”sız türk olmaz, başsız börk olmaz)


İlk heca vəznləri
Yuxarıda qeyd etdigimiz məsələlərin göstərdigi kibi heca vəzni meydana çıxarkən əvvəlcə onun qısa ahənglər doğuran vəznləri vücudə gəlmişdir. Bu vəznlər üç ilə yeddi arasındadır. İlk dəfə qısa vəznlərin vücudə gəlməsi pək təbii idi. Çünki çox bəsit bir dərəcədə olan dil, birdən-birə güc və mürəkkəb parçalı (duraqlı) vəznləri yaratamazdı.
Heca vəzninin təşkilindən sonra təqib etdigi təkamül xətti üzərində vücudə gələn vəznlərə nisbətlə ən çox yayılan şəkli yed­di hecalı olur. Bu vəzn əsrlərcə əski dastanlarla yaşadı, təkamül etdi və iki türkü şəkli aldı: birisi “duraq”sız yeddi hecalı, ötəkisi iki duraqlı idi ki, bunun ilk parçası dört, ikinci parçası üç hecadan ibarətdi.
Yeddi hecalılar çox qollanılmaqla bərabər, altı hecalı vəzn­lərə də qarışıq olaraq işləmişdir. Məsəla, yeddi hecalı vəznlərdə yazılan dastan qitələrinin dördüncü misrası altı hecalı olur; yaxud əksinə olaraq altı hecalı vəznlə yazılan qitələrin dördüncü misrası yeddili olur. Məsələn, “Divani-lüğat it-türk”in göstərdiyi əskitürk dastanlarından bir qitəsini buraya alıyoruz; altı heca ilə dizilən bu qitənin dördüncü misrası yeddilidir:
Əğdi qızıl bayraq
Toğdı qara təbraq
Yetişü gəlib uğraq
Toquşub anın keçitməz.
(Açıldı qızıl bayraq, doğdu (yucaldı) qara topraq,
Yetişüb gəldi uğraq, onunla toquşmağə başladıq)
Ən əski dastanlardan bizə qalan nümunələr “Divani lüğat it-türk”in zəbt etdigi dastan parçalarıdır. Alpər Tunğa haqqındakı Sağu – mərsiyə “təngqut”lar və “yəbağut”ların müharibələrinə aid dastanlarla bir çox başqa nəzm parçalardan ibarət olan bu əksik dastan nümunələri haqqında professor Karl Brokilmanın bir tətəbbönaməsi var.1 Bunun də göstərdigi vəchlə bu dastanlardan yalnız birisi səkkiz hecalıdır. Bunlardan başqa on iki-on üç-on beş hecalı bir neçə misra da vardır. Demək olur ki, ilk dövrlərdə altı, yeddi və səkkiz hecalılardır1.
Orxon abidələrindəki yazılar vəznlə nəsr olduğu kibi rus müdəqqiqlərindən F.Korşın tədqiqi sayəsində bunların içində vəznli mənzumələr olduğu da anlaşılmışdır2. Ondan nəqlən bura­ya iki nümunə alıyoruz ki, yeddi hecalı vəznlərdir:
Bilgə kağan bitigin
Yolluğ tikin bitidim
Buncə barqağ bad badzın
Özi Kağan atısı
Yolluğ tikin mən ay
Artqı tört gün turun
Bitidim, badztım”.
“Bilgə kağan kitabəsini bən Yolluğ Təkin yazdım. Bu qadar ev-eşigi, bəzəgi, rəngi, xaqanın canişini olan bən Yolluğ Tekin bir ay dört gün durub yazdım və bəzədim”. Bu mənzum parça Bil­gə Kağan adına olan abidənin qərb-cənubi cəhətində yazı­lıbdır.
Buncə bitik bitincə
Gül Təkin atısı
Yolluğ səkin bitidim
Yigirmi gün olurub
Bu taşqa bu tamğa qop
Yolluğ Təkin bitidim.
“Bu qadar yazı-pozuyı Gül Təkinin qardaşı, yaxud bacısı oğlu bən Yolluğ Təkin yazdım. Yigirmi gün oturub bu daşa bu tamğayı qoyaraq bən Yolluğ Təkin yazdım”. Bu parçada Gül Təkin adına dikilən abidənin şərq-cənubi tərəfində yazılıbdır.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin