§ 4. “Qazan oğlu Uruzun əsir olması” boyu: Qazan oğlu Uruzun baş kəsib qan dökmədigi üçün tac-taxtından məhrum olacağı ehtimalı ilə mütəəssir olur. Uruz da ona atam olduğun halda sənin bir cəngini görmədim ki, bən də ögrənmiş olam deyir. Atası haman üç yüz atlı ilə bərabər alıb oğlunu ova götürər. Bunlar çəmənlər üzərində çadır qurub işrət edərlər, sərxoş olub yatarlar. O əsnada Tatyan qələsindən “qara tonlu” kafərlər onlara hücum edər və Uruzu əsir edib götürürlər. Bundan sonralar xəbərdar olan Qazan, oğlunu qurtarmaq üçün Dərbəndə gəlir. Yapdığı müharibədə yaralanaraq çətinligə uğrarken arxasından əskərlə bərabər Oğuz bəgləri gəlir və Qazanın zövcəsinin iştirakı ilə hərbə girişərək onları qurtarırlar.
§5. “Duxə Qocə oğlu Dəli Domrul” boyu:Dəli Dumrul adındə bir qəhrəmanın qüvvətinə güvənərək Əzrayıl ilə mücadiləsinə aiddir. Nəticədə Əzrayıl qalib gəlir. İslam xürafatı ilə dolu bir mənqəbədir.
§ 6. “Qanlı Qoca oğlu Qan Turalı” boyu: Qan Turalı İç Oğuzda Taş Oğuzdə istədigi binici və hərb edici qızı bulmaz. Nəhayət, Trabzon Təkfurunun qızını bəgənir. Halbuki, bu qızı almaq üçün Təkfurun bəslədigi üç canavarı (arslan, buğa və buğrayı) yenmək lazım gəlirdi. Qan Turalı bunu qəbul edərək canavarların üçünü də yenər və qızı alar. Dügün yapar. Fəqət təkfur peşiman olur. Arxasından ordu göndərər. Ordunu Qan Turalı ilə zövcəsi Selcan Xatun birlikdə dağıdıb məğlub edərlər.
§7. “Qazılıq Qocə oğlı Yegnək” boyu:Qazılıq Qoca Bayındır xandan alaraq Qara dəniz sahilindəki Düzmürd qələsi təkfurunə saldırır; fəqət məğlub və əsir olur. On altı sənə əsarətdə qalır. Oğlu Yeknək on beş yaşınə girincəyə qədər atasının əsir olduğunu ondan saxlarlar. Böyüyüncə bunu ögrənir və Bayındır xanın müsaidəsilə ordu toplayaraq Düzmürdə gəlir və atasını qurtarır.
§8. “Basat Təpəgözü öldürdügü boyu”:Təpəgöz degilən bir adam oğuzlara düşmən kəsilir. Bu adam xurafi şəkildə qüvvətə malikmiş. İnsan yeyirmiş. Oğuzlar bundan qurtulmaq üçün Dədə Qorqud vasitəsilə gündə iki adam, beş yüz qoyun vermək şərtilə müqavilə yaparlar. Bir gün hərbdən dönən Basatın yanına bir qarı gəlir; bir danəcik olan oğlunun Təpəgözdən qurtarmasını rica edər. Basat da silahlanıb gedər. Xürafi mahiyyətdə olan bir çox xariqüladəliklərdən sonra, Təpəgözin tək gözünü dələr, nəhayət başını kəsər. Bu surətlə oğuzları təhlükəli bir düşmandan qurtarır. Bu mənqəbədə islamiyyətin xürafi təsiri var.